Home Xəbər Xəbərlər Bakıətrafı bələdiyyələrə vətəndaş iştirakçılığının artırılması mözusunda təlim keçilib

Bakıətrafı bələdiyyələrə vətəndaş iştirakçılığının artırılması mözusunda təlim keçilib

30 iyul 2013-cü il tarixdə Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) maliyyə dəstəy ilə İqtisadi Tədqiqatlar Mərkəzinin icra etdiyi layihə çərçivəsində Bakıətrafı 10 tərəfdaş bələdiyyənin nümayəndələrinə “Yerli özünüidarəetmə orqanlarında ictimai iştirakçılıq: imkanlar və çətinliklər və Yerli vergi ödəyicilərinin kodlaşdırılması şəffaflıq və hesabatlılıq aləti kimi” mövzusunda təlim keçirilib. 

Təlimdə Sahil, Xocahəsən, Binə, Pirşağı, Ramana, Lökbatan, Zabrat, Qala və Ələt bələdiyyələrinin təmsilçiləri iştirak ediblər. Təlimdə ilk çıxışı ekspert Dünya Camalova edib. Dünya Camalova ictimai iştirakçılığın üstünlükləri - Bələdiyyələrlə vətəndaşlar arasında qarşılıqlı etimad yaratması, yerli problemlərin həllində ortaq məsuliyyət formalaşdırması, məhdud imkana malik bələdiyyələrin resurslardan daha səmərəli istifadə edə bilməsi, icma ehtiyacları daha dəqiq müəyyən olunması, qərarçıxarma prosesində məsuliyyətin bölüşməsinə şərait yaraması, yeni ideyaların yaranmasına təkan verməsi, yerli hakimiyyətlə ictimaiyyət arasında konsensus formalaşdırması- barədə ətraflı məlumat verib.
Daha sonra Azərbaycanda bələdiyyə qanunvericiliyinin vətəndaş iştirakçılığına imkan verdiyini vurğulayan təlimçi normativ-hüquqi bazanın təhlilini verib.
İştirakçıların suallarını cavablandıran təlimçi Avropa Şurasının “Qərar qəbulu prosesində vətəndaş iştirakçılığı ilə bağlı tövsiyə olunan Təcrübə Kodeksi”nin verdiyi imkanlardan bəhrələnməyi tövsiyə edib.
Dünya Camalova “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası qanun layihəsinin Milli Məclisdə ikinci oxunuşdan keçdiyini bildirib. O, qanunda yerli icra hakimiyyəti orqanları ilə bələdiyyələrin bir yerdə təsnif edilməsinin doğru olmadığını vurğulayıb. Təlimçi, eyni zamanda, qanun layihəsində nəzərdə tutulduğu kimi bələdiyyələrdə icitimai şuraların yaradılması tələbinin də əsassız olduğunu bildirib.
Təlimin ikinci hissəsini layihə koordinatorunun asissenti, eksperti Rəcəb İmanov aparıb. Təlimçi bələdiyyələrədə yerli vergi ödəyiclərinin kodlaşdırılması ilə bağlı müvafiq qanunvericilik aktlarına edilən dəyişikliklərdən danışıb, misallar üzərində Yerli Vergi Ödəyicinin Kodunu (YVÖK) təlim iştirakçılarına nümayiş etdirib.

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda