Home

Quba rayonunun 5 bələdiyyəsində ictimai dinləmə keçirilib

                                                                                                                                                                                                                                                                                                                             
İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) GİZ-in maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın şimal bölgəsinin 10 bələdiyyəsində strateji planlaşdırma, büdcə tərtibi və maliyyə idarəçiliyində şəffaflığı və hesabatlılığı yaxşılaşdırmaq” layihəsi çərçivəsində 2012-ci ilin iyul ayında Quba rayonunun 5 tərəfdaş bələdiyyəsində ictimai dinləmə keçirilib. İyulun 12-də Talabıqşlaq Bələdiyyəsində, iyulun 21-də isə Timiryazev və İqrığ bələdiyyələrində , iyulun 25-də isə Digah-Xucbala və Vəlvələ bələdiyyələrində yerli sakinlərin iştirakı ilə 2011-ci ilin büdcəsi geniş müzakirə olunub. İctimai dinləmələrdə bələdiyyə sədrləri 2011-ci ilin büdcəsi ilə bağlı ətraflı məlumat verib, büdcənin hər bir gəlir və xərc istiqaməti üzrə proqnozun neçə faiz yerinə yetirlməsi barədə danışıblar. Bələdiyyə sədləri kənd sakinlərini, icma rəhbərlərini vergilərin ödənməsi ilə bağlı fəal olmağa çağırıb, İqtisadi Tədqiqatlar Mərkəzinə göstərdiyi metodiki və institusional dəstəyə görə təşəkkürlərini bildiriblər. İctimai dinləmələrdə İqtisadi Tədqiqatlar Mərkəzinin nümayəndəsi, layihə əlaqələndiricisi Qalib Toğrul bələdiyyələrlə büdcə prosesində ictimai iştirakçılığın gücləndirilməsi, elektron bələdiyyənin qurulması, nümunəvi uçot siyasətinin formalaşdırılması sahəsindəki əməkdaşlıqlarından danışıb. Layihə əlaqələndiricisi bildirib ki, ötən il bu bələdiyyələrin ərazisində prioritet problemin müəyyənləşdirilməsi üçün sorğular keçirilib, sonra sorğunun nəticəsi və növbəti ilin büdcəsi sakinlərin iştirakı ilə geniş müzakirə olunub. Bu ilin ortalarında isə 2011-ci büdcə ilinə yekun vurulması ilə bağlı hər bir bələdiyyədə yerli vergi ödəyiciləri arasında paylanması məqsədilə broşur buraxılıb. Broşurda 2011-ci ilin proqnoz və icra büdəsi ilə bağlı təfsialti ilə məlumat verildiyini deyən Q.Toğrul məqsədlərinin büdcə idarəçiliyində şəffaflığı gücləndirmək olduğunu vurğulayıb. Artıq kitabçanın digər xəbərlərlə birlikdə bələdiyyələrin saytına (www.talabiqishlaq.az, www.timiryazev.az, www.iqrik.az, www.digahxucbala.az, www.velvelebelediyyesi.az  ) yerləşdirildiyini deyən layihə əlaqələndiricisi Quba rayonunda əməkdaşlıq etdikləri 5 bələdiyyənin respublika səviyyəsində nümunəvi bir yerli idarəetmə orqanına çevriləcəyinə inandığını bildirib. Daha sonra sakinlərin iştirakı ilə büdcə müzakirələri davam etdirilib. 

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda