Home Xəbər Xəbərlər Balakən və Oğuzda bələdiyyə-QHT əməkdaşlığının detalları dəqiqləşib

Balakən və Oğuzda bələdiyyə-QHT əməkdaşlığının detalları dəqiqləşib

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) “British Council”un icra etdiyi "İcmanın İnkişafı üçün İcmadaxili Əməkdaşlıq və Dialoq" layihəsi çərçivəsində əməkdaşlıq etdiyi aprelin 29 və 30-da Balakən rayonu Hənifə Bələdiyyəsində, mayın 1-də isə Oğuz Şəhər Bələdiyyəsində işçi qrupu müzakirələri keçirib.

Hənifə Bələdiyyəsində keçirilən görüşdə bələdiyyə üzv və qulluqçuları, bələdiyyə ərazisindəki icmaların və rayondakı QHT-lərin nümayəndələri, layihə çərçivəsində yaradılmış Resurs Qrupunun üzvləri iştirak ediblər. Görüşdə İTM-in eksperti Qalib Togrul Bələdiyyə sakinləri arasında yerli QHT-lər tərəfindən Vətəndaşın Rəy Kartı metodologiyası əsasında keçirilmiş sorğunun nəticələrinə həsr olunmuş təqdimatla çıxış edib. Təqdimatdan məlum olub ki, yerli sakinlər üçün prioritet problem kəndarası yolların təmiri, köhnəlmiş işıq dirəklərinin dəyişdirilməsi və yeni məhəllələrin qazla təminatıdır.
Təqdimatdan sonra sorğunun nəticələri görüş iştirakçıları tərəfindən müzakirə olunub. Qərara alınıb ki, ilk prioritet problem olan kəndarası yolların təmiri ilə bağlı işlər görülsün. Bu işə daha çox sakinin cəlb oluması və təmir olunacaq yola çəkiləcək xərclərin smetasının tutulması ətrafında müzakirələr aparılıb, rəylər dinlənilib. Qərara alınıb ki, görüləcək işlərlə bağlı iş bölgüsünün aparılması, bələdiyyənin ayıracağı vəsaitin və icmanın töhfəsinin detallarının dəqiqləşdirilməsi üçün mayın ortalarında daha bir görüş keçirilsin.
Mayın 1-də isə Oğuz Şəhər Bələdiyyəsinin akt zalında keçirilən görüşdə Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Elşən Yunusov, Oğuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Oğuz Rayon Təhsil şöbəsinin əməkdaşı Rəşad Abbasov, Oğuz Şəhər Bələdiyyəsinin sədr müavini Arif Əliyev, yerli QHT-lərin nümayəndələri və şəhər bələdiyyəsinin üzvləri iştirk ediblər. Görüşün mövzusu “Gənclərin asudə vaxtlarının təşkili problemləri” olub. Müzakirələr nəticəsində gənclərin zərərli vərdişlərdən qorunması, onların asudə vaxtlarının səmərəli təşkili üçün Oğuz şəhərində fəaliyyət göstərən Resurs Mərkəzində kitab klubunun yaradılması və vaxtaşırı bu klubda gənclərin iştirakı ilə müzakirələrin keçirilməsi qərara alınıb.
Eyni zamanda, gənclərin maraqlarının öyrənilməsi məqsədilə may ayının ikinci yarısında Oğuz Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun fəal gənclərinin iştirakı ilə görüşün keçirilməsi qərara alınıb.

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda