Home Xəbər Xəbərlər Qubad Ibadoğlu Buxarest səfəri

Qubad Ibadoğlu Buxarest səfəri


İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu oktyabrın 24-25-də Buxarestdə keçirilən Qara Dəniz QHT Forumunda iştirak edib. O, tədbirdə Azərbaycanda informasiya çıxış və açıq hökumətin formalaşdırılması problemlərindən danışıb.
Təqdimat zamanı Azərbaycanda informasiyanın əldə edilməsinin getdikcə çətinləşməsindən danışan Mərkəz sədri auditoriyanın diqqətinı "Kommersiya sirri haqqında" qanuna edilən son dəyişikliyə cəlb edib. O qeyd edib ki, qanunun "Kommersiya sirri hesab edilən məlumatlar" adlı 4-cü maddəsinə edilən əlavəyə görə, Azərbaycanda kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar kommersiya sirri hesab olunur.
Bu dəyişklik nəticəsində onsuz da məhdud olan mikrosəviyyəli məlumatların qapalılığının daha da artacağını qeyd edən Qubad İbadoğlu təqdimatında həmçinin "İnformasiya əldə etmək haqqında" qanuna əlavələrdən də danışıb. Bildirib ki, son dəyişikliyə əsasən informasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycanın siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Azərbaycanda baş verən bu çür dəyişikliklərin ölkənin yaxınlarda üzv olduğu Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün tələbləri ilə ziddiyyət təşkil edəcəyini də vurğulayan Qubad İbadoğlu Qara Dəniz ölkələrinin vətəndaş cəmiyyəti nümayəndələrini bu Təşəbbüs üzrə çoxtərəfli əməkdaşlığa dəvət edib. O qeyd edib ki, Rusiya istisna olmaqla Qara Dəniz hövzəsi ölkələrinin hamısı bu Təşəbbüsə üzvdür ki, bu da həmin ölkələrin vətəndaş cəmiyyəti üçün yeni fəaliyyət və əməkdaşlıq platforması yaradır.

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda