Home Xəbər Xəbərlər Qubad İbadoğlu Qırğızıstanda hökümətin büdcə müzakirələrində iştirak edib.

Qubad İbadoğlu Qırğızıstanda hökümətin büdcə müzakirələrində iştirak edib.

İqtisadçı-ekspert bu ölkənin vətəndaş cəmiyyətinə təlim keçib 
Iqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü Qubad İbadoğlu BMT-nin İnkişaf Proqramının dəvəti ilə avqustun 11-dən 17-dək Bişkekdə səfərdə olub. Qubad İbadoğlu səfərin çərçivəsində Qırğızıstan hökümətinin təşkil etdiyi respublikasının 2014-cu il üçün büdcəsinin layihəsinin və 2015-2016-cı il üzrə makroiqtisadi proqnozlarının müzakirəsinə həsr olunmuş müzakirədə iştirak edib. Müzakirələrə Qirğızıstan hökümətinə daxil olan bütün dövlət orqanlarının rəhbərləri, parlament üzvləri ilə yanaşı yerli qeyri hökümət təşkilatlarının və beynəlxalq təşkilatların təmsilçiləri də qatılıb. Hökümətin 2014-cü ilin büdcəsinə həsr olunmuş müşavirədə ölkənin baş naziri Jantoro Satıbaldıyev və maliyyə naziri Olqa Lavrovanın növbəti ilin büdcə layihəsinə dair çıxışları dinlənilib. Müzakirədə həmçinin yerli ekspertlərin anti-korrupsiya, gender, ekoloji baxımdan apardıqları büdcə ekpertizasının nəticələri açıqlanıb. Müşavirə zamanı beynəlxalq ekspert statusunda çıxış edən Qubad İbadoğlu ölkənin 2014-cü il üçün hazirlanmış büdcə layihəsinə dair rəyini təqdim edib. Toplantının 2-ci günü ayrı-ayrı sahələr (sosial müdafiə, səhiyyə, təhsil, mədəniyyət, məhkəmə sistemi, nəqliyyat və kommunikasiya dag-mədən, kənd təsərrüfatı) üzrə büdcə müzakirələri xüsusi qruplarda keçirilib.
Qubad İbadoğlunun avqustun 14 və 15-də büdcə işinə maraq göstərən yerli vətəndaş cəmiyyəti nümayəndələri üçün büdcə sistemi, büdcə prosesi, büdcə təsnifatı və tətbiqi büdcə təhlilləri sahəsində 2 günlük təlim keçib.
Təlimdən sonra aparılan müzakirələrdə qərara alınıb ki, növbəti dəfə analoji təlim Maliyyə nazirliyinin, Hesablama Palatasının təmsilçiləri və parlamentin üzvləri üçün təşkil olunsun.

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda