Home

Qubad İbadoğlunun Neft Fondunun investisiya siyasətinə dair açıqlaması

“Hazırda həyata keçirilən əməliyyatlar "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"ına 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmana edilmiş əlavə və dəyişikliklərə və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə illik əsasda təsdiq olunan "Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya siyasəti"nə əsasən idarə olunur. Odur ki, Neft Fondunun daşınmaz əmlak bazarında son əməliyyatları qanuna müvafiq şəkildə aparılır. Əgər Fond 1-2 il bundan əvvəl belə əməliyyatlar həyata keçirərdisə, bu halda Fonda qarşı iddia qaldırmaq mümkün idi.” Bu fikirləri Neft Fondunun son əməliyyatlarının hüquqi tərəfinə münasibət bildirərkən İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Qubad İbadoğlu bildirib. O əlavə edib ki, Dövlət Neft Fondunun investisiya siyasətində edilən son dəyişikliklərə görə, Neft Fondunun daşınmaz əmlak portfeli - investisiya portfelinin məcmu dəyərinin maksimum 5 faizi həcmində ola bilər. Bu o deməkdir ki, 2012-ci ilin üçün daşınmaz əmlaka yönələn sərmayə 1,15 milyard dollardan çox ola bilməz. Çünki 2012-ci il üzrə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (orta çəkili həcmi) 23 milyard manata bərabər götürülüb. Növbəti ildə bu məbləğin daha da artacağını nəzərə alsaq, Fondun 2013-cü ildə bu istiqamətə sərmayələri daha da çoxala bilər.

İnvestisiya siyasətindəki dəyişikliyi şərh edərkən Q. İbadoğlu onun səbəbini Dövlət Neft Fondunun bu ilə qədər vəsaitlərini əsasən yüksək reytinqli borc kağızlarına, istiqrazlara, qısa müddətli kommersiya kağızlarına, depozitlər və pul bazarı alətlərinə yerləşdirilməsi səbəbindən gəlirlərinin aşağı olması ilə izah etdi. Belə ki, Neft Fondu neft gəlirlərinin idarəedilməsindən 2007-ci ildə 4,5 faiz, 2008-ci ildə 3,8 faiz, 2009-cu ildə 3,6 faiz, 2010-cu ildə 0,8 faiz, 2011-ci ildə isə 0,7 faiz qazanc əldə edib. Qazaxıstanda həmin göstərici 2007-ci ildə 9,9 faiz, 2008-c ildə 2,3 faiz, 2009-cu ildə 7,3 faiz, 2010-cu ildə 3 faiz, 2011-ci ildə isə 2,4 faiz olub: “Qazaxıstanda həmin illər üzrə neft gəlirlərinin idarəedilməsindən əldə edilən orta faiz göstəricisi 4,6 faiz - Azərbaycandan 2 dəfə çox olub. Düzdür, Fondun ötən 9 ay ərzində vəsaitlərin idarə olunmasından əldə olunan gəlirləri 440,4 milyon manata bərabər olub. Bu onu göstərir ki, artıq vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlərin faiz dərəcəsi yüksəlib. Bu, artım dinamikasını təsdiq edir, amma hesab olunur ki, digər alternativlər hesabına daha çox artıma nail olmaq olar. Bu baxımdan Dövlət Neft Fondunun investisiya portfelinin diversifikasıyası və gəlirliliyin artırılması üçün aktivlərinin bir hissəsini əmlaka və qızıla sərmayə edilməsi başa düşüləndir. Hazırda DNF investisiya siyasətindəki son dəyişikliklərdən sonra 350,146 troy unsiya, yəni 10 ton 891 kiloqram qızıl alıb. Bu ay ərzində açıqlanan məlumatlara görə, DNF Londonda, Parisdə və Moskvada daşınmaz əmlaklar alıb. Bunlara dəyəri 177 milyon 350 min funt sterlinq olan Londonun West End səmtində, dəyəri 135 milyon avro olan Paris şəhərinin Vandom meydanı 8 ünvanında, dəyəri 133 milyon ABŞ dolları olan Moskva şəhərinin “Tverskaya 16”ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzləri daxildir. Göründüyü kimi, Fondun bu il üçün əmlak bazarında açıqlanan xərcləmələri onun xərcləyə biləcəyi vəsaitin həcmindən bir az çox olub. Növbəti il üçün isə Fondun bu məqsədlə xərcləyəcəyi vəsaitin həcmi çoxala bilər. Çünki növbəti ildə Fondun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri bu il üçün nəzərdə tutulan 23 milyard dollardan çox olacaq. Odur ki, mən ictimaiyyətdə bu istiqamətdə yaranmış narahatçılığı başa düşürəm və Fonda təklif edirəm ki, bu istiqamətdə nəinki xərcləmələri, həmçinin aldığı əmlakın idarə edilməsi ilə bağlı ictimaiyyətə əlavə izahatlar versin.”
Q.İbadoğlunun sözlərinı görə, burada ən başlıca məsələ şəffaflıq və informasiya təminatıdır. Əks tədqirdə, yaranmış və yaranacaq şübhələr Fondun reputasiyasına zərbə olacaq:” Fikrimcə, hazırda 3 əsas suala cavab verilməldir: Birincisi, Avrozonada müşahidə olunan və gələcəkdə də daha da dərinləşməsi gözlənilən böhran nəticəsində böyük həcmdə kapitalın həmin ölkələrdən inkişaf etməkdə olan ölkələrə axdığı bir zamanda nədən Neft Fondu investisiya portelinin 57,75 faizini Avropa banklarında, valyuta portfelinin 39,84 faizini avroda saxlayır və hələ bu azmış kimi, Avropada əmlaklar alır. İkincisi, niyə alınan əmlakın necə və kimlər tərəfindən idarə ediləcəyi ilə bağlı ictimaiyyətə açıqlama verilmir və nəhayət, alınan əmlaklara görə imzalanmış kontraktlar dərc edilmir? Hesab edirəm ki, Neft Fondu mümkün qədər tez bu suallara aydınlıq gətirməli və əgər hər şey qaydasindadırsa, o halda biz nəticələri gözləməli və qiymətləndirməni onun üzərində aparmalıyıq. Çünki gələn ildən alınan əmlakların idarə edilməsindən əldə ediləcək gəlirlər daha çox əhəmiyyət kəsb edəcək. Odur ki, mən hazırki əmlak alışlarını burmənalı qarşılamıram, onu daim diqqətdə saxlamaqla yanaşı, Neft Fondundan növbəti açıqlamalar olana qədər gözləməyi də məsləhət bilirəm.”

İTM İctimaiyyətlə əlaqələr departamenti

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda