Home Xəbər Xəbərlər 2012-ci ilin MART ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələr açıqlanıb

2012-ci ilin MART ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələr açıqlanıb

İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın 10 regionunda 2012-ci ilin mart ayı və birinci rübü ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir. Aparılmış statistik müşahidələrin nəticələrinə görə, mart ayı ərzində Azərbaycanda istehlak qiymətləri 0,54  faiz artıb. Bu zaman ərzaq məhsulları 1,08 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları 0,26 faiz ucuzlaşıb, xidmət tarifləri isə 0,12  faiz artıb.

Fevral ayına nisbətdə mart ayı ərzində  paytaxt  və  regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər  0,68 faiz, regionlarda 0,41 faiz artıb. O cümlədən  ərzaq məhsulları Bakıda 1,55 faiz, regionlarda 0,61 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları Bakıda 0,59 faiz ucuzlaşıb, regionlarda isə 0,07 faiz bahalaşıb.  Xidmətlərin dəyəri Bakıda 0,04 faiz azalıb, regionlarda isə 0,29 faiz artıb. Ay ərzində ən çox mövsümi amillərlə bağlı göyərti  (20,16 faiz), 1-3 yaşlı uşaqlar üçün qış kostyumları(8,65 faiz) və baş soğan(6,73 faiz) ucuzlaşıb. Bahalaşma isə toyuq(5,70faiz), nar(11,60 faiz), qatıq(1,82 faiz) və digər məhsullarda qeydə alınıb.


Hesablamalar göstərib ki, 2012-ci ilin birinci rübündə ölkədə 1,11 faiz, o cümlədən Bakıda 1,54 faiz, regionlarda isə 0,69 faiz inflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 2,34 faiz, xidmətlər 0,95 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları isə 1,29 faiz ucuzlaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə  7,25 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 10,23 faiz, regionlarda isə 4,33 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya yenə ərzaq məhsullarında(11,43 faiz) olub. Qeyri-ərzaq məhsullarında artım 0,72 faiz, xidmətlərdə isə 5,01 faiz təşkil edib.

İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və  Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında mart  ayı üzrə  minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən,  ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 170,75 manat, pensiyaçılar üçün 154,03  manat, 0-14 yaşlı uşaqlar üçünsə 212,39 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 107,03 manat, pensiyaçılar 96,39  manat, 0-14 yaşlı uşaqların valideynləri isə 121,55 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 38,24 manat, pensiyaçılar üçün 35,03  manat, 0-14 yaşlı uşaqlar üçün 73,11 manat, xidmət xərcləri isə müvafiq olaraq  25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında”  Qanun əsasında ölkədə 2012-ci il üçün yaşayış minimumu 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib.”


İTM İctimaiyyətlə əlaqələr departamenti


 

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda