Home Xəbər Xəbərlər Qubad İbadoğlu Dublində ATƏT-in Forumunda iştirak edib

Qubad İbadoğlu Dublində ATƏT-in Forumunda iştirak edib

Tədbir  ogurlanmış pulların müəyyənləşdirilməsi və geri qaytarılması məsələlərinin müzakirəsi ilə başa çatıb.
İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü Qubad  İbadoğlu  aprelin 23-24-də  İrlandliyanın paytaxtı Dublin şəhərində ATƏT-in  20-ci İqtisadi-ekoloji forumunda iştirak edib. Qubad İbadoğlunun əməkdaşımıza verdiyi məlumata görə, beynəlxalq  Forum  ATƏT-ə üzv ölkərdə yaxşı idarəetmənin  tətbiqi yolu ilə  sabitliyin və təhlükəsizliyin artırılmasına yardım  məqsədilə təşkil olunub. Forumun əsas mövzusu  “Sosial iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə korrupsiya  ilə mübarizənin  gücləndirilməsinə və  idarəetmənin yaxşılaşdırılmasına dəstək”dir. Dünyanı 60-dək ölkəsindən  250-dək hökümət və qeyri-hökümət nümayəndələrinin, eləcə də aparıci beynəlxalq təşkilatlarının 50-dək təmsilçısının iştirak etdiyi Forumda İrlandiyanın dövlət naziri, ABŞ ticarət nazirinin müavini, Avropa Komissiyasının və ATƏT-in yüksək vəzifəli şəxsləri iştirak edib.
Aprelin 23-də başlayan konfransın ilk günündə  korrupsiya mübarizə sahəsində təşəbbüslər, tətbiq olunan beynəlxalq və regional alətlər və nailiyyətlər, eləcə də dövlət  büdcəsi vəsaitlərindən rasional istifadə, dövlət idarəedtməsində etik davranış  məsələləri müzakirə olunub.  Tədbirin ikinci günü   korrupsiya ilə hərətərəfli və  səmərəli mübarizənin formalaşmasında vətəndaş çəmiyyətinin  və işguzar dairələrin iştirakının əhəmiyyəti barədə müzakirələrlə başlayıbş Çıxışlarda korrupsiya ilə mübarizədə vətəndaş cəmiyyətinin əhəmiyyətli rolu dəfələrlə vurğulanıb və bu sahədə yaxşı nümunələr təqdim olunub. Forum  dövlətdən korrupsiya yolu ilə ogurlanmış pulların müəyyənləşdirilməsi və geri qaytarılması məsələlərinin müzakirəsi  ilə başa çatıb.
Tədbirdə Azərbaycan  nümayəndə heyətinin tərkibində Prezident yanında  Korrupsiya mübarizə komissiyasının üzvü, millət vəkili  Bəxtiyar Əliyev, Xarici İşlər Nazirliyinin  “İqtisadi əməkdaşlıq və inkişaf “  departamentinin direktor müavini Hüsniyə Məmmədova və Şəffaflıq Azərbaycan təşkilatının icracı direktoru Rəna Səfərliyevə də  iştirak edib.

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda