Home Xəbər Xəbərlər 2012-ci ilin yanvar ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələri açıqlanıb

2012-ci ilin yanvar ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələri açıqlanıb

İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın 10 regionunda 2012-ci ilin yanvar ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir. Aparılmış statistik müşahidələrin nəticələrinə görə, cari ilin ilk ayı ərzində Azərbaycanda istehlak qiymətləri 0,26  faiz artıb. Bu zaman ərzaq məhsulları 0,81 faiz artıb, qeyri-ərzaq məhsulları 0,87 faiz azalıb, xidmətlər isə 0,23  faiz bahalaşıb.

2011-ci ilin dekabrına nisbətdə bu ilin yanvar ayı ərzində  paytaxt  və  regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 0,46 faiz, regionlarda 0,07 faiz artıb. O cümlədən  ərzaq məhsulları Bakıda 1,43 faiz, regionlarda 0,20 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları Bakıda 1,48 faiz, regionlarda isə 0,26 faiz ucuzlaşıb.  Xidmətlərin dəyəri ay ərzində Bakıda 0,36 faiz, regionlarda 0,11 faiz artıb. İlin ilk ayında ən çox taksi xidməti  (20,39 faiz),  alma(16,52 faiz), sümüklü qoyun əti (4,97 faiz), manna yarması (2,25 faiz) bahalaşıb. Ucuzlaşma isə göyərti (12,74 faiz),  lumu (8,84 faiz) və digər məhsullarda qeydə alınıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə  10,41 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 13,66 faiz, regionlarda isə 7,21 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya yenə ərzaq məhsullarında(17,19 faiz) olub. Qeyri-ərzaq məhsullarında artım 0,85 faiz, xidmətlərdə isə 5,64 faiz təşkil edib.

İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və  Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında yanvar  ayı üzrə  minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən,  ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 169,42 manat, pensiyaçılar üçün 153,08  manat, 0-14 yaşlı uşaqlar üçünsə 212,24 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 105,21 manat, pensiyaçılar 95,01  manat, 0-14 yaşlı uşaqların valideynləri isə 120,84 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 38,73 manat, pensiyaçılar üçün 35,46  manat, 0-14 yaşlı uşaqlar üçün 73,30 manat, xidmət xərcləri isə müvafiq olaraq  25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında”  Qanun əsasında ölkədə 2012-ci il üçün yaşayış minimumu 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib.”

 

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda