Home Xəbər Xəbərlər Qubad Ibadoğlu Sidneydə keçirilən qlobal konfransda çıxış edib

Qubad Ibadoğlu Sidneydə keçirilən qlobal konfransda çıxış edib

Mədən sənayesi şirkətləri fərdi qaydada hesabat verəcəklər

Mayin 23-də Sidneydə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə (MSŞT) 5-ci Qlobal Konfrans işinə başlayıb. Konfransda dünyanın 96 ölkəsindən, aparıcı beynəlxalq təşkilatlardan, transmilli korporasiyalardan 1200-ə qədər nümayəndə iştirak edir. Azərbaycan nümayəndə heyəti hökumət, mədən sənayesi, auditor şirkətləri və vətəndaş cəmiyyətinin təmsilçilərindən ibarətdir. Nümayəndə heyətinin tərkibində hökuməti Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, vətəndaş cəmiyyətini Sabit Bagirov, Əliməmməd Nuriyev, Sahib Məmmədov, İlham Hüseynli, Elçin Abdullayev, Mübariz Tağıyev və Qubad İbadoğlu təmsil edir. Konfransdan əvvəlki gün MSŞT İdarə Heyəti yeni qaydaları təsdiq edib. Eyni zamanda həmin gün “Ödədiyini açıqla” beynəlxalq QHT Koalisiyasının təşəbbüsü ilə vətəndaş cəmiyyəti nümayəndələri üçün təqdimat keçirilib. Toplantıda MSŞT İdarə Heyətinə yeni seçilən üzvlərin təqdimatı olub. 2013-2015-ci illər üçün İdarə Heyətinin Avrasiya regionundan yeni seçilmiş üzvü Qubad İbadoğlu da platformasını təqdim edib. Qeyd edib ki, Beynəlxalq İdarə Heyətinin üzvü kimi onun fəaliyyətinin əsas hissəsi 2 məsələyə - insan haqlarına və kommunikasiya məsələlərinə həsr olunacaq.
Mayin 23-də "MSŞT: səffaflıqdan sonra" adı altında qlobal konfransın açılışı olub. Açılışda MSŞT-nin Beynəlxalq İdarə Heyətinin sərdi Kler Şort salamlama nitqi ilə çıxış edəndən sonra plenar iclasda Sierra Leonun prezidenti Ernest Bay Koroma, Solomon adalarının baş naziri Qordon Darsi Lilo, Toqonun baş naziri Artem Kvesi Selegoci, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının sədri Erik Solxeim çıxış edib. Sonra MSŞT -nin Beynəlxalq İdarə Heyətinin üzvlərinin iştirakı ilə müzakirələr davam etdirilib. MSŞT-nin İdarə Heyətinin üzvü, ABŞ-ın Gəlirlərə Baxış İnstitutunun sədri Entoni Rixter insan haqlarına hörmətin şəffaflıq və hesabatlılığın vacib elementi olduğunu vurğulayaraq, konfrans iştirakçılarının diqqətini Azərbaycanda vətəndaş cəmiyyətinin problemlərinə cəlb edib. Bildirib ki, Azərbaycanda sərbəst birləşmə və fikir ifadə etmə hüquqları pozulur, vətəndaş cəmiyyətinin fəaliyyət imkanları məhdudlaşdırılır.
Konfransda “Ödədiyini açıqla” beynəlxalq QHT Koalisiyasının üzvləri olan vətəndaş cəmiyyətinin nümayəndələri Şevron, BP, EksonMobil və Şell şirkətləri əleyhinə aksiya keçirib və şüarlar səsləndirərək, həmin şirkətləri şəffaflığa dəvət ediblər.
Mayın 24-də Qİbadoğlu konfransda çıxış edib. MSŞT-nin ictimai debatları nə qədər stimullaşdırmasına həsr olunan sessiyanı Dünya Bankının vitse-prezindenti Meg Taylor idarə edib. Onun dəvəti ilə tədbirdə Qubad İbadoğlu ilə yanaşı Kamerunun maliyyə naziri Ousmane Mey Alamine, Fillipin Prezidentinin köməkçisi Elisea Gozun, Zambiyanın Tranter Resurs şirkətinin direktoru Sixtus Mulenga və Açıq Cəmiyyət Fondunun təmsilçisi Diarmird Sullivan müzakirələrə cəlb olunaraq toplantı iştirakçılarının suallarını cavablandırıblar.

Çıxışında Azərbaycanda MSŞT-nin tətbiqi və idarə edilməsi sahəsindəki vəziyyəti xarakterizə edən Qubad İbadoğlu toplantı iştirakçılarının diqqətini Azərbaycanda ictimai debatların təşkilində qarşılaşdıqları çətinliklərə cəlb edib. O, Azərbaycanda ictimai debatların təşkilinin effektivliyini azaldan amillər sırasında əhalinin marağının aşağı olması, MSŞT-nin tətbiqi ilə onların həyat səviyyəsinin yaxşılaşması arasında birbaşa əlaqənin olmaması, vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarının məhdudlaşdırılması, infomasiyanın yayılması kanallarının azlığı və digər səbəbləri sadalayıb. Qeyd edib ki, informasiyanın əldə edilməsi ilə bağlı ayrıca qanun mövcud olsa da, bir çox təşkilatlar onun tələbləri əsasında informasiyaların əldə edilməsinə əngəllər yaradırlar. Onun çıxışında maraq doğuran və daha çox müzakirəyə səbəb olan Azərbaycanda xüsusilə də müstəqil fəaliyyət göstərən vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran yeni qərarların qəbulu olub.

Q.İbadoğlu qeyd edib ki, bütün bunlar ölkədə MSŞT-nin tətbiqinin faydasını aşağı salır, bu təşəbbüslə insan inkişafı göstəriciləri arasında əlaqəni zəiflədir. MSŞT-nin tətbiqində yeni mərhələnin başladığını bildirən Q.İbadoğlu yeni qaydaların qüvvəyə minməsi bu prosesin iştirakçıları olan hökumət, mədən sənayesi şirkətləri və vətəndaş cəmiyyətinin qarşısına vəzifələr qoyur. Belə ki, MSŞT-nin İdarə Heyətinin təsdiq etdiyi yeni qaydalara görə, bundan sonra mədən sənayesi şirkətləri fərdi olaraq hesabat verməli olacaq ki, bu da informasiyaya çıxış imkanlarının artmasına xidmət edəcək.
Qeyd edək ki, konfrans mayın 24-də işini başa çatdırır.

İTM İctimaiyyətlə əlaqələr departamenti

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda