Home

Qafqaz Universitetində neft gəlirlərinin idarə olunması ilə bağlı ekspert müzakirəsi keçirilib

Fevralın 20-də İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ABŞ-ın Gəlirlərə Nəzarət İnstitutunun dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda neft gəlirlərinin idarə olunması” layihəsi çərçivəsində hazırlanmış nəticə və tövsiyələrin Qafqaz Universitetinin professor-müəllim heyəti ilə ekspert müzakirəsi keçirilib. Tədbiri universitet nəzdindəki Sosial-İqisadi Araşdırmalar Mərkəzinin direktoru Fəxri Həsənov açaraq müzakirənin məqsədi barədə qısa məlumat verib, universitetlə İTM arasındakı əməkdaşlıqdan danışıb. 
Universitetin İdarə Heyətinin üzvü professor Cihan Bulut İTM ilə Qafqaz Universiteti arasında təşkil olunan belə görüşlərin hər iki tərəf üçün əhəmiyyətinə toxunaraq, müzakirə iştirakçılarına uğurlar arzulayıb.
Sonra İTM İdarə heyətinin üzvü, layihənin eksperti Qubad İbadoğlu təqdimatla çıxış edib. Təqdimatda müstəqillik dövründə Azərbaycanda neft, qaz hasilatı göstəriciləri, neft gəlirlərinin dinamikası, xərclənməsi, neft ümumi daxili məhsulunun artım meylləri, Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertlər, neft gəlirlərinin idarə olunmasından əldə edilən gəlirlər və proqnozlar barədə ətraflı məlumat verib.
Təqdimatdan sonra İTM-in eksperti universitet müəllimlərinin suallarını cavablandırıb. Sosial-İqisadi Araşdırmalar Mərkəzinin eksperti Agamir Əsgərov ölkəmizdə gəlirlərin idarə olunması ilə bağlı ARDNF-in həyat keçirdiyi ehtiyatlı investisiya siyasətinin nəticələri ilə bağlı İTM-in ekspertinə sual ünvanlayıb. Q.İbadoğlu vəsaitlərin idarə edilməsinin çox müərəkkəb bir məsələ olduğunu vurğulayaraq ARDNF-in yeritdiyi investisya siyasətini düzgün hesab etdiyini bildirib və neft gəlirlərinin gəlirliliyi ilə bağlı Qazxıstanla pararlellər aparıb.
Suallar cavablandırıldıqdan sonra mövzu ətrafında müzakirələr davam etdirilib. Universitetin kafedra müdirləri Ceyhun Mahmudlu və Altay İsmayıllı Azərbaycanda qeyri-neft ÜDM-nin həcminin artırılması, qeyri-neft sektorunun inkişaf perspektivləri barədə fikirlərini səsləndiriblər. Hər iki ekspert ayrı-ayrı ölkələrin təcrübəsindən çıxış edərək prioritet sahənin müəyyənləşdirilməsi ilə bağlı arqumentlərini əsaslandırıblar.
İqtisadiyyat fakültəsinin dekanı Həzi Eynalov, dekan müavini Yaşar Etibarlı, müəllimlər Fuad Əsgərov, Sərvər Qurbanov, Fərid Cəbiyev, Xanlar Heydərov, Nəsimi Kamalov, Bələdiyyə tədqiqatları Mərkəzinin direktoru Səbuhi Yusifov, baş laborantlar Yasər Əhmədov, Anar İsgəndərov, laborantlar Şamxal Əbilov, Vüsal Hüseynov neft gəlirlərinin idarə olunmasının təkmilləşdirilməsi, Azərbaycan iqtisadiyyatının diversifikasiyası, dövlət büdcəsi gəlirlərinin qeyri-neft sahəsinin inkişafı hesabına artırılması imkanları, xərclərin səmərəliliyinin yüksəldilməsi ilə bağlı təkliflərini səsləndiriblər.
Görüşün sonunda bu tip görüşlərin əhəmiyyəti vurğulanaraq gələcəkdə İTM ilə Qafqaz Universiteti arasında əməkdaşlığın genişləndirilməsi imkanları istiqamətində müzakirələr aparılıb.
Görüşdə Gəlirlərə Nəzarət İnstitunun Azərbaycan ofisinin əməkdaşı Emil Ömərov və İTM-in İdarə Heyətinin sədri Qalib Toğrul da iştirak edib.

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda