Home Xəbər Xəbərlər ATƏT-in layihəsi çərçivəsində Göyçayda təlim və tarla təcrübəsi keçirilib

ATƏT-in layihəsi çərçivəsində Göyçayda təlim və tarla təcrübəsi keçirilib

 

17 İyul 2012-ci ildə İqtisadi Tədqiqatlar Mərkəzi Göyçay rayonunda bələdiyyə torpaqları icarəçiləri, fermerlər, pay torpağı sahibləri üçün ilk təlimini və tarla təcrübəsini keçirib. Təlim və tarla təcrübəsi ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə icra olunan “Torpaqların deqradasiyasının təbii və antropogen amilləri: maarifləndirmə və ictimai nəzarət” layihəsi çərçivəsində həyata keçirilib.
Təlim Göyçay Rayonu Olimpiya-İdman Mərkəzinin konfrans zalında baş tutub. Təlimə rayonun Potu, Müskürlü, Məlikkənd, Sahadət, Ərəbcəbirli, Yeniarx, Bığır, Qarabaqqal Bələdiyyələrinin, Mırtı, Qızılağac, Müskürlü, Qaraməryəm, Cəyirli, İncə, Mallı-Şıxlı, Kürdşaban, Məlikkənd icra nümayəndələri, Göyçay Bitki Mühafizə Mərkəzinin mütəxəssisi, Göyçay Toxum Laboratoriyasının rəhbəri, Göyçay Aqrokimya Laboratoriyasının nümayəndəsi, Göyçay İpəkçilik Sort Şınaq Məntəqəsinin təmsilçisi, rayonda yerləşən “Aznar” ASC-nin sahə briqadiri, Göyçay İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə başçısı Yunus Osmanov və Göyçay İcra başçısı aparatının baş məsləhətçisi Həmid Həbibov iştirak ediblər. Qeyd edək ki, adları sadalanan kənd icra nümayəndələri həm də böyük təsəsrrüfat başçılarıdırlar.
Təlimdə moderatorluğu layihənin İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) tərəfdən əlaqələndiricisi Qalib Toğrul edib. İTM-in eksperti, təlimçi Vahid Məhərrəmov “Torpaqların deqradasiyası, eroziyası və şoranlaşmasına səbəb olan amillər və onların qarşısının alınması yolları” mövzusunda təlim keçib. Təlimdə eroziya, deqradasiya, şoranlaşma, şorakətləşmə, onları yaradan səbəblər və humus qatı haqqında geniş məlumat verildikdən sonra, əsas diqqət torpaqların münbitliyinin qorunması sahəsində dünya təcrübəsində uğurla sınaqdan çıxmış metodlara və novator aqrotexniki tədbirlərə yönəldilib.
Təlimin gedişində müxtəlif qabaqcıl ölkələrin yeni texnikadan istifadəsi, torpaqların dayaz şumlanması nəticəsində məhsuldarlığın yüksəldilməsi ilə bağlı videofilmlər nümayiş etdirilib.
Təlim interaktiv şəkildə keçirilib. Təlimin gedişində tədbir iştirakçıları 3 müxtəlif qrupa bölünüb, onlara tapşırıqlar verilib. Hər üç qrup eyni tapşırıq üzərində işləyib. Sonra hər qrupdan bir nəfər təqdimat edib. Təqdimatdan sonra Vahid Məhərrəmov qruplarının işlərinin qiymətləndirməsini aparıb, onlara tövsiyələrini verib.
Təlim zamanı torpaqların adət olunmuş 30-40 sm-lik dərinlikdə şumlanmasından 8-10 sm-lik şuma keçilməsi ilə bağlı təlimçinin dünya təcrübəsindən gətirdiyi misallar və nümunələr tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və qızğın diskussiyaya səbəb olub.
Təlimçi tədbir ərzində torpaqların eroziyası, deqradasiyası və şoranlaşmasına səbəb olan yerli problemlər üzərində dayanıb. Rayon ərazisindən keçən kanallların əsaslı təmirinin aparılmaması nəticəsində qrunt sularının üzə çıxması, torpağın şoranlaşması, sel sularının qarşısının alınmaması nəticəsində torpağın münbit humus qatının yuyulması, örüşlərin normadan daha çox heyvan tərəfindən otladılması nəticəsində onların səhralaşması əsas diqqət yönəldilən məsələlərdən olub.
Tədbirin son bir saatı tarla təcrübəsinə həsr olunub. Tarla təcrübəsi zamanı Vahid Məhərrəmov torpağın humus qatının digər hissələrdən ayrılması xüsusiyyətlərindən bəhs edib, əyani şəkildə bunu iştirakçılara göstərib. Daha sonra bitki qalıqlarının (xüsusən, taxılçılıqda) çürüyüb torpağa qarışması üçün aparılacaq işlər, biçin zamanı taxıl bitkilərinin hansı hissəsinin torpaqda qalmasının məqəsəduyğun olması və növbəli əkinin üstünlükləri əyani şəkildə təlim iştirakçılarının diqqətinə çatdırılıb.
Layihə çərçivəsində növbəti təlimin və tarla təcrübəsinin avqustun ortalarında Kürdəmirdə keçirilməsi qərara alınıb.

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda