Home Xəbər Xəbərlər

Xəbərlər

İTM ekspertləri Qırğızıstanın dövlət və qeyri-dövlət orqanlarına büdcə mövzusunda təlim keçib

İqtisadi Tədqiqatlar Mərkəzininin İdarə Heyətinin üzvləri və Milli Büdcə Qrupunun ekspertləri Qubad İbadoğlu və Fuat Rəsulov bu ölkədə dövlət büdcəsinin idarəedilməsi sferasında islahatların aparılmasına dəstək vermək üçün sentyabrın 12-dən 15-dək BMT İnkişaf Proqramının dəvəti ilə Bişkekdə səfərdə olublar. Səfərin əsas məqsədi büdcə işi üzrə ixtisaslaşmış yerli ekspertlər üçün proqram büdcəsinin tərtibatı ve mrtodologiyası mövzusuna dair təlimlər keçmək olub. İlk təlimə Qırğızıstanın dövlət orqanlarını, parlamentin və hesablama palatasını təmsil edən, eləcədə ayrı-ayrı nazirliklərdə büdcə işinə rəhbərlik edən 55 nəfər dövlət məmuru cəlb olunub. Təmsil etdikləri dövlət orqanlarında büdcə işi üzrə ixtisaslaşmış təlim iştirakçıları arasında Maliyyə Nazirliyinin büdcə baş idarəsinin rəisi ilə yanaşıı sektor müdirləri, Hesablama Palatasının auditorları, ayrı-ayrı nazirliklərin maliyyə idarələrinin rəhbərləri, parlamentın büdcə komitəsinin üzvləri də olub. Onlara təlim zamanı proqram büdcəsinin təsnifatının konseptual, metodiki və texniki tərəfləri tədris olunub və mütəxəssislərlə birlikdə praktiki problemlər müzakirə edilib. 

Ardını oxu...
 

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Tbilisidə Avropa Komissiyasının tədbirində iştirak edib

Sentyabrın 5-6-da Avropa Komissiyasının təşkilatçılığı ilə “Avropa qonşuluq siyasətində vətəndaş cəmiyyəti şəbəkəsi” tədbiri keçirilib. Tədbir Avropa İttifaqının maliyyələşdirdiyi “Vətəndaş cəmiyyəti. İnkişaf üçün dialoq” layihəsi tərəşdaşlığı çərçivəsində təşkil olunub.

Ardını oxu...
 

İqtisadi Tədqiqatlar Mərkəzi “VI Qara Dəniz QHT Forumun” da təmsil olunub

İqtisadi Tədqiqatlar Mərkəzinin xarici əlaqələr üzrə məsul şəxsi Ramil Kazimov sentyabırın 4-6 da Buxarestdə keçirilən “VI Qara Dəniz QHT Forumun”da iştirak edib. Bu dəfəki Forum “ Davamlı və Effektiv regional əməkdaşlığın qurulması” adı altında təşkil olunub. Tədbirin məqsədi Qara Dəniz regionun təmsil edən vətəndaş cəmiyyəti təşkilatları, hökumət və beynəlxalq təşkilatları arasında debat, bilik, qarşılıqlı anlaşma, rabitə və əməkdaşlığa dair sərbəst mühit yaratmaqdır. Bu Forum Avropa Komisiyası və Rumuniya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə təşkil olunub. 

Ardını oxu...
 

İqtisadi Tədqiqatlar Mərkəzi yeni vergi sistemi təklif edir

Bu gün Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzi (İTM)“Vergi-patent sisteminin tətbiqinin məqsədəuyğunluğunun əsaslandırılması" mövzusunda Dəyirmi Masa keçirib. Dəyirmi Masada Vergilər Nazirliyinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Beynəlxalq Maliyyə Korporasiyasının, akademik dairələrin və müstəqil düşüncə mərkəzlərinin təmsilçiləri, ekspertlər və media nümayəndələri iştirak ediblər. Dəyirmi Masanın iştirakçılarını salamlayan, SBİİYF sədriSabit Bağırov Azərbaycanda vergi patent sisteminin (VPS) tətbiqinin zərurəti və üstünlüklərindən danışıb. O qeyd edib ki, bu vergi sistemi Azərbaycanda ötən əsrin 90-cıillərinin əvvəllərində də tətbiq olunub. Hazırkı şərait bu istiqamətdə müzakirələrə yenidən başlamaq üçün zəruri şərtlər yetişdirib. Belə ki, patent vergi sisteminin tətbiqi xirda sahibkarların xərclərinin azaldılması, onların qarşılaşdıqları baryerlərin aradan qaldırılması istiqamətində əlavə imkanlar yaradır. Bu vergini tətbiq edən sahibkarlar nəzarət-kassa aparatı almayacaq və rüblük vergi bəyannamələri təqdim etməyəcəklər.

Ardını oxu...
 

Özünədəstək proqramının monitorinqinin nəticələri açıqlandı

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Özünədəstək” - Birdəfəlik ünvanlı sosial yardım proqramının icrasının monitorinqi və aztəminatlı ailələrin məşğulluğa çıxış imkanlarının artırılmasına dəstək” adlı layihəni icra edib. Xaçmaz və Bakının Nizami rayonlarını əhatə edən layihənin başlıca məqsədi aztəminatlı ailələrin yoxsulluqdan passiv müdafiə mərhələsindən aktiv müdafiəyə keçidini nəzərdə tutan “Özünədəstək” proqramının icrasının monitorinqi yolu ilə bu sahədəki dövlət siyasətinə və onun təkmilləşdirilməsinə texniki-metodiki dəstək vermək olub.

Ardını oxu...
 

Torpaqların münbitliyinin qorunması müzakirə olunub

Avqustun 27-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Orxus Ekoloji İnformasiya Mərkəzində İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı Ofisinin maliyyə dəstəyi ilə Qəbələ, Oğuz və Şəkidə həyata keçirdiyi “Torpaqların münbitliyinin qorunması məqsədilə torpaq istifadəçilərinin maarifləndirilməsi və ictimai vəkillik” layihəsinin yekunlarına həsr olunmuş Dəyirmi Masa keçirilib.

Ardını oxu...
 

Azərbaycanlı ekspertlər Almatada resurs gəlirlərinin idarəolunması mövzusunda təlim keçib

İqtisadi Tədqiqatlar Mərkəzi ABŞ-ın Gəlirlərə Nəzarət İnstitutunun maliyyə və Xəzər Universiteti nəzdində Avrasiya Mədən Sənayesi Bilik və Təlim Mərkəzinin metodoloji dəstəyi ilə Almatada Kazaxıstandan olan ekspertlər üçün avqustun 22-24-də 3 günlük seminar keçirib. Seminarda Astana, Almata, Şimkənd və Semipalatinsk şəhərlərində yerləşən universitetlərin, akademik dairələrin və beyin mərkəzlərindən 15-dək nümayəndə iştirak edib. Seminarda İctimai Maliyyənin Monitorinqi Mərkəzinin rəhbəri İnqilab Əhmədov və İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Qubad İbadoğlu təlimçi statusunda çıxış ediblər.

Ardını oxu...
 

ITM maliyyə idarəetməsi üzrə regionda növbəti seminar keçirib

İqtisadi Tədqiqatlar Mərkəzi Sahibkarlığın inkişafına və Bazar İqtisadiyyatına Yardım Fondu ilə tərəfdaşlıq şəraitində Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İctimai vəsaitlərinin idarəolunmasına effektiv nəzarət sisteminin yaradılması” mövzusunda layihə çərçivəsində 18 avqust 2013-cü il tarixdə Şəkidə növbəti seminar keçirib.

Ardını oxu...
 

Qubad İbadoğlu Qırğızıstanda hökümətin büdcə müzakirələrində iştirak edib.

İqtisadçı-ekspert bu ölkənin vətəndaş cəmiyyətinə təlim keçib 

Ardını oxu...
 

Bakıətrafı bələdiyyələrə vətəndaş iştirakçılığının artırılması mözusunda təlim keçilib

30 iyul 2013-cü il tarixdə Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) maliyyə dəstəy ilə İqtisadi Tədqiqatlar Mərkəzinin icra etdiyi layihə çərçivəsində Bakıətrafı 10 tərəfdaş bələdiyyənin nümayəndələrinə “Yerli özünüidarəetmə orqanlarında ictimai iştirakçılıq: imkanlar və çətinliklər və Yerli vergi ödəyicilərinin kodlaşdırılması şəffaflıq və hesabatlılıq aləti kimi” mövzusunda təlim keçirilib. 

Ardını oxu...
 

Quba və Xaçmaz bələdiyyələrinə elektron xidmətlərə çıxış mövzusunda təlim keçilib

İyulun 19-da Quba şəhər bələdiyyəsinin akt zalında “Elektron hökumət həlləri – elektron xidmətlərə çıxış və mühasibat hesabatlarının dövlət orqanlarına elektron təqdimi” mövzusunda təlim keçirilib. Təlim Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) və Almaniya Beynalxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə baş tutub. Təlimə GİZ-in həyata keçirdiyi “Cənubi Qafqazda Yerli Özünüidarəetməyə Dəstək” layihəsinin 10 tərəfdaş bələdiyyəsi qatılıb. Tərəfdaş bələdiyyələrin 5-i Quba rayonunu (İqrığ, Timryazev, Vəlvələ, Digah-Xucbala, Talabıqışlaq), 5-i isə Xaçmaz rayonunu (Qımılqışlaq, Ləcət, Pirquluoba, Aşağı Zeyid, Gödəkli) təmsil edir. 

Ardını oxu...
 

Gəncə şəhərində “İctimai Maliyyənin idarəedilməsi və ictimai iştirakçılıq" mövzusunda seminar keçirilib

10 iyul 2013-cü ilə Gəncə şəhərində Sahibkarlığın inkişafına və Bazar İqtisadiyyatına Yardım Fondunun Avropa İttifaqının maliyyə dəstəyi ilə “İctimai Maliyyənin idarəedilməsi və ictimai iştirakçılıq" mövzusunda seminar keçirilib. Seminarda Gəncə-Qazax iqtisadi regionunu təmsil edən 20-dək aparıcı QHT və media təmsilçiləri iştirak edib.

Ardını oxu...
 

İqtisadi Tədqiqatlar Mərkəzində Yay təcrübə proqramına qəbul başa çatıb

İqtisadi Tədqiqatlar Mərkəzinin Açıq Cəmiyyətlərın İctimai Assossiyası (PASOS) və “Kamil vətəndaş” İctimai Birliyi ilə tərəfdaş olaraq həyata keçirdiyi, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Beyin mərkəzlərinin qərar qəbulu arenasında rolunun gücləndirilməsi vasitəsi ilə idarəetmənin effektivliyinin yüksəldilməsi” layihəsi çərçivəsində yay təcrübə proqramına qəbul başa çatıb.

Ardını oxu...
 

Beyin mərkəzlərinə “Statistik məlumatın vizualizasiyası və təsviri statistika” üzrə təlim keçilib

İqtisadi Tədqiqatlar Mərkəzinin Açıq Cəmiyyətlərın İctimai Assossiyası (PASOS) və “Kamil vətəndaş” İctimai Birliyi ilə tərəfdaş olaraq həyata keçirdiyi, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Beyin mərkəzlərinin qərar qəbulu arenasında rolunun gücləndirilməsi vasitəsi ilə idarəetmənin effektivliyinin yüksəldilməsi” layihəsi çərçivəsində “Statistik məlumatın vizualizasiyası və təsviri statistika” üzrə təlim təşkil edib.

Ardını oxu...
   

Qubad İbadoğlu Vyanada ofşor zonalara çıxarılan Azərbaycan mənşəli sərmayələrdən danışıb.

Iqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü Qubad İbadoğlu Avstriyanın Beynəlxalq Dialoqlar üzrə Vyana İnstitutunun (BDVİ) dəvəti ilə həmin ölkədən səfərdən qayıdıb.

Ardını oxu...
 

Şəki və Oğuz rayonlarında torpaqların deqradasiyaya uğramasının qarşısını almaq istiqamətində təlimlər keçrilib.

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə həyat keçirdiyi «Torpaqların münbitliyinin qorunması məqsədilə torpaq istifadəçilərinin maarifləndirilməsi və ictimai vəkillik» layihəsi çərçivəsində mayın 30-da Oğuzda, mayın 31-də isə Şəkidə fermerlərə, torpaqdan istifadə sahəsində nəzarət və metodiki dəstəyi həyata keçirən dövlət qurumlarının yerli nümayəndələrinə, yerli özünüidarəermə orqanlarının təmsilçilərinə “Torpaqların deqradasiyaya, eroziyaya uğramasına, şoranlaşmasına, çirklənməsinə və digər səbəblərdən münbitliyinin azalmasına qarşı müdafə tədbirlərinin həyata keçirilməsi” mövzusunda təlim keçib. Oğuz rayonunda təlimlə yanaşı torpaq istifadəçilərinə tarla təcrübəsi də keçilib.

Ardını oxu...
 

Açıq Hökumətlə bağlı görülən işlər qiymətləndiriləcək

Azərbaycan hökumətinin Açıq Hökumət Təşəbbüsü çərçivəsində üzərinə götürdüyü öhdəliklərin icrası vəziyyəti monitorinq olunacaq. Monitorinqin məqsədi ölkə Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası sahəsində görülən işləri qiymətləndirməkdir. 

Ardını oxu...
 

Qubad Ibadoğlu Sidneydə keçirilən qlobal konfransda çıxış edib

Mədən sənayesi şirkətləri fərdi qaydada hesabat verəcəklər

Ardını oxu...
 

Qara dəniz təhlükəsizlik şəbəkəsinin toplantısı keçirilir

Qubad İbadoğlu az gəlirli və yüksək borclanmaya gedən ölkələrdə silahlanmaya xərcləmələrin çoxluğundan narahatlığını ifadə edib

Ardını oxu...
 

Neft gəlirlərinin idarə olunması ilə bağlı Dəyirmi Masa keçirilib

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ABŞ-ın Gəlirlərə Nəzarət İnstitutunun (Revenue Watch Institute) dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində mayın 8-də Park Inn otelinin Nəsimi zalında “Neft gəlirlərinin idarə olunması mövzusunda Dəyirmi Masa keçirib. 

Ardını oxu...
 

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140
Səhifə 4 > 7-dəan

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda