Home

Beyin mərkəzlərinin siyasət sənədlərinin keyfiyyətinə nəzarətin artırılması

05-07 sentyabrda İqtisadi Tədqiqatlar Mərkəzi  Avropa ittifaqı tərəfindən maliyələşdirilən “Beyin Mərkəzlərinin qərar qəbulu arenasında rolunun gücləndirilməsi vasitəsi ilə idarəetmənin effektivliyinin yüksəldilməsi” layihəsi çərçivəsində yerli vətəndaş cəmiyyəti institutları üçün “Beyin mərkəzlərinin siyasət sənədlərinin  keyfiyyətinə nəzarətin  artırılması” mövzusunda növbəti 3 günlük  təlim təşkil edib.

Təlimdə 3-ü regionlardan (Gəncə, Şəki) olmaqla 17 tərəfdaş qeyri-hökümət təşkilatından menecerlər və tədqiqatçılardan ibarət  23 nümayəndə iştirak edib.  Təlimin ilk günündə İctimai Təşəbbüslər Mərkəzinin sədri  Qubad İbadoğlu iştirakçılara effektiv siyasət sənədinin yazılması qaydaları,  siyasət  icmallarının   və  təhlil sənədlərinin yazılması sahəsində   dünyada geniş yayılmış tələblərə və standartlara dair geniş məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. Təlimin ikinci  və üçüncü günlərində  mərkəzi ofisi Londonda yerləşən Xarici Əlaqələr üzrə Avropa Mərkəzinin  Genişlənmiş  Avropa və Rusiya proqramının rəhbəri, Moldova Xarici Siyasət Assosasiyasının direktor müavini, professor  Nicu Popescu  təlimçi olub.

 Təlimin ikinci günü  N.Popesku beyin mərkəzlərinin  müxtəlif tiplərindən,  qərarların qəbulunda iştirak,  hökumətə necə təsir etmə (tənqid , öhdəlik  və  onların ikisi arasında balansın yaradılması), elmi mərkəz ittifaqlarları,  şirkətlərlə əlaqələr  barəsində çıxışlar  edib.  “Mövzunun seçilməsi, siyasət sənədinin növü və müddəti” adlı sessiya maraqlı və orijinal mövzuların necə seçilməsinə həsr olunub. Yeni mövzular vasitəsilə gündəmin qurulması, həmçinin bu prosesə təsir etmək məqsədilə siyasi gündəliyin izlənməsi yollarına dair müzakirələr aparılıb.  Sessiyada həmçinin nəşrlərin növləri : rəsmilərə şəxsi məktublar, siyasi anlaşmalar, siyasi icmallar, siyasi hesabatlar və esselər - siyasətləri dəyişən və ya debatları və düşüncələri dəyişən sənədlər. Onlar necə fərqlənir və nəşrlərin hər bir növünün üstünlüyü nədir sualına cavab axtarılıb, xüsusi mövzular üçün maliyyə axtarışı (fandreyzinq) imkanları müzakirə edilib. Daha sonra təlimçi Avropa Birliyi (AB) beyin mərkəzlərinin hazırladığı sənədləri hansı tədqiqat metodları ilə necə maraqli etmək  istiqamətində təcrübəsini bölüşüb, azxərcli  və bahalı  tədqiqat modellərini izah edib.

Təlimin ücüncü günü cəlbedici jurnalistik stillə yarımçıq  akademik yazı  arasında necə düzgün balans qurmaq, medianın diqqətini necə  cəlb etmək, hazır məhsulun  effektiv vəkilliyini və təbliğatını qurmaq kimi məsələlər müzakirə olunub. Təlimçi bu mövzu üzrə  beyin mərkəzlərinin adının necə  tanınması, onun məhsullarına  marağın yaradılması və müxtəlif təbliğat siyasətləri ilə qərarların  qəbuluna effektiv təsir etmək sahəsində Avropa təcrübəsini iştirakçılara çatdırıb. Bildirib ki, təbliğat siyasət sənədlərinin  növündən  və onun konkret siyasətlərə və ya böyük debatlara təsir etməsindən asılıdır. Vəkillik hiylələri və prosedurlarından bəhs edərkən o  rəsmilərlə üz-üzə görüşlər, media ilə işləmək, media təzyiqi,  siyasət sənədlərindəki təkliflərin rəsmilər tərəfindən qəbul olunmasına nail olmaq üçün zəruri addımlardan danışıb. O bu zaman hökumət rəsmiləri, parlament tərəfdarları, media, bizneslə işləməyin fərqli cəhətlərini bilməyin və öz fəaliyyətlərində onları necə  nəzərə almağın yollarını təlim iştirakçıları ilə müzakirə edib.

İştirakçılar tərəfindən maraqla qarşılanan təlimin sonunda onların gələcək tədqiqat planları müzakirə olunub, təlimin qiymətləndirilməsi həyata keçirilib.

Əlavə məlumat üçün Layihə rəhbəri Dünya Camalova ilə əlaqə yarada bilərsiniz.  

Tel: +99412 4651847, E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda