Home

Qlobal Hərəkat “ Bilməyiniz sizin hüququnuzdur” beynəlxalq günüdə diqqəti büdcə şəffaflığına cəlb edir

Büdcə Şəffaflığı, Hesabatlılığı və İştirakçılığı üzrə Qlobal Hərəkat ( BTAP) dünya üzrə büdcə şəffaflığı, hesabatlılığı və iştirakçılığı ilə bağlı marifləndirmə aparmaq üçün 28 sentyabr 2013-cü ildə “Fəaliyyət günü” adı altında tədbirlər keçirməyə çağırır. 40-dan çox ölkədən 55 vətəndaş cəmiyyəti təşkilatlarının da qatıldığı bu tədbirdə büdcə məlumatlarına çıxışı, büdcə sahəsində qərar qəbul etmədə iştirakçılığı artrırmaq üçün hökumətlərdən və parlamentdən müvafiq addımlar atmağla bağlı çağırış edir. 

Məlumatlara çıxış fundamental insan hüququ hesab olunur. İnsan Hüquqları üzrə Bəyannamənin 19-cu Maddəsinə görə, “ hər kəsin azad şəkildə fikir bildirmək hüququ var və bu hüquqa media vasitəsilə heç bir maneə və barier olmadan fikir bildirmək, almaq və ötürmək kimi haqqlar daxildir.” Bundan əlavə, dövlət büdcəsi vətəndaşlardan toplanan vəsaitlər və ictimai aktivlər vasitəsilə də formalaşdırıldığındanBTAP-ın təməl prinsipi dövlət büdcəsinə dair qərarların qəbulunda iştirakçılıq da vətəndaşların fundamental hüququna daxildir.
Bunu əsas gətirərək, Hərəkat bütün hökumətləri, qanunvericiləri və beynəlxalq instutları aşağıdakı prinsiplərə əməl etməyə çağırır:
• İctimai vəsaitlər şəffaf olmalıdır, başqa sözlə desək ictimai vəsaitlərin toplanma, ayrılma və xərclənmə yolları hərtərəfli şəkildə ictimaiyyətə açıq olmalıdır.
• Büdcə prosesi bütün tərəflərin iştirakı ilə icra olunmalıdır, yəni ictimai vəsaitlərin toplanması, ayrılması və xərclənməsinə dair qərarlarda vətəndaşların iştirak və təsir imkanları təmin olunmalıdır.
• Büdcə məlumatları dəqiq olmalıdır, və əmin olmaq lazımdır ki hökumətlər təsdiq elədikləri prioritet istiqamətlər üzrə büdcə vəsaitlərin xərcləyirlər. Bununla da korrupsiya, qeyri-effektivliq və bu kimi neqativ halların qarşısın almış olacaq.
• Büdcə prosesi hərtərfli olmalıdır, başqa sözlə desək büdcə mənbəsindən asılı olmayaraq, o cümlədən beynəlxalq yardım, dövlət mülkiyyətində olan vəsaitlər, daxili və xarici borcların idarə olunması, bütün gəlir və xərcləri əhatə etməlidir.
Ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: http://globalbtap.org/2013/join-btap-in-a-day-of-action-to-promote-budget-transparency/ və ya zəhmət olmasa Rocio Moreno Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. ə ya Elodie Nace elodie@globalbtap.orgilə yuxarıda göstərilən ünvanlara yazmaqla əlaqə saxlayın.

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda