Home

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”-nın icra vəziyyəti müzakirə olunub

“Şəffaflıq Azərbaycan” təşkilatının ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” (AŞT) layihəsi çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzinin “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra vəziyyətinin monitorinqi üzrə yekun hesabatın təqdimatı olub. Təqdimatda Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və digər əlaqədar hökumət orqanlarının, Milli Məclisin təmsilçiləri, Şəffaflıq Naminə Tərəfdaşlıq Platformasının üzvləri, yerli və xarici QHT-lərin, beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin və mətbuatın nümayəndələri iştirak edib.

Tədqimatda iştirak edənlərlər bildirib ki, Azərbaycan Respublikası Açıq Hökumət Tərəfdaşlığına qoşulmaqla açıq hökumətin tətbiqi və şəffaflığı artırılması ilə əlaqədar öz fəaliyyətini təkmilləşdirmək, bu sahədə aparılan təcrübə mübadiləsinə və beynəlxalq təşəbbüslərə töhfə vermək niyyətindədir.

Tədqimat zamanı bildirilib ki, “2012-2015-ci illərdə Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı”nın icrasının ilk illik qiymətləndirmə hesabatı bu plan üzrə öhdəliklərin icra səviyyəsinin qiymətləndirilməsi və bu öhdəliklərin icrasına təsir göstərən başlıca çətinliklərin müəyyənləşdirilməsi və növbəti mərhələlər üçün xüsisi tövsiyyələrin hazırlanması məqsədi daşıyır.

Monitorinq hesabatının nəticələrini təqdim edən İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Qubad İbadoğlu bidlirib ki, Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı 9 əsas tematik öhdəlik qrupundan, ümumilikdə 45 əsas və köməkçi fəaliyyət növlərindən ibarətdir. 15 fəaliyyət növü artıq başa çatdırılıb. 5 əsas fəaliyyət növü 2013-cü il ərzində başa çatdırılacaq. 15 fəaliyyət növü 1 illik müddət əzrində başa çatdırılmalıdır, icra ediləcək daha 13 fəaliyyət növü isə 2 ildən artıq vaxt aparacaq. 11 fəaliyyət növünün davamlı surətdə icrası tələb olunur. O monitorinqin nəticələrini şərh edərkən bildirib ki, “Azərbaycanda Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı”nı üzrə öhdəlikləri icra etmək asan deyil və hətta bəzi sahələrdə müəyyən irəliləyişlər əldə olunsa da, vətəndaşların qərar qəbul etmə prosesinə cəlb olunması və xüsusilə də, “dövlət təşkilatlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi” ilə əlaqədar öhdəliklər zəif icra olunub. Hazırkı dövrə qədər ən yaxşı nəticələr Fəaliyyət Planının “Mərkəzi Qanunverici Elektron Məlumatlar Bazası” və “Hasilat sənayesində şəffaflığın artırılması” üzrə öhdəliklərində əldə edilib.
Monitorinq hesabatının tam varinati ilə bu linki yükləməklə tanış ola bilərsiniz. Konkret istiqamətlər və alt istiqamətlər üzrə suallarınız yaranarsa və əlavə məlumatlara ehtiyacınız yaranarsa, zəhmət olmazsa müraciətlərinizi Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. ünvanına göndərin.

*****************************************************************************************************************************************************************************************************************
Bu təqdimat “Şəffaflıq Azərbaycan” təşkilatının ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Şəffalıq Tərəfdaşlığı” (AŞT) layihəsi çərçivəsində hazırlanıb.

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda