Home Xəbər Xəbərlər İqtisadi Tədqiqatlar Mərkəzində Yay təcrübə proqramına qəbul başa çatıb

İqtisadi Tədqiqatlar Mərkəzində Yay təcrübə proqramına qəbul başa çatıb

İqtisadi Tədqiqatlar Mərkəzinin Açıq Cəmiyyətlərın İctimai Assossiyası (PASOS) və “Kamil vətəndaş” İctimai Birliyi ilə tərəfdaş olaraq həyata keçirdiyi, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Beyin mərkəzlərinin qərar qəbulu arenasında rolunun gücləndirilməsi vasitəsi ilə idarəetmənin effektivliyinin yüksəldilməsi” layihəsi çərçivəsində yay təcrübə proqramına qəbul başa çatıb.
Ali məktəblərin bakalavr və magistrlərinə öz iqtisadi biliklərini praktiki tətbiq etmək, elmi-tədqiqat və peşəkar bacarıqlarını inkişaf etdirmək üçün imkan yaradan proqrama seçim iki vəzifə - xarici əlaqələr və tədqiqatçı mütəxəssis üzrə aparılıb. Ölkənin nüfuzlu ali təhsil ocaqlarına yayılan elanla bağlı Mərkəzin rəsmi elektron ünvanına 50-yə yaxın müraciət daxil olub. İTM İdarə Heyəti üzvlərindən ibarət seçim komissiyası daxil olan müraciətləri araşdıraraq 15 tələbənin sonuncu tur üçün müsahibəyə dəvət olunması qərarına gəlib. Müsahibədən uğurla keçən 5 tələbə iyul-avqust ayları ərzində İTM-də iş təcrübəsi qazanmaq imkanı əldə edib. Bunlar Aysel Naibova(Dövlət İqtisad Universiteti), Nüşabə Əliyeva(Qafqaz Universiteti), Röyanə Cəfərquliyeva(Azərbaycan Universiteti), Tural Kərimli(Dövlət İqtisad Universiteti) və Sevinc İsmayılovadır(Dövlət İqtisad Universiteti).
Qeyd edək ki, İTM analoji təcrübə proqramı yay və qış mövsümlərində olmaqla ildə iki dəfə keçirilir. İndiyədək proqramda yerli tələbələrlə yanaşı, bir neçə nəfər xaricdən müraciət edərək İTM-in tədqiqat bacarıqlarından yararlanıblar.
Əlavə məlumat üçün Layihə rəhbəri Dünya Camalova ilə əlaqə yarada bilərsiniz.
Tel: +99412 4651847, E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda