Home Xəbər Xəbərlər MSŞT üzrə Beynəlxalq İdarə Heyətinin toplantısı keçirilib

MSŞT üzrə Beynəlxalq İdarə Heyətinin toplantısı keçirilib

Bu toplantıda Avrasiya regionunu təmsil edən Qubad İbadoğlu Konqo və Fildişi sahili ölkələrinin hökumətlərində bir sıra görüşlərdə iştirak edib
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) Beynəlxalq İdarə Heyətinin üzvü, Avrasiya regionunun həmin qurumda təmsilçisi Qubad İbadoğu qərargahı Osloda yerləşən Beynəlxalq Katiblik tərəfindən Konqo Demokratik Respublikasına (KDR) ezam olunub. Q.İbadoğlu MSŞT nümayəndə heyətinin üzvü kimi həmin ölkənin baş nazirinin birinci müavini, maliyyə, mədən sənayesi, planlaşma nazirləri ilə görüşüb, onlarla KDR-in mədən sənayesində şəffaflıq təşəbbüsündə iştirakının çətinlikləri və perspektivlərini müzakirə edib. Parlamentdə spiker, onun müavinləri, daimi komitələrin rəhbərləri və üzvləri ilə də görüş keçirən Q.İbadoğlu onlarla Şəffaflıq Təşəbbüsü və yaxşı idarəetmə istiqamətində müzakirələr aparıb. O həmçinin KDR MSŞT katibliyinin oktyabrın 14-də təşkil etdiyi konfransda iştirak edərək orda da çıxış edib.
Hazırda Q.İbadoğlu beynəlxalq qurumun 25-ci sessiyasında iştirak etmək üçün Fildişi Sahilinin Abican şəhərindədir. O, İdarə Heyətinin toplantısında Azərbaycanda, Qazaxıstanda və Ukraynada vətəndaş cəmiyyətinin, o sıradan QHT-lərin və medianın qarşılaşdığı çətinliklərə dair çıxışlar edib. Q. İbadoğlu həmçinin Azərbaycanda neft kontraktlarına dair informasiyalara çıxış sahəsində texniki və siyasi baryerlərdən danşıb, neft kontraktlarında iştirak edən şirkətlərin mülkiyyət sahibliyinin açıqlanması məsələsini müzakirəyə təqdim edib. MSŞT-nin yeni standartarına görə, şirkətlərin mülkiyyət sahibliyinin açıqlanması tövsiyə xarakteri daşıdığına görə bu problemin MSŞT-yə üzv ölkələrdə tədricən həll edilməsi qərara alınıb.
İdarə Heyətinin yeni qərarlarına görə, İndoneziya, Qazaxıstan və Kamerunun dəyərləndirmə hesabatları müzakirə olunub və sonuncu 2 ölkə MSŞT-nin tam üquqlu statusla, Ukrayna və Seneqal isə namizəd statusu ilə üzvü seçilib. Beləliklə MSŞT-yə üzv olan ölkələrin sayı 41-ə çatıb, onlardan 25-i tamhüquqlu, 16-ı isə namizəd ölkələrdir.
Tədbirdən sonra Beynəlxalq İdarə Heyətinin üzvləri Fildişi Sahilinin baş naziri Daniel Kablan Duncan tərəfindən qəbul olunub və baş nazir adından qonaqların şərəfinə şam yeməyi ziyafəti təşkil edilib.
İdarə Heyətinin növbəti iclaslarının gələn ilin fevral ayında Keyp Taunda, iyun ayında isə Vaşinqtonda keçirmək qərara alınıb.
İqtisadi Tədqiqatlar Mərkəzinin İctimaiyyətlə əlaqələr xidməti

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda