Home Xəbər Xəbərlər İTM iqtisadiyyatdan yazan jurnalistlər üçün seminar təşkil edib

İTM iqtisadiyyatdan yazan jurnalistlər üçün seminar təşkil edib

20 Noyabr 2013-cü ildə İqtisadi Tədqiqlar Mərkəzində jurnalistlər üçün “Azərbaycanda neft gəlirlərinin idarə olunması: mövcud vəziyyət və perspektivlər” mövzusunda seminar təşkil olunub. Seminarda Mərkəzi Beynəlxalq Gəlirlərə Nəzarət İnstitutu tərəfindən maliyyələşdirilən “Gəlirlərin idarə olunmasını necə yaxşılaşdırmalı: Azərbaycan və Qazaxıstanda idarəetmə təcrübələri” layihəsi çərçivəsində Azərbaycanda neft və qaz gəlirlərinin idarə olunması vəziyyətini araşdıran siyasət sənədi jurnalistlərə təqdim olunub. Tədbirdə tədqiqatı həyata keçirən İTM ekspert qrupunun rəhbəri Qubad İbadoğlu siyasət sənədində Azərbaycanda neft gəlirlərinin idarə olunması üçün mövcud makroiqtisadi mühit, maliyyə qaydaları və hüququ əsasların təhlil olunduğunu, neft gəlirlərinin idarə olunması siyasətinin, gəlirlərin idarə olunması və onların təsiri üzrə qərar qəbul etmə prosesində iştirak edənlərin, xüsusilə milli Neft Fondunun iştirakının qiymətləndirildiyini qeyd edib.
Q.İbadoğlunun sözlərinə görə, dünyada bir neçə ölkə Azərbaycan kimi resurslardan asılı vəziyyətdədir. Azərbaycanda ümumi ixracın 92,6 faizi neft və neft məhsullarının payına düşür. 2012-ci ildə dövlət büdcəsinin 73,1 faizi neft gəlirləri hesabına formalaşıb. Gözlənilən istehsal tempi və sübut olunmuş ehtiyatlara əsasən, gələcək 11 il ərzində neftin qiyməti indiki kimi qalarsa, hökumətin neft gəlirləri 2013-cü ilə kimi yığılan gəlirlərdən 1.5 dəfə çox olacaq. Lakin gəlirlərin çox olması heç də onun səmərəli xərclənməsi demək deyil. Belə ki, 01 iyul 2012-ci ilə kimi Azərbaycan "Azəri-Çıraq-Günəşli" (AÇG) neft yatağının istismarından 60618,4 milyon manat qazanıb. Bu məbləğin 56,4%-i artıq xərclənib. Xərclənmiş 33109,3 milyon manatın 30457,5 milyon manatı və ya 92%-i 2008-ci il yanvarın 1-dən 2012-ci il iyulun 1-nə kimi daxil olub ki, bu da keçən 4,5 il ərzində illik otra hesabla 6768,3 milyon manat xərc deməkdir. Dövlət Neft Fondunun proqnozlarına görə, 2013-2016-cı illər ərzində Fondun büdcəsinin xərcləri 424379,3 milyon ABŞ dolları və ya 25 iyul 2012-ci ilin valyuta məzənnəsinə uyğun olaraq, 33367,5 milyon manat təşkil edəcək. Beləliklə, proqnozlara görə, növbəti 4 ildə Dövlət Neft Fondunun illik xəcləmələri orta hesabla 8341,8milyon manat təşkil edəcək. Əslində 2012-ci ildə neft hasilatında pik həddin olmasına baxmayaraq, xərclərin həcmi ilə hökumətin tempi, "Neft və qaz gəlirlərinin uzunmüddətli idarə edilməsi strategiyası" üzrə nəzərdə tutulan gəlirlərin minimum 25%-nə qənaət olunması prinsipinin pozulmasına gətirib çıxara bilər.
Gəlirlərin idarə olunması sahəsində problemlərdən biri də onların yığıldığı Neft Fondunun idarə edilməsi ilə bağlı hüquqi bazanın təkmil olmamasıdır: “Azərbaycanda Neft Fondundan nə qədər vəsaitin xərclənməsi və eyni zamanda onun proqnozlaşdırılması ilə bağlı heç bir fiskal qayda yoxdur. Neft gəlirlərinin idarə olunması qaydaları, Neft Fondu haqqında qanun mövcud deyil. Əgər ARDNF-dən dövlət büdcəsinə transfert vasitəsilə xərcləmələrin həcmi 2013-cü il səviyyəsində (orta hesabla 14 milyard dollar) davam edərsə, o halda gözlənilən neft gəlirləri 10-12 ilə xərclənib tükənə bilər. Fond indi 2018-ci ilin vəsaitini xərcləyir. Bu ilin vəsaiti isə 2011-ci ildə xərclənib. Xərcləmələr bu sürətlə davam edərsə, əldə edilən neft və qaz gəlirləri növbəti 10 ildə tükənə bilər ”.
Ekspert vurğulayıb ki, Neft Fondunun investisiya siyasəti də tədqiqatın hədəflərindən biri olub: “Neft Fondu xarici ölkələrdə daşınmaz əmlaka 1 milyard 700 milyon dollar investisiya yatırıb. Qurum ofşor zonalarda, məsələn, Çersi adalarında da əmlak idarəetməsinə sərmayə qoyaraq törəmə müəssisələr yaradıb. Həmin adalarda bu şirkətlər “SOF AZ Re Ltd.”, “SOF AZ Re UK L.P”, “SOF AZ Re Min Ltd. 78,St Jamess Street Unit Trust” adı altında qeydiyyatdan keçib. Əslində, Neft Fondunun əsasnaməsi ona törəmə şirkətlər yaratmağa imkan vermir. Törəmə müəssisələrin fəaliyyəti barədə şəffaf məlumat da yoxdur.” Q.İbadoğlu tədqiqatın yekunu olaraq, irəli sürülən təklif və tövsiyələri də jurnalistlərlə bölüşüb.
Təqdimatdan sonra Q.İbadoğlu jurnalistlərin sullarını cavablandırıb.

İTM İctimaiyyətlə əlaqələr departamenti

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda