Home Xəbər Xəbərlər Almatıda MHŞT üzrə regional konfrans keçirilib

Almatıda MHŞT üzrə regional konfrans keçirilib

Tədbirdə Azərbaycanın QHT Koalisiyasının təmsilçiləri də iştirak edib

 



Beyn
əlxalq “Ödədiyini Açıqla” Koalisiyasinin və Qazaxıstanın Soros Fondunun təşkilatçılığı ilə Almatıda Mədən Sənayesində Şəfaflıq Təşəbbüsü üsrə regional konfrans keçirilib.  Avqusutun 21-23 tarixlərini əhatə edən konfransda  “Ödədiyini Açıqla” Koalisiyasının MHŞT-nin qaydaları və prinsipləri, eləcə də idarəçilik mexanizmlərinə dair yeni təklifləri ətrafında müzakirələr aparılıb, ölkələr üzrə MHŞT-nin tətbiqi və inkişafı kontekstində real vəziyyətə dair təqdimatlar dinlənilib. Bundan başqa, bu ilin sentyabr ayında Amsterdamda keçiriləcək MHŞT üzrə beynlxalq konfransın gündəliyi, həmçinin qarşıdakı taktiki və strateji vəzifələrə dair fikir mübadiləsi də aparılıb.

Qazaxıstan, Qırğızıstan, Monqolstan,  Tacikstan və Ukraynanın vətəndaş cəmiyyətinin nümayəndələrinin qatıldığı  konfransda Azərbaycandan  MHŞT Koalisiyasının təmsilçiləri – Sabit Bağırov, Qubad İbadoğlu, Sevil Yüzbaşova və Nicat Dağlar iştirak edib. Azərbaycan təmsilçiləri ölkənin MHŞT realıqları, əldə olunan nailiyyyətlər, mövcud problemlər və QHT Koalisiyasının fəaliyyətindən danışıblar. 

Sabit Bağırov MHŞT-nin tətbiqinə dair beynəlxalq səviyyədə irəli sürülən təşəbbüslərdən söz açıb. Onun idarə etdiyi paneldə region ölkələrindəki çətinliklər ətrafında müzakirə aparılıb.

Qubad İbadoğlunun təqdimatında isə MHŞT Koalisiyasının 4ə sas çətinliyi vurğulanıb-  – MHŞT-nin tətbiqilə bağlı hökumət komissiyasının səlahiyyətlərinin Çoxtrəfli Qrupa keçməsi, fərdi hesabatların tətbiqi, Memorandum və hesabat formalarının təkmilləşdirilməsi.

Konfrans iştirakçıları və təşkilatçılar öz çıxışlarında Azərbaycan təcrübəsini müsbət nümunə kimi önə çəkiblər.

Tədbirdə region ölkələrnin təmsilçilərinə Azərbaycanda MHŞT-nin gedişatı və Koalisiyanın faiyyətinin əks etdirən məlumatlandırıcı bukletlər də paylanılıb.

 

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda