Home

Qubad İbadoğlu “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının əlaqələndirici seçilib

 27 dekabr 2013-cü idlə İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) Koalisiyasının Şura iclasının yeni tərkibdə ilk iclası keçirilib. MSŞA Koalisiyasinin Əsasnaməsinə müvafiq olaraq bu iclasda Şuranın Əlaqələndiricisi vəzifəsinə seçkilər keçirilib. Üzvlərin əksəriyyətinin iştirak etdiyi seçkidə Qubad İbadoğlu yekdilliklə Şuranın Əlaqəndiricisi seçilib. Şurası iclasında həmçinin Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında Memorandumun və Çoxtərəli Qrupun 2014-cü il üçün iş planının yeni redaktədə layihələrinin müzakirəsi də aparılıb. Memorandumun müzakirəsi zamanı əsas diqqət MSŞA Koalisiyasının MHŞT üzrə Komissiya və hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər arasında fikir ayılığına səbəb olan məsələlərə yönəldilib. Qərara alınıb ki, bu istiqamətdə mövcud olan fikir ayrılıqları ilə bağlı müzakirələr Çoxtərəfli Qrup formatında tərəflərin iştirakı ilə davam etdirilsin və Koalisiyanın mövqeyi onun təmsilçiləri tərəfindən müdafiə olunsun. İclas zamanı Şura üzvləri Koalisiyanın Milli Məclisin QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə etdiyi son dəyişiklərə və “Global Witness” təşkilatının Azərbaycan Dövlət Neft Şirkəti ilə bağlı açıqladığı “Anonim Azərbaycan" hesabatına dair bəyanatlarını qəbul ediblər. Qərara alınıb ki, “Global Witness” təşkilatının hesabatı ilə bağlı yanvarın 15-də Memorandum tərəfi olan hökümət təşkilatlarının, mədən sənayesi şirkətlərinin, yerli və beynəlxalq təşkilatların iştirakı ilə “Anonim Azərbaycan və Psevdonim Şəffaflıq” mövzusunda müzakirətəşkil olunsun. İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) Koalisiyasının mətbuat xidməti

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda