Home Xəbər Xəbərlər 2011-ci ilin NOYABR ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələr açıqlanıb

2011-ci ilin NOYABR ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələr açıqlanıb

İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın 10 regionunda 2011-ci ilin noyabr ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir. Aparılmış statistik müşahidələrin nəticələrinə görə, ay ərzində Azərbaycanda istehlak qiymətləri 1,95 faiz artıb. Bu zaman ərzaq məhsulları 3,69 faiz artıb, qeyri-ərzaq məhsulları 0,21 faiz azalıb, xidmətlər isə 0,05 faiz bahalaşıb.

Oktyabr ayına nisbətdə noyabr ayı ərzində paytaxt regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 2,22 faiz, regionlarda 1,68 faiz artıb. O cümlədən ərzaq məhsulları Bakıda 4,16 faiz, regionlarda 3,23 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları isə müvafiq olaraq 0,13 və 0,30 faiz ucuzlaşıb. Xidmətlərin dəyəri noyabr ayı ərzində Bakıda 0,04 və 0,06 faiz artıb. Noyabr ayı ərzində ən çox yer pomidoru (47,40 faiz), yer xiyarı(43,18 faiz), qatıq (4,15 faiz) bahalaşıb. Ucuzlaşma isə lumu (5,91 faiz), kəsilmiş taxta(4,48 faiz), qadın üçün don(2,42 faiz) və digər məhsullarda qeydə alınıb.


Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 13,53 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 17,67 faiz, regionlarda isə 9,45 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında(22,27 faiz) olub. Qeyri-ərzaq məhsullarında artım 3,53 faiz, xidmətlərdə isə 4,65 faiz təşkil edib.

 

2011-ci ilin 11 ayında ölkədə istehlak qiymətləri 11,18 faiz, o cümlədən ərzaq məhsulları 18,08 faiz, qeyri-ərzaq məhsulları 2,94 faiz, xidmətlər isə 4,36 faiz yüksəlib.

İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında noyabr ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 168,69 manat, pensiyaçılar üçün 151,93 manat, 0-14 yaşlı uşaqlar üçünsə 210,87 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 104,14 manat, pensiyaçılar 94,49 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 119,98 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 39,23 manat, pensiyaçılar üçün 35,00 manat, 0-14 yaşlı uşaqlar üçün 73,33 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,32 manat, 22,44 manat və 17,56 manat təşkil edib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” Qanun əsasında ölkədə 2011-ci il üçün yaşayış minimumu 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilib.”

Qeyd: Müqayisə üçün bildirək ki, Dövlət Statistika Komitəsi 2011-ci ilin noyabr ayında ərzaq məhsullarının qiymətlərində 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətlərində 0,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərində 0,1 faiz bahalaşma, yekunda isə aylıq 1,1 faiz inflyasiya qeydə alıb.

İTM İctimaiyyətlə əlaqələr departamenti

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda