Home

Quba və Xaçmaz bələdiyyələrinə elektron xidmətlərə çıxış mövzusunda təlim keçilib

İyulun 19-da Quba şəhər bələdiyyəsinin akt zalında “Elektron hökumət həlləri – elektron xidmətlərə çıxış və mühasibat hesabatlarının dövlət orqanlarına elektron təqdimi” mövzusunda təlim keçirilib. Təlim Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) və Almaniya Beynalxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə baş tutub. Təlimə GİZ-in həyata keçirdiyi “Cənubi Qafqazda Yerli Özünüidarəetməyə Dəstək” layihəsinin 10 tərəfdaş bələdiyyəsi qatılıb. Tərəfdaş bələdiyyələrin 5-i Quba rayonunu (İqrığ, Timryazev, Vəlvələ, Digah-Xucbala, Talabıqışlaq), 5-i isə Xaçmaz rayonunu (Qımılqışlaq, Ləcət, Pirquluoba, Aşağı Zeyid, Gödəkli) təmsil edir. 

Təlimə 4 təlimçi - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mühəndis proqramçısı Ruslan Mürsəlov, proqramçısı Rüfət İsayev, ümumi məsələlər üzrə mühəndisi Rəşid Səmədov və Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü Altay Cəfərov cəlb olunub..
İlk təlimi Altay Cəfərov edib. O, “Mühasibat hesabatlarının elektron təqdimi” mövzusunda təlim keçib. A.Cəfərov bələdiyyələrin vergi orqanlarına, Dövlət Sosial Müdafiə Fonduna, Statistika Komitəsinə verməli olduqları hesabatları əyani şəkildə, onlayın formatda dolduraraq bələdiyyələrin nümayəndələrinə nümayiş etdirib.
İkinci təlim Ruslan Mürsəlovun təqdimatında “Elektron hökumətə ümumi baxış” adı altında olub. Məruzəçi elektron hökumətin əsaslandığı qanunverici baza, bu istiqamətdə həyata keçirilən hökumət siyasəti, elektron hökumətin əhəmiyyəti haqqında iştirakçılara məlumat verib. Təlimçi təqdimatının ikinci hissəsini əsasən elektron hökümət portalı üzərində qurub. O, bu portalın ümumi quruluşu, portala qoşulan hökumət orqanları, portal vasitəsi ilə göstərilən xidmətlər haqqında ətraflı məlumat verib.
Rüfət İsayev isə “Elektron imza” təlimini keçib. O, elektron imzanın xassələri, dayanıqlığı, elektron imzanın əldə edilməsi yolları, istifadə qaydaları, tətbiq sahələri, hazırkı dövr üçün elektron imzadan istifadə edənlərin statistik göstəricilərini təlim iştirakçılarının diqqətinə çatdırıb.
Sonda Məlumat Hesablama Mərkəzinin əməkdaşı Rəşid Səmədov elektron imzadan istifadə qaydalarını əyani olaraq təlim iştirakçılarına nümayiş etdirib
Təlimin sonunda təlimçilər iştirakçıların suallarını cavablandırıblar.
Qeyd edək ki, layihənin yerli tərəfdaşı İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyidir.

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda