Home Tədbir Treninqlər Kürdəmir rayonunda təlim və tarla təcrübəsi keçirilib

Kürdəmir rayonunda təlim və tarla təcrübəsi keçirilib


İqtisadi Tədqiqatlar Mərkəzi 9 avqust 2012-ci ildə Kürdəmir rayonunda yerli icra hakimiyyəti nümayəndələri, bələdiyyə torpaqları icarəçiləri,      fermerlər, pay torpağı sahibləri üçün təlim və tarla təcrübəsi keçirib. Təlim və tarla təcrübəsi ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə Goyçay və Kürdəmir rayonlarında icra olunan “Torpaqların deqradasiyasının təbii və antropogen amilləri: maarifləndirmə və ictimai nəzarət” layihəsi çərçivəsində təşkil olunub.

Təlimdə Kürdəmir rayonun Şilyan, Şahsevən, Karrar, Çöhranlı, Atakişili, Dəyirmanlı kəndlərinin bələdiyyəl sədrləri, Qarasu, Qarabucaq, Topalhəsənli, Çöhranlı, Xırdapay,Yeniümid, Mollakənd və digər kənd icra nümayəndələri, Kürdəmir Bitki Mühafizə Mərkəzinin, Kürdəmir Toxum Laboratoriyasının, Kürdəmir Aqrokimya Laboratoriyasının mütəxəssisləri, Kürdəmir İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Rafiq Tarverdiyev, özəl torpaq mükiyyətçiləri, yerli fermerlər və mütəxəssislər iştirak ediblər.
Təlimdə moderatorluğu layihənin İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) tərəfdən əlaqələndiricisi Qalib Toğrul edib. İTM-in eksperti, layihə üzrə təlimçi Vahid Məhərrəmov “Torpaqların deqradasiyası, eroziyası və şoranlaşmasına səbəb olan amillər və onların qarşısının alınması yolları” mövzusunda təqdimatlar edib. Təqdimatlarda eroziya, deqradasiya, şoranlaşma, şorakətləşmə, onları yaradan səbəblər və torpağın humus qatı haqqında geniş məlumat verildikdən sonra, əsas diqqət torpaqların münbitliyinin qorunması sahəsində dünya təcrübəsində uğurla sınaqdan çıxmış metodlara və novator aqrotexniki tədbirlərə yönəldilibTəlimin gedişində müxtəlif qabaqcıl ölkələrin yeni texnikadan istifadəsi təcrübəsinə, toxum səpinini işlərini dərin şum aparmadan həyata keçirərək məhsuldarlığın yüksəldilməsinə, torpaqların qorunmasına həsr edilmiş videoçarxlar nümayiş etdirilib.

Təlim zamanı torpaqların adət olunmuş 30-35 sm-lik dərinlikdə şumlanmasının əvəzində şum qaldırmadan səpin işlərinin aparılması ilə ilə bağlı təlimçinin dünya təcrübəsindən gətirdiyi misallar və nümunələr tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və qızğın diskussiyaya səbəb olub.
Təlimçi tədbir ərzində torpaqların eroziyası, deqradasiyası və şoranlaşmasına səbəb olan yerli problemlər üzərində geniş dayanaraq rayon ərazisindən keçən kanallların əsaslı təmirinin aparılmaması nəticəsində qrunt sularının üzə çıxması, torpağın şoranlaşması, sel sularının qarşısının alınmaması nəticəsində torpağın münbit humus qatının yuyulması, örüşlərin normadan daha çox heyvan sürüsü ilə otlarılması nəticəsində torpaqların səhralaşması məsələlərinə də toxunub.
Tədbirin ikinci hissəsi tarla təcrübəsinə həsr olunub. Tarla təcrübəsi zamanı layihənin eksperti Vahid Məhərrəmov torpağın humus qatının əhəmiyyətindən və xüsusiyyətlərindən bəhs edib, əyani şəkildə bunu iştirakçılara göstərib. Bitki qalıqlarının sahələrdən çıxarılmamasını, qalıqların sahələrdə çürüyərək humus qatını artırdığını vurğulayan təlimçi növbəli əkinin üstünlüklərini əyani şəkildə təlim iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd edək ki, analoji təlim və tarla təcrübəsi iyulun 17-də Göyçayda da keçirilib.

Xatırladaq ki, sözügedən layihə çərçivəsində jurnalistlər arasında müsabiqə elan olunub. Müsabiqənin məqsədi torpaqların münbitliyinin qorunmasına, torpaqların eroziyasının, deqradasiyasının, şoranlaşmasının, çirklənməsinin qarşısının alınmasına, onların mühafizəsinə, fermerlərin əkinçiliklə məşğul zamanı torpaqqoruyucu texnologiyadan istifadəsinə yardım etmək, problemi aktuallaşdırmaq və ictimailəşdirməkdir. Müsabiqəyə təqdim olunan yazılar 1 iyul 2012-ci ildən 1 oktyabr 2012-ci ilə qədər respublika kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, sayt) birində azərbaycan və ya rus dillərində dərc olunmalı, elektron formada ən geci 5 oktyabra qədər İqtisadi Tədqiqatlar Mərkəzinin e-mail ünvanına ( Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. ) göndərilməlidir.
Əlavə məlumat üçün layihənin əlaqələndiricisi Qalib Toğrulla əlaqə saxlamaq olar.
Tel.: 465-18-41, 465-18-47, 050-371-12-44, e-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

İTM İctimaiyyətlə əlaqələr departamenti

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda