Home Xəbər Xəbərlər Azərbaycanlı ekspertlər Almatada resurs gəlirlərinin idarəolunması mövzusunda təlim keçib

Azərbaycanlı ekspertlər Almatada resurs gəlirlərinin idarəolunması mövzusunda təlim keçib

İqtisadi Tədqiqatlar Mərkəzi ABŞ-ın Gəlirlərə Nəzarət İnstitutunun maliyyə və Xəzər Universiteti nəzdində Avrasiya Mədən Sənayesi Bilik və Təlim Mərkəzinin metodoloji dəstəyi ilə Almatada Kazaxıstandan olan ekspertlər üçün avqustun 22-24-də 3 günlük seminar keçirib. Seminarda Astana, Almata, Şimkənd və Semipalatinsk şəhərlərində yerləşən universitetlərin, akademik dairələrin və beyin mərkəzlərindən 15-dək nümayəndə iştirak edib. Seminarda İctimai Maliyyənin Monitorinqi Mərkəzinin rəhbəri İnqilab Əhmədov və İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Qubad İbadoğlu təlimçi statusunda çıxış ediblər.
Təlim zamanı iştirakçılara resurs gəlirləri, gəlirlərin idarə olunması sahəsində müxtəlif ölkələrin təcrübələri, suveren rifah fondları, gəlirlərin idarəolunmasında tətbiq edilən fiskal qaydalara, neft gəlirlərin tədqiqatına dair modullar təqdim olunub. Eyni zamanda iştirakçılara gəlirlərin idarəolunması sahəsində Azərbaycan və Qazaxıstan təcrübələrinin müqayisəli təhlili əsasında qiymətləndirmələr çatdırılıb. Seminarda iştirakçılar həmçinin ABŞ-ın Gəlirlərə Nəzarət İnstitutunun regional direktoru Qalib Əfəndiyevin Resurların İdarəedilməsi İndeksinin metodologiyasına və son sorğunun nəticələrinə dair çxışlar edib, iştirakçıları maraqlandıran suallara cavab verib.
Seminarın nəticəsi olaraq qərara alınıb ki, iştirakçıların əldə etdikləri biliklərin əsasında aparacağı tədqiqatları stimullaşdırmaq üçün kiçik qrantlar müsabiqəsi elan edilsin.

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda