Home Xəbər Xəbərlər Qubad İbadoğlu Beyrutda keçirilən beynəlxalq konfransda neft gəlirlərinin idarəedilməsi barədə çıxış edib

Qubad İbadoğlu Beyrutda keçirilən beynəlxalq konfransda neft gəlirlərinin idarəedilməsi barədə çıxış edib

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İdarə Heyətinin sədri Qubad İbadoğlu  Gəlirlərə Nəzarət İnstitutunun dəstəyi ilə Beyrutda təşkil olunmuş  “Gəlirlərin idarəedilməsi” mövzusunda konfransda  iştirak edib. Konfransda Yaxın Şərqin neft və qazla zəngin olan ölkələrindən Kuveyt, Bəhreyn, Mərakeş, İraq, Tunis,  Yəmən, Suriya, Əlcəzair, Liviya, Misirlə yanaşı Qazaxıstan və Azərbaycanın da nümayəndələri iştirak edib. 

Konfransın ilk günündə  İTM rəhbəri “Azərbaycanda neft gəlirlərinin idarəedilməsi təcrübəsi” barədə təqdimatla çıxış edərək neft gəlirlərinin idarəedilməsi və bölüşdürülməsi sahəsindəki mövcud vəziyyəti xarakterizə edib, rəhbəri olduğu Mərkəzin  bu sahədə apardığı tədqiqatların tapıntılarını və nəticələrini  açıqlayıb.  Neft gəlirlərinin idarəedilməsi prosesini tənzimləyən təkmil hüquqi bazanın, fiskal qaydaların olmamasının və mərkəzi hakimiyyətin müdaxiləsinin  korporativ  menecment sisteminə  neqativ təsirlərindən danışan Qubad İbadoğlu qeyd edib ki, indiyə qədər Azərbaycan neft gəlirlərindən 65 milyard dollar qazanıb ki, onun da 35,2 milyard dolları xərclənib, 29,8 milyard dolları isə yığıma yönəldilib.


Bildirib ki, ötən il  idarəetməyə verilən 30 milyard dollara qədər neft gəlirlərindən əldə edilən qazancın həcmi 215 milyon dollar olub ki, bu da illik 0,7 faiz  deməkdir. İldən-ilə idarəetmədən əldə edilən gəlirlərin faiz dərəcəsinin aşağı düşməsinin səbəblərindən bəhs edən Q. İbadoğlu qeyd edib ki, gəlirlərin toplandığı Dövlət Neft Fondu  neft gəlirlərinin idarəedilməsindən 2007-ci ildə 4,5 faiz, 2008-ci ildə 3,8 faiz, 2009-cu ildə 3,6 faiz, 2010-cu ildə 0,8 faiz, 2011-ci ildə isə 0,7 faiz qazanc əldə edib.
Çıxışı zamanı Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün tətbiqi  sahəsində Azərbaycanın qazandığı nailiyyətlərlə yanaşı, hazırda qarşılaşdığı əsas çətinliklərdən də bəhs edən Qubad İbadoğlu bu istiqamətdə dəyişikliklərin zəruriliyini diqqətə gətirib və öz təkliflərini konfrans iştirakçılarının nəzərinə təqdim edib.
İTM rəhbəri həmçinin konfransda Azərbaycanda neft gəlirlərinin idarəedilməsi prosesində vətəndaş cəmiyyəti institutlarının, parlamentin  iştirakı, vətəndaşların bu gəlirlərdən  bəhrələnməsi imkanları  barədə sualları cavablandırıb.

İTM İctimaiyyətlə əlaqələr departamenti



 

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda