Home

Qubad İbadoğlu beynəlxalq konfransda Azərbaycanda vətəndaş cəmiyyətinin problemlərindən və perspektivlərindən danışıb

Bişkekdə keçirilən beyin mərkəzlərinin toplantsında region ölkələrində qərarların qəbulunda ictimai iştirakçılıq məsələləri müzakirə olunub.

İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu Mərkəzi və Şərqi Avropanın 28 ölkəsindən 50-dən çox beyin mərkəzlərinin birləşdiyi Açıq Cəmiyyətlər üçün İctimai Siyasət İnstitutlarının Asosiasiyasının (PASOS) mayin 28-dən 31-dək İsık-Kulda, iyunun 1-də isə Bişkekdə təşkil etdiyi beynəlxalq konfranslarda iştirak edib. Qubad İbadoğlu iyunun 1-də Bişkekdə Orta Asiya və Cənubi Qafqaz regionunun vətəndaş cəmiyyəti təmsilçilərinin, hökümət nümayəndəlrinin, yerli və Avropalı ekspertlərin iştirakı ilə təşkil olunan konfransda Azərbaycanda vətəndaş cəmiyyətinin qərarların qəbulunda ictimai iştirakı mövzusunda təqdimatla çıxış edib.
O çıxışı zamanı Azərbaycanda beyin mərkəzlərinin formalaşmasına və onların fəaliyyəti zamanı qarşılaşdırqları çətinliklərə və potensial imkanlara geniş yer ayırıb. Azərbaycanda qərarların qəbulununda icra hakimiyyətlərinin inhisarçılıq probleminə toxunan natiq qeyd edib ki, bunun bağlıca səbəblərindən biri sovet düşüncəli məmurların bu prosesi uzun müddətli dövrdə nəzarətdə saxlaması və onların yaratdığı burokratiyadır. O eyni zamanda bu istiqamətdə problemlərə toxunarkən qanunveriucilikdən və onun tətbiqindən irəli gələn çətinliklərdən də bəhs edib.
Qubad İbadoğlu çıxışımda region ölkələri üçün örnək ola bilən qərarların qəbulunda müsbət nümunə olaraq vətəndaş cəmiyyəti ilə dövlətin və şirkətlərin üç tərəfli platformada çalışdığı mədən sənayesində şəffaflıq təşəbbüsünü nümunə göstərib.
Tədbirdə Azərbaycandan beyin mərkəzlərinin təmsilçiləri olaraq İctimai Maliyyənin Monitorinqi Mərkəzinin eksperti Kənan Aslanlı və Azad İqtisadiyyata Yardım İctimai Birliyinin eksperti Fuad Cəfərli iştirak və çıxış ediblər.

İctimai Təşəbübslər Mərkəzinin ictimaiyyətlə əlaqələr xidməti

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda