Home Xəbər Xəbərlər Şimal bələdiyyələri yerli vergi və ödənişlərin avtomatlaşdırılması təcrübəsindən faydalanır

Şimal bələdiyyələri yerli vergi və ödənişlərin avtomatlaşdırılması təcrübəsindən faydalanır

İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM)Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bəllədiyyələrdə şəffaflığı və hesabatlılığı, büdcə və maliyyə idarəetməsini, eləcə də kənd və şəhərlərdə vətəndaş iştirakçılığı mexanizmlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində layihənin rəhbəri Qalib Toğrul və eksperti Rəcəb İmanov 21-22 aprel 2014-cü il tarixlərində Quba və Xaçmaz rayonlarında yerləşən 10 tərəfdaş bələdiyyəyə səfər ediblər. 

Səfərin məqsədi İTM-in texnoloji məhsulu olan “Şəffaf büdcə” proqramının işlədilməsi vəziyyətinin monitorinqinin aparılması olub. Səfərin birinci günü Xaçmaz rayonu Ləcət, Pirquluoba, Aşağı Zeyid, Gödəkli və Qımılqışlaq, ikinci günü isə Quba rayonu Digah-Xucbala, Talabıqışlaq, Timiryazev, İqrığ və Vəlvələ bələdiyyələrinin sədrləri və qulluqçuları ilə görüşlər keçirilib. Görüşlər zamanı tərəfdaş bələdiyyələrdə Proqramdan istifadə vəziyyəti monitorinq edilib, yerli özünüidarəetmə orqanlarının qarşılaşdıqları çətinliklərlə bağlı müzakirələr aparılıb, tövsiyələr verilib.
Mərkəzin təlimçiləri aprelin 28-də Xaçmazda, aprelin 29-da isə Qubada yerləşən tərəfdaş bələdiyyələrin nümayəndələrinə “Şəffaf büdcə” Proqramının təkmilləşdirilmiş versiyasının tətbiqi ilə bağlı bağlı təlimlər keçiblər.
Layihənin rəhbəri Qalib Toğrul “Şəffaf büdcə” Proqramının mahiyyəti və üstünlükləri haqqında təqdimatla çıxış edib. Təqdimatdan sonra QalibToğrul bələdiyyə nümayəndələrinin suallarına (proqramın əldə edilməsi, istifadəsi və təhlükəsizliyi və sair) ətraflı cavablar verib.
Layihənin eksperti Rəcəb İmanov isə “Şəffaf büdcə” proqramını iştirakçılara nümayiş etdirib. Rəcəbİmanov proqramın bazasının formalaşdırılması, vergi və ödənişlərin daxil edilməsi və proqramın avtomatik olaraq hazırladığı “Ümumi borc”, “Tədiyyə bildirişi”, “Şəxsi hesab” və digər nəticələrlə bağlı təlim iştirakçılarına əyani misallar göstərib. Təlimçi Proqramla bağlı sualları cavablandırdıqdan sonra bələdiyyə nümayəndələri fərdi formada proqramda işləmək bacarıqlarını nümayiş etdiriblər. Daha sonra nəticələr qarşılıqlı müzakirə olunub.
Əlaqə üçün məsul şəxs: Rəcəb İmanov, 012 – 564 – 86 – 85, Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda