Home

İqtisadi Tədqiqatlar Mərkəzi yay təcrübə proqramı elan edir.

Ali məktəblərin bakalavr və magistrlərinə öz iqtisadi biliklərini təcrübədə tətbiq etməyə, elmi-tədqiqat və peşəkar bacarıqlarını inkişaf etdirməyə imkan yaradan proqrama seçim iki vəzifə -

Xarici əlaqələr və Tədqiqatçı mütəxəssis üzrə aparılır.

Yay təcrübə proqramı 01 iyul 2014- 01 sentyabr 2014-cü il müddətini əhatə edəcək. Proqramda iştiraka görə ödəniş nəzərdə tutulmayıb.
Təcrübə proqramında iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidirlər:
Xarici əlaqələr
o Yüksək kommunikasiya bacarığı;
o İngilis və Azərbaycan dillərini əla səviyyədə bilmək (oxuma, yazma və şifahi danışıq);
o Microsoft office proqramlarında işləmək bacarığı;
o Komandada işləmək bacarığı.

Tədqiqatçı mütəxəssis
o Yaxşı yazı bacarığı;
o İqtisadi təhlil, statistika, proqnozlaşdırma ilə bağlı biliklərə malik olmaq;
o Microsoft office proqramlarında işləmək bacarığı;
o Komandada işləmək bacarığı.
Beynəlxalq əlaqələr sahəsində çalışmaq istəyənlərdən mükəmməl xarici dil bilikləri olanlara, jurnalistika, beynəlxalq əlaqələr, dövlət siyasəti, kommunikasiya, media və marketinq proqramları istiqamətində oxuyan tələbələrə, araşdırma sahəsində məşğul olmaq istəyənlərdən isə makroiqtisadi təhlil və proqnozlaşdırma, eləcə də statistik məlumatların emalı proqramları (excel) sahəsində biliklərə malik olan tələbələrə üstünlük veriləcək.
Müraciət edənlərdən aşağıdakı sənədlər tələb olunur:
o Tərcümeyi-hal (CV);
o Motivasiya yazısı (maksimum 300 söz).

Son müraciət tarixi: 1 iyun 2014-cü il.
Tələb olunan sənədləri bu ünvana göndərməyiniz xahiş olunur: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

Qeyd: Xaricdə yaşayan tələbələr proqramda iştirak üçün müraciət edə bilərlər.
Bütün xərclər onların özləri tərəfindən qarşılanmalıdır.

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda