Home Xəbər Xəbərlər

Xəbərlər

Balidə Açıq Hökümət Tərəfdaşlığı üzrə Regional Konfrans işinə başlayıb

Mayın 6-da İndoneziyanın Bali şəhərində “İnovativ açıqlıq: daha yaxşı vətəndaş iştirakçılığına impuls” mövzusunda Açıq Hökümət Tərəfdaşlığı (AHT) üzrə Asiya-Sakit okean höfzəsi Regional konfransı başlayıb.

Ardını oxu...
 

Şimal bələdiyyələri yerli vergi və ödənişlərin avtomatlaşdırılması təcrübəsindən faydalanır

İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM)Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bəllədiyyələrdə şəffaflığı və hesabatlılığı, büdcə və maliyyə idarəetməsini, eləcə də kənd və şəhərlərdə vətəndaş iştirakçılığı mexanizmlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində layihənin rəhbəri Qalib Toğrul və eksperti Rəcəb İmanov 21-22 aprel 2014-cü il tarixlərində Quba və Xaçmaz rayonlarında yerləşən 10 tərəfdaş bələdiyyəyə səfər ediblər. 

Ardını oxu...
 

“Şəffaf büdcə” Bakıətrafı bələdiyyələrdə uğurla tətbiq olunur

İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri (İTM) 24-25 aprel 2014-cü il tarixlərində Bakı şəhəri ətrafında yerləşən 10 tərəfdaş bələdiyyənin təmsilçilərinə təlim keçib. Təlim Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) maliyyə dəstəyi ilə “Bəllədiyyələrdə şəffaflığı və hesabatlılığı, büdcə və maliyyə idarəetməsini, eləcə də kənd və şəhərlərdə vətəndaş iştirakçılığının mexanizmlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunub. Təlimin məqsədi İTM-in tərəfdaş bələdiyyələrdə tətbiq olunan texnoloji məhsulu - “Şəffaf büdcə” Proqramının istifadəsi istiqamətində bilik və təcrübənin təkmilləşdirilməsi olub.

Ardını oxu...
 

İqtisadi Tədqiqatlar Mərkəzi müsabiqə keçirir

İqtisadi Tədqiqatlar Mərkəzi Azərbaycan RespublikasınınPrezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Bələdiyyələrin ətraf mühitin mühafizəsində rolunun gücləndirilməsi" layihəsi çərçivəsində 28 aprel 2014-cü ildə Xaçmaz rayonunun Ləcət kənd bələdiyyə sədri Mirzə Şahbazov və Ləcət tam orta məktəbinin direktoru Maina Xammədova ilə görüş keçirilib. 

Ardını oxu...
 

Qubad Ibadoğlu Qırğızıstan hökümətinə ekspert xidməti göstərir

Iqtisadi Tədqiqatlar Mərkəzinin və Milli Büdcə Qrupunun İdarə Heyətinin üzvü Qubad İbadoğlu 2014-cü ilin fevral və mart aylarında Qırğızıstanda büdcə müzakirələrinə qatılıb. BMT-nin İnkişaf Proqramının və USAİD –nin birgə həyata keçirdiyi “Dövlət büdcəsinin şəffaflığının artırılmasına dəstə” layihə çərçivəsində təşkil olunan səfərin əsas məqsədi Büdcə Məcəlləsinin layihəsinin təkmilləşidirilməsinə və büdcənin proqramlar üzrə tərtibatının hazırlanmasına texnuki dəstək vermək olub. Bu istiqamətdə həyata keçirilən fəaliyyəti çərçivəsiondə Azərbaycanlı ekspert Qırğızıstan parlamentində həyata keçirilən Büdcə Məcəlləsi üzrə dinləmələrdə əsas məruzəçi kimi çıxış edib və Məcəlləninin təkmilləşdirilməsi üçün konkret təkliflərini verib. 

Ardını oxu...
 

Mərkəzi Aran bələdiyyələrinə təlim keçilib

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) 17-18 aprel 2014-cü il tarixlərində Bərdə şəhərində Mərkəzi Aran regionunda əməkdaşlıq etdiyi 14 bələdiyyənin təmsilçilərinə təlim keçib.

Ardını oxu...
 

Xaçmaz rayonunda təlim keçirilib

İqtisadi Tədqiqatlar Mərkəzi 15 aprel 2014-cü ildə Xaçmaz şəhərində yerli bələdiyyə fəalları üçün təlim keçirib. Təlim Azərbaycan RespublikasınınPrezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Xaçmaz rayonunda icra olunan" Bələdiyyələrin ətraf mühitin mühafizəsində rolunun gücləndirilməsi"layihəsi çərçivəsində təşkil olunub. 

Ardını oxu...
 

İqtisadi Tədqiqatlar Mərkəzi yay təcrübə proqramı elan edir.

Ali məktəblərin bakalavr və magistrlərinə öz iqtisadi biliklərini təcrübədə tətbiq etməyə, elmi-tədqiqat və peşəkar bacarıqlarını inkişaf etdirməyə imkan yaradan proqrama seçim iki vəzifə -

Xarici əlaqələr və Tədqiqatçı mütəxəssis üzrə aparılır.

Ardını oxu...
 

Hesablama Palatası: beynəlxalq təcrübə və qanunvericiliyin təkmilləşdirilməsi mövzusunda konfrans

Yanvarın 17-də Azad İqtisadiyyata Yardım İctimai Birliyi tərəfdaşları Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, İqtisadi və Sosial İnkişaf Mərkəzi, İqtisadi Tədqiqatlar Mərkəzi və İqtisadi və Sosial Təşəbbüslərdə

Tərəfdaşlıq İctimai Birliyi ilə birlikdə “Dövlət vəsaitləri üzərində kənar nəzarət” mövzusunda konfrans keçirib.

Ardını oxu...
 

Varlıları daha da varlandıran yoxsulları isə kasıblaşdıran kreditlər

Əhalinin banklara 6 milyard 420 milyon manat borcu var

Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti

Mərkəzi Bankın “Banklarda kreditlərin verilməsi qaydaları”na dair yaydığı son məlumatında diqqəti çəkən və əhalinin müxtəlif təbəqələrini maraqlandıran məsələlərə, xüsusilə də “məsuliyyətli borc vermə” prinsiplərinə dair şərhimi bölüşmək qərarına gədim.

Ardını oxu...
 

Qubad İbadoğlu “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının əlaqələndirici seçilib

 27 dekabr 2013-cü idlə İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) Koalisiyasının Şura iclasının yeni tərkibdə ilk iclası keçirilib.

Ardını oxu...
 

İTM Beyin Mərkəzləri ilə bağlı yekun konfrans və sərgi təşkil edib

İqtisadi Tədqiqatlar Mərkəzi Açıq Cəmiyyətlərın İctimai Assosiasiyası (PASOS) və “Kamil vətəndaş” İctimai Birliyi ilə tərəfdaş olaraq Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Beyin mərkəzlərinin qərar qəbulu arenasında rolunun sgücləndirilməsi vasitəsi ilə idarəetmənin effektivliyinin yüksəldilməsi” layihəsini həyata keçirib. İki il müddətində həyata keçirilən layihənin başlıca məqsədi Azərbaycanda fəaliyyət göstərən yerli düşüncə mərkəzlərinin institutsional və tədqiqat imkanlarının artırılması yolu ilə onların qərarların qəbulunda iştirakını və hökumətin fəaliyyətinin gücləndirilməsində rolunu artırmaqdan ibarət olub.

Ardını oxu...
 

İqtisadi Tədqiqatlar Mərkəzi Qış təcrübə proqramı elan edir

Ali məktəblərin bakalavr və magistrlərinə öz iqtisadi biliklərini təcrübədə tətbiq etməyə, elmi-tədqiqat və peşəkar bacarıqlarını inkişaf etdirməyə imkan yaradan proqrama seçim iki vəzifə - Xarici əlaqələr və Tədqiqatçı mütəxəssis üzrə aparılır.

Ardını oxu...
 

İTM iqtisadiyyatdan yazan jurnalistlər üçün seminar təşkil edib

20 Noyabr 2013-cü ildə İqtisadi Tədqiqlar Mərkəzində jurnalistlər üçün “Azərbaycanda neft gəlirlərinin idarə olunması: mövcud vəziyyət və perspektivlər” mövzusunda seminar təşkil olunub. Seminarda Mərkəzi Beynəlxalq Gəlirlərə Nəzarət İnstitutu tərəfindən maliyyələşdirilən “Gəlirlərin idarə olunmasını necə yaxşılaşdırmalı: Azərbaycan və Qazaxıstanda idarəetmə təcrübələri” layihəsi çərçivəsində Azərbaycanda neft və qaz gəlirlərinin idarə olunması vəziyyətini araşdıran siyasət sənədi jurnalistlərə təqdim olunub.

Ardını oxu...
 

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”-nın icra vəziyyəti müzakirə olunub

“Şəffaflıq Azərbaycan” təşkilatının ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” (AŞT) layihəsi çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzinin “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra vəziyyətinin monitorinqi üzrə yekun hesabatın təqdimatı olub.

Ardını oxu...
 

Yerli mütəxəssis axtarılır

İqtisadi Tədqiqatlar Mərkəzinin Açıq Cəmiyyətlərın İctimai Assossiyası (PASOS) və “Kamil vətəndaş” İctimai Birliyi ilə tərəfdaş olaraq həyata keçirdiyi, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Beyin mərkəzlərinin qərar qəbulu arenasında rolunun gücləndirilməsi vasitəsi ilə idarəetmənin effektivliyinin yüksəldilməsi” layihəsinin icra vəziyyətinin qiymətləndirilməsi üçün yerli mütəxəssis tələb olunur.

Ardını oxu...
 

Beyin mərkəzlərinə “Effektiv kommunikasiya qurmaq alətləri” mövzusunda təlim keçilib

İqtisadi Tədqiqatlar Mərkəzinin Açıq Cəmiyyətlərın İctimai Assossiyası (PASOS) və “Kamil vətəndaş” İctimai Birliyi ilə tərəfdaş olaraq həyata keçirdiyi, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Beyin mərkəzlərinin qərar qəbulu arenasında rolunun gücləndirilməsi vasitəsi ilə idarəetmənin effektivliyinin yüksəldilməsi” layihəsi çərçivəsində “Effektiv kommunikasiya qurmaq alətləri” mövzusunda təlim təşkil edib.

Ardını oxu...
 

Qubad İbadoğlu Londonda Açıq Hökümət Sammitində iştirak edib

İqtisadi Tədqiqlar Mərkəzi İdarə Heyətinin üzvü Qubad İbadoğlu oktyabrın 29-dan noyabrın 2-dək Londonda keçirilən Açıq Hökümət Təşəbbüsü üzrə İllik Sammitdə iştirak edib. Sammitdə dünyanın 61 üzv ölkəsindən və beynəlxalq təşkilatlarından 1000-dək nümayəndə iştirak edib. Tədbirdə Azərbaycan hökumətinin nümayəndə heyətini Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri İnam Kərimov və Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının katibi Vüsal Hüseynov təmsil edib. 

Ardını oxu...
 

Qubad İbadoğlu Naxçıvanda sahibkarlarla müzakirələr aparıb

ATƏT-in Bakı Ofisinin İqtisadiyyat və ətraf mühit şöbəsinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasında sahibkarların imkanlarının artırılmasına dəstək” semnarları keçirilir. İlk belə 2 günlük seminar oktyabrın 24-də başlayıb. Semnarların keçirilməsində məqsədi iqtisadi inkişafa kömək etmək və Naxçıvan Muxtar Respublikasındakı (NMR) kiçik və orta müəssisələr üçün sağlam biznesi mümkünləşdirən mühit yetişdirməkdir.

Ardını oxu...
 

MSŞT üzrə Beynəlxalq İdarə Heyətinin toplantısı keçirilib

Bu toplantıda Avrasiya regionunu təmsil edən Qubad İbadoğlu Konqo və Fildişi sahili ölkələrinin hökumətlərində bir sıra görüşlərdə iştirak edib

Ardını oxu...
 

Qlobal Hərəkat “ Bilməyiniz sizin hüququnuzdur” beynəlxalq günüdə diqqəti büdcə şəffaflığına cəlb edir

Büdcə Şəffaflığı, Hesabatlılığı və İştirakçılığı üzrə Qlobal Hərəkat ( BTAP) dünya üzrə büdcə şəffaflığı, hesabatlılığı və iştirakçılığı ilə bağlı marifləndirmə aparmaq üçün 28 sentyabr 2013-cü ildə “Fəaliyyət günü” adı altında tədbirlər keçirməyə çağırır. 40-dan çox ölkədən 55 vətəndaş cəmiyyəti təşkilatlarının da qatıldığı bu tədbirdə büdcə məlumatlarına çıxışı, büdcə sahəsində qərar qəbul etmədə iştirakçılığı artrırmaq üçün hökumətlərdən və parlamentdən müvafiq addımlar atmağla bağlı çağırış edir. 

Ardını oxu...
 

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140
Səhifə 3 > 7-dəan

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda