Home

ITM maliyyə idarəetməsi üzrə regionda növbəti seminar keçirib

İqtisadi Tədqiqatlar Mərkəzi Sahibkarlığın inkişafına və Bazar İqtisadiyyatına Yardım Fondu ilə tərəfdaşlıq şəraitində Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İctimai vəsaitlərinin idarəolunmasına effektiv nəzarət sisteminin yaradılması” mövzusunda layihə çərçivəsində 18 avqust 2013-cü il tarixdə Şəkidə növbəti seminar keçirib. 15-dən çox yerli vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçilərinin iştirakı ilə keçirilən seminar “İctimai maliyyənin idarəedilməsi və ictimai iştirakçılıq" mövzusuna həsr olunub. Seminarda giriş sözü ilə çıxış edən layihənin əlaqələndiricisi Sahibkarlığın İnkişafına və Bazar İqtisadiyyatına Yardım Fondunun prezidenti Sabit Bağırov layihənin məqsədlərindən və seminarın qarşısında duran vəzifələrdən danışıb. O qeyd edib ki, ictimai vəsaitlərin idarəolunması sahəsində effektiv nəzarət sistemini vətəndaş cəmiyyətinin və medianın iştirakı təmin olunmadan həyata keçirmək mümkün deyil. Digər ölkələrin təcrübəsindən nümunələr təqdim edən natiq bu sahədəki nailiyyətlərin əldə olunmasında mövcud olan çətinliklərdən bəhs edib. Yerli səviyyədə vətəndaş cəmiyyətinin fəaliyyətinin əhəmiyyətinin xüsusi qeyd edən Sabit Bağırov qarşıda duran vəzifələrin həlli səviyyəsinin həm də vətəndaşların bu barədə məlumatlılığın və eyni zamanda informasiyaya çıxışın səviyyəsi ilə izah edib. 

Bundan sonra “İctimai maliyyə institutları, büdcə prosesi və bu prosesdə ictimai iştirakçılıq imkanları” mövzusunda təqdimatla çıxış edən layihənin eksperti, İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü Qubad İbadoğlu ilk növbədə seminar iştirakçılarına ictimai maliyyənin idarəolunmasına məsul olan dövlət orqanları və onların funksiyaları barədə məlumat verib. O təqimat zamanı dövlət maliyyəsinin mahiyyəti, dövlət maliyyənsiin idarəolunması, büdcənin formalaşdırılması və onun icrasına nəzarət prosesində ictimai iştirakçılıq formaları və əməkdaşlıq imkanları barədə geniş izahatlar verib. Sonra iştirakçılar reginal səviyyədə ictimai maliyyə institutları ilə vətəndaş cəmiyyəti arasında dialoğun təşkili imkanlarından və bu sahədə qarşıalaşdıqları çətinliklərdən bəhs ediblər. Bu zaman ən ciddi çətinliklərin regionda büdcə xərcləmələri ilə bağlı məlumatlara çıxış olduğu qeyd olunub. Bunu nəzərə alaraq regionla bağlı büdcə məlumatlarının mərkəzi səviyyədə toplanması və regionda bu təlim iştirakçıları ilə bölüşdürülməsi qərara alınıb.

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda