Home Xəbər Xəbərlər

Xəbərlər

Balakən və Oğuzda bələdiyyə-QHT əməkdaşlığının detalları dəqiqləşib

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) “British Council”un icra etdiyi "İcmanın İnkişafı üçün İcmadaxili Əməkdaşlıq və Dialoq" layihəsi çərçivəsində əməkdaşlıq etdiyi aprelin 29 və 30-da Balakən rayonu Hənifə Bələdiyyəsində, mayın 1-də isə Oğuz Şəhər Bələdiyyəsində işçi qrupu müzakirələri keçirib.

Ardını oxu...
 

Qubad İbadoğlu Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Beynəlxalq İdarə Heyətinin üzvü seçilib

Bu günlərdə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü(EİTİ) Beynəlxalq İdarə Heyətinə yeni üzvlərin seçimi həyata keçirilib. Seçim komissiyasından verilən məlumata görə, İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İdarə Heyətinin üzvü Qubad İbadoğlu nüfuzlu beynəlxalq təşkilatın rəhbər orqanına 2 illik müddətə tamhüquqlu üzv seçilib. May ayında Sidneydə Təşəbbüsə həsr olunmuş növbəti beynəlxalq konfransdan sonra Q.İbadoğlu EİTİ İdarə Heyətində Avrasiya regionu vətəndaş cəmiyyətinin təmsilçisi qismində fəaliyyətə başlayacaq.

Ardını oxu...
 

Bələdiyyələrin elektronlaşması vəziyyəti müzakirə olundu

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) 25 aprel 2013-cü ildə Park İnn otelinin “Füzuli” zalında Bakıətrafı qəsəbə bələdiyyələri üçün “Elektron bələdiyyə: ictimai iştirakçılığın artırılması və xidmətlərin keyfiyyətinin yaxşılıaşdırılması vasitəsi kimi” adlı seminar konfrans keçirib. Tədbirin keçirilməsində məqsəd ölkəmizdə elektron bələdiyyə ilə bağlı görülmüş işlərin mövcud vəziyyətinə nəzər salmaqla bələdiyyələrin elektronlaşması problemləri ətrafında fikir mübadiləsi aparmaq və bələdiyyələrdə vergi işinin avtomatlaşdırılmasına xidmət edən “Şəffaf büdcə” kompüter proqramının təqdimatını keçirmək olub. Tədbirin keçirilməsinin digər məqsədi isə bələdiyyələrdə vergi ödəyicilərinin kodlaşdırılması və “Şəffaf büdcə” proqramının tətbiqi məqsədilə iştirakçı bələdiyyələr arasından 10 tərəfdaş bələdiyyənin ilkin seçiminin həyata keçirilməsi olub.

Ardını oxu...
 

Torpaq istifadəçilərinə təlimlər və tarla təcrübəsi keçirilib

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə həyat keçirdiyi «Torpaqların münbitliyinin qorunması məqsədilə torpaq istifadəçilərinin maarifləndirilməsi və ictimai vəkillik» layihəsi çərçivəsində aprelin 16-da Oğuzda, aprelin 17-də isə Qəbələdə fermerlərə, torpaqdan istifadə sahəsində nəzarət və metodiki dəstəyi həyata keçirən dövlət qurumlarının yerli nümayəndələrinə, yerli özünüidarəetmə orqanlarının təmsilçilərinə “Torpaqların deqradasiyaya, eroziyaya uğramasına, şoranlaşmasına, çirklənməsinə və digər səbəblərdən münbitliyinin azalmasına qarşı müdafiə tədbirlərinin həyata keçirilməsi” mövzusunda təlim keçib. Oğuz rayonunda təlimlə yanaşı torpaq istifadəçilərinə tarla təcrübəsi də keçilib.

Ardını oxu...
 

Azərbaycan neft ixracatından 84 milyarddan çox gəlir əldə edib

Gəlirlərin idarəolunması ilə bağlı müzakirələr Azərbaycan Universitetində davam etdirilib

İqtisadi Tədqiqatlar Mərkəzi ABŞ-ın Gəlirlərə Nəzarət İnstitutunun maliyyə və metodiki dəstəyi ilə “Azərbaycanda və Qazaxıstanda neft gəlirlərinin idarəedilməsi” mövzusunda apardığı tədqiqatların akademik dairələrdə və universitetlərdə ekspert müzakirəsini davam etdirir. Neft gəlirlərindən istifadənin səmərəliliyinin artırılması sahəsində müzakirələr Qafqaz və Xəzər universitetlərindən sonra aprelin 6-da Azərbaycan Universitetində keçirilib.

Ardını oxu...
 

Oğuz rayonunda tarla qoruyucu meşə zolağının salınması aksiyası keçirilib

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə icra etdiyi «Torpaqların münbitliyinin qorunması məqsədilə torpaq istifadəçilərinin maarifləndirilməsi və ictimai vəkillik» layihəsi çərçivəsində 6 aprel 2013-cü ildə Oğuz rayonunda tarla qoruyucu meşə zolağının salınması aksiyası keçirib. 

Ardını oxu...
 

Şəki, Qəbələ və Oğuzda torpaq istifadəçilərinə təlimlər keçirilib

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə həyat keçirdiyi «Torpaqların münbitliyinin qorunması məqsədilə torpaq istifadəçilərinin maarifləndirilməsi və ictimai vəkillik» layihəsi çərçivəsində Şəki, Qəbələ və Oğuz rayonlarında fermerlərə, torpaqdan istifadə sahəsində nəzarət və metodiki dəstəyi həyata keçirən dövlət qurumlarının yerli numayəndələrinə, yerli özünüidarəermə orqanlarının təmsilçilərinə “Torpaqların deqradasiyaya, eroziyaya uğramasına, şoranlaşmasına, çirklənməsinə və digər səbəblərdən münbitliyinin azalmasına qarşı müdafə tədbirlərinin həyata keçirilməsi” mövzusunda təlim təşkil edib. 

Ardını oxu...
 

İqtisadi Tədqiqatlar Mərkəzi 2012-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabatla çıxış edib

Bu məqsədlə Park İNN mehmanxanasının Füzuli zalında düzənlənən konfransda Vergilər, Nəqliyyat, Təhsil, Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, Dövlət Neft Fondu, “Bakıelektrikşəbəkə” ASC və digər dövlət orqanlarının, ATƏT, Avropa Birliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı(GİZ), Britaniya Şurası və digər beynəlxalq təşkilatların, İsveçrə, Fransa, Rumıniya, Koreya, Yaponiya, Çin, Belarus, İran səfirliklərinin, həmçinin yerli vətəndaş cəmiyyəti institutlarının və KİV-in nümayəndələri iştirak ediblər.

Ardını oxu...
 

Dövlət orqanları ilə tərəfdaş düşüncə mərkəzləri bir araya gətrildi

İqtisadi Tədqiqatlar Mərkəzi Açıq Cəmiyyətlərın İctimai Assossiyası (PASOS) və “Kamil vətəndaş” İctimai Birliyi ilə tərəfdaş olaraq Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Beyin mərkəzlərinin qərar qəbulu arenasında rolunun gücləndirilməsi vasitəsi ilə idarəetmənin effektivliyinin yüksəldilməsi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda fəaliyyət göstərən yerli düşüncə mərkəzlərinin institutsional və tədqiqat imkanlarının artırılması yolu ilə onların qərarların qəbulunda iştirakını və hökumətin fəaliyyətinin gücləndirilməsində rolunu artırmaqdan ibarətdir.

Ardını oxu...
 

Qafqaz Universitetində neft gəlirlərinin idarə olunması ilə bağlı ekspert müzakirəsi keçirilib

Fevralın 20-də İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ABŞ-ın Gəlirlərə Nəzarət İnstitutunun dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda neft gəlirlərinin idarə olunması” layihəsi çərçivəsində hazırlanmış nəticə və tövsiyələrin Qafqaz Universitetinin professor-müəllim heyəti ilə ekspert müzakirəsi keçirilib. Tədbiri universitet nəzdindəki Sosial-İqisadi Araşdırmalar Mərkəzinin direktoru Fəxri Həsənov açaraq müzakirənin məqsədi barədə qısa məlumat verib, universitetlə İTM arasındakı əməkdaşlıqdan danışıb. 

Ardını oxu...
 

İqtisadi Tədqiqatlar Mərkəzi dünyanın ən yaxşı beyin mərkəzləri ilə bir sırada

İQTİSADİ TƏDQİQATLAR MƏRKƏZİ “DÜNYANIN ƏN YAXŞI BEYİN MƏRKƏZLƏRİ” NOMİNASİYASINDA 133-CÜ, “VƏKİLLİK SAHƏSİNDƏ ƏN YAXŞI BEYİN MƏRKƏZLƏRİ” NOMİNASİYASINDA İSƏ 9-CU OLDU

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) dünyanın, o cümlədən ABŞ-ın nüfuzlu beyin mərkəzlərinin mərkəzlərinin iştirak etdiyi “Dünyanın ən yaxşı beyin mərkəzləri” nominasiyasında 133-cü olub. Reytinqdə ilk üçlüyü Brookinq İnstitutu (ABŞ), Böyük Britaniyanın Kral İnsitutu (Chatham House) və Karnegi Fondu (ABŞ) bölüşdürüblər.
İTM digər bir nominasiyada yüksək nəticə göstərərək Azərbaycan beyin mərkəzlərinin fəaliyyəti tarixində bir ilkə imza atıb. Mərkəzimiz “Vəkillik sahəsində ən yaxşı beyin mərkəzləri” nominasiyasında dünyada 9-cu olub. Bu nominasiyada ilk üçlük aşağıdakı kimidir: “Amnesty International” (Böyük Britaniya), “Human Rights Watch” (Böyük Britaniya), “Transparency International” (Almaniya).
Qeyd edək ki, ABŞ-in Pensilvaniya Universitetinin keçirdiyi "Beyin Mərkəzləri 2012" reytinqinə 182 ölkədən 6603 beyin mərkəzi qatılıb, onlardan 13-ü Azərbaycanı təmsil edib.
Azərbaycanı təmsil edən 13 beyin mərkəzindən İqtisadi və Sosial İnkişaf Mərləzi və Prezident yanında Strateji Araşdırmalar Mərkəzi bir neçə nominasiyada önəmli yerlər tutaraq ölkəmizi layiqincə təmsil ediblər. Digər təmsilçilərimiz Milli Büdcə Qrupu (MBQ), Təhsildə İnovasiyalar Mərkəzi (TİM), “Prioritet” təşkilatı hərəsi 1 nominasiya üzrə siyahıya daxil ola biliblər. İTM-in kollektivi reytinqdə yer tutan yerli həmkarlarımızı təbrik edir.
Qeyd edək ki, reytinqin hesablanmasında 1950 expert və institut iştirak edib, proses bütövlükdə 8 ay vaxt aparıb. Reytinqin hazırlanmasında əsas məqsəd dünyanın qabaqcıl beyin mərkəzlərini tanıtmaq və onların öz hökumətlərinə və vətəndaş cəmiyyətlərinə verdikləri töhfəni aşkara çıxartmaqdır.
Ətraflı məlumatla bu linkdə tanış ola bilərsiniz:
http://repository.upenn.edu/cgi/viewcontent.cgi?article=1006&;context=think_tanks

İTM İctimaiyyətlə əlaqələr şöbəsi

 

İTM dekabr ayı və ötən il üzrə yekun inflyasiya göstəricisini təqdim edir.

İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Azərbaycanın 10 regionunda 2012-ci ilin dekabr ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini və ötən il üzrə yekun inflyasiya göstəricisini təqdim edir. Aparılmış statistik müşahidələrin nəticələrinə görə, dekabr ayında Azərbaycanda 1,72 faiz inflyasiya qeydə alınıb. Müşahidələr göstərib ki, ötən ay ölkənin istehlak bazarında bütün mal və xidmət qrupları üzrə artım baş verib. Ən yüksək artım isə ərzaq məhsullarının qiymətində qeydə alınıb - 5,87 faiz. Qeyri-ərzaq məhsulları dekabrda 0,49 faiz, xidmət tarifləri isə 0,28 faiz bahalaşıb.

Ardını oxu...
 

Fondreyzinq üzrə mütəxəssis tələb olunur

İqtisadi Tədqiqatlar Mərkəzi Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Beyin Mərkəzlərinin qərar qəbulu arenasında rolunun gücləndirilməsi vasitəsi ilə idarəetmənin effektivliyinin yüksəldilməsi” layihəsi çərçivəsində beyin mərkəzləri üçün “Beyin mərkəzlərinin maliyyə dayanıqlığı və siyasəti” mövzusunda təlim təşkil edir. Təlimin fondreyzinq bölümünü aparmaq üçün bu sahədə təcrübəsi olan mütəxəssis üçün müsabiqə elan edilir. Təlim 31 yanvar-2 fevral 2013-cü il tarixində Bakı şəhərində keçiriləcək. Müsabiqəyə yerli və Azərbaycanda yaşayan xarici mütəxəssislər müraciət edə bilərlər.

Namizədlərə qoyulan tələblər:

- Fondreyzinq sahəsində 3-5 il təcrübəsinin olması
- Təlimçi bacarıqlarına sahib olması

Maraqlananlardan xahiş olunur ki, öz CV-lərini və təlim modulunu Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. ünvanına göndərsinlər.

 

Qubad İbadoğlunun Neft Fondunun investisiya siyasətinə dair açıqlaması

“Hazırda həyata keçirilən əməliyyatlar "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"ına 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmana edilmiş əlavə və dəyişikliklərə və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə illik əsasda təsdiq olunan "Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya siyasəti"nə əsasən idarə olunur. Odur ki, Neft Fondunun daşınmaz əmlak bazarında son əməliyyatları qanuna müvafiq şəkildə aparılır. Əgər Fond 1-2 il bundan əvvəl belə əməliyyatlar həyata keçirərdisə, bu halda Fonda qarşı iddia qaldırmaq mümkün idi.” Bu fikirləri Neft Fondunun son əməliyyatlarının hüquqi tərəfinə münasibət bildirərkən İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Qubad İbadoğlu bildirib. O əlavə edib ki, Dövlət Neft Fondunun investisiya siyasətində edilən son dəyişikliklərə görə, Neft Fondunun daşınmaz əmlak portfeli - investisiya portfelinin məcmu dəyərinin maksimum 5 faizi həcmində ola bilər. Bu o deməkdir ki, 2012-ci ilin üçün daşınmaz əmlaka yönələn sərmayə 1,15 milyard dollardan çox ola bilməz. Çünki 2012-ci il üzrə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (orta çəkili həcmi) 23 milyard manata bərabər götürülüb. Növbəti ildə bu məbləğin daha da artacağını nəzərə alsaq, Fondun 2013-cü ildə bu istiqamətə sərmayələri daha da çoxala bilər.

Ardını oxu...
 

İqtisadi Tədqiqatlar Mərkəzi “Vətəndaş cəmiyyətinin gücləndirilməsi” layihəsini yekunlaşdırıb

27 dekabr 2012-ci ildə Park İNN mehmnxanasında İqtisadi Tədqiqatlar Mərkəzi Açıq Cəmiyyət İnstitutunun Budapeşt ofisinin və Alman Marşall Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətəndaş cəmiyyətinin gücləndirilməsi” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. Konfrans zamanı layihə çərçivəsində ötən 1 il ərzində görülmüş işlərlə bağlı mətbuata hesabat verən layihənin əlaqələndiricisi, İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu bildirib ki, layihə 3 komponentdən ibarət olub: qanunvericiliyin təkmilləşdirilməsi (1); QHT-lərin qeydiyyatı ilə bağlı məhkəmə çəkişməsi (2); və vəkillik (3).

Ardını oxu...
 

2012-ci ilin ilin iqtisadi yekunları

Bu ilin iqtisadiyyatı pozitiv nəticə ilə yekunlaşıb. Dünya bazarında müşahidə olunan yüksək enerji qiymətləri şəraitində ölkənin xarici mövqeyi əlverişli olaraq qalıb. Bu həm də öz növbəsində daxildə işgüzar fəallığı artırıb. Nəticədə ilin 11 aylıq yekunlarına görə, Azərbaycanda Ümumi daxili məhsul (ÜDM) istehsalı 1,2 faiz faiz artaraq 48,2 milyard manata çatıb. ÜDM istehsalı qeyri-neft sektorunda 9.7 faiz artıb, neft sektorunda isə 6.5 faiz azalıb. Beləliklə də həmin dövr ərzində yaradılmış əlavə dəyərin 50,5 faizi sənaye sahələrində, 9,9 faizi tikinti kompleksində, 8,2 faizi ticarət və pullu xidmət sahələlərində ,5,7 faizi kənd təsərrüfatında, 4,8 faizi nəqliyyatda, 1,8 faizi rabitədə, 12,7 faizi digər sahələrdə qeydə alınıb. 

Ardını oxu...
   

Millət vəkili bələdiyyənin büdcə dinləməsində iştirak etdi

TƏDBİR İQTİSADİ TƏDQİQATLAR MƏRKƏZİNİN TƏŞƏBBÜSÜ İLƏ BAŞ TUTUB

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Quba rayonunda tərəfdaşlıq etdiyi Timiryazev Bələdiyyəsində büdcə dinləməsi keçirib. Dinləmədə 80-ə yaxın bələdiyyə sakini iştirak edib. İTM-in dəvəti ilə 52 saylı Quba Seçki Dairəsindən Milli Məclisin deputatı Vahid Əhmədov da tədbirdə iştirak edib. Büdcə dinləməsini İTM-in layihə əlaqələndiricisi Qalib Toğrul idarə edib. Əvvəlcə Timiryazev Bələdiyyəsinin sədri Məhəmmədov Eldarov millət vəkilini, İTM-in layihə əlaqələndiricisini və yerli sakinləri salamlayaraq onlara maraqlı müzakirə arzulayıb.
Sonra bələdiyyənin mühasibi Zahir Qasımov 2012-ci il büdcəsinin 9 aylıq icra vəziyyəti barədə hesabat verib. 2012-ci il büdcəsi gəlirlərinin 26982 manat civarında proqnozlaşdırıldığını deyən bələdiyyə qulluqçusu bu ilin 9 ayında gəlirlərdə 23 718 manatlıq icra qeydə alındığını söyləyib.
2012-ci ilin ötən 11 ayında bələdiyyəyə daxil olan Zizik kəndində 1,5 km yaxın kənd daxili yoların təmir edildiyini, mənzillərə içməli su xətləri çəkildiyini vurğulayan Z. Qasımov hazırda bələdiyyənin bütün ərazisinə dövlət tərəfindən kanalizasiya və içməli su xətləri çəkildiyini deyib.
Bələdiyyənin mühasibi onu da deyib ki, 2012-ci ildə bələdiyyə ərazisinin Quba rayon mərkəzinə birləşən hissəsində səkilərin qurulması, yol kənarlarında olan divarların, elektirik dirəklərinin rənglənməsi və digər abadlıq işləri həyata keçirilib.
Z. Qasımov problemlərə də toxunub: “Kanalizasiya və su xətləri çəkiləndən sonra kəndarası yollar yararsız vəziyyətə düşüb, onların təmirinə ehtiyac var. Eyni zamanda, yeni salınan məhəllələrə qaz xətlərinin çəkilməsi, bu məhəllələrin işıq təminatının yaxşılaşdırılması da problem olaraq qalır”.
Mühasib 2013-cü ilin proqnoz büdcə göstəricilərini də açıqlayıb. Bildirib ki, gələn ilin büdcə gəlirləri 78 750 manat məbləğində proqnozlaşdırılıb.
Daha sonra sakinləırin iştirakı ilə müzakirələr başlayıb. Millət vəkili Vahid Əhmədov müzakirələrdə yaxndan iştirak edib, sakinlərin suallarını cavablandırıb, onların problemlərini dinləyib. Problemlər daha çox təhsil müəssisələrinin vəziyyəti, ünvanlı sosial yardımın verilməsi və yolların təmiri ilə bağlı olub. Millət vəkili bütövlükdə Quba rayonunun, o cümlədən Timiryazev Bələdiyyəsinin sakinlərinin problemləri ilə mütəmadi maraqlandığını, onları diqqətdə saxladığını bildirib.
V. Əhmədov qeyd edib ki, Timiryazev bələdiyyəsi sakinləri üçün 15 hektar həyətyanı torpaq sahəsinin ayrılması probleminin həll olunması üçün müxtəlif dövlət qurumlarının rəhbərləri ilə görüşlər keçirib: “Çox şadam ki, bu problem müsbət həll olundu. Hazırda bələdiyyə ərazisində kanalizasiya və içməli xətlərinin çəkilməsi də bizim rayon icra hakimiyyəti ilə birgə əməyimizin məhsuludur. Azərbaycan yenicə müstəqillik qazanmış dövlətdir, regionda öz inkişafı və strateji mövqedə yerləşməsi ilə onu istəməyənləri qıcıqlandırır. Azərbaycanın regionda yeganə dostu qardaş Türkiyədir. Ona görə də bütün böyük layihələrimizi Türkiyə vasitəsi ilə reallaşdırırıq. Türkiyə vasitəsi ilə qazımızı Avropaya çıxarırırq”.
Sakinlərin mövsüm ərzində meyvə satışı ilə bağlı problemlərindən xəbərdar olduğunu bildirən millət vəkili bu problemin həlli üçün müəyyən işlərin görüldüyünü, gömrükdə yaradılan problemin aradan qaldırılması üçün çalışdıqlarını deyib. V. Əhmədov bələdiyyə sədrinə məsləhət görüb iri bağçılıq təsərrüfatı olanlar bələdiyyənin təşəbbüsü ilə kooperativ yaratsınlar.
Tədbir ərzində sakinləri diqqətlə dinləyən millət vəkili onların sosial problemlərinin həlli üçün əlindən gələni əsirgəməyəcəyini bildirib və bu işdə bələdiyyənin də müəyyən işləri görməsinin vacibliyini önə çəkib.
Qeyd edək ki, büdcə dinləməsi İTM-in Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın şimal bölgəsinin 10 bələdiyyəsində strateji planlaşdırma, büdcə tərtibi və maliyyə idarəçiliyində şəffaflığı və hesabatlılığı yaxşılaşdırmaq” layihəsi çərçivəsində baş tutub.

İTM İctimaiyyətlə əlaqələr departamenti

 

İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Azərbaycanın 10 regionunda 2012-ci ilin noyabr ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir.

 Aparılmış statistik müşahidələrin nəticələrinə görə, noyabr ayında Azərbaycanda 1,86 faiz inflyasiya qeydə alınıb. Müşahidələr göstərib ki, ötən ay ölkənin istehlak bazarında bütün mal və xidmət qrupları üzrə artım baş verib. Belə ki, ay ərzində ərzaq məhsullarının qiyməti 2,70 faiz, qeyri-ərzaq məhsullarının qiyməti 1,16 faiz, xidmət tarifləri isə 0,51 faiz bahalaşıb.
Oktyabr ayına nisbətdə noyabr ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 2,43 faiz , regionlarda isə 1,30 faiz bahalaşıb. Bu zaman ərzaq məhsullarının qiyməti Bakıda 3,35 faiz, regionlarda 2,05 faiz, qeyri-ərzaq məhsulları müvafiq olaraq 1,94 faiz və 0,40 faiz, xidmət tarifləri isə 0,58 faiz və 0,44 faiz artıb. Ay ərzində ən çox yer xiyarı (17,83 faiz), toyuq yumurtası (12,84 faiz), uşaqların tərbiyəsi və təhsili ilə məşğul olan muzdla tutulmuş şəxslərin xidməti(repetitor xidmətləri) (5,31 faiz), təmizlənmiş düyü(3,88 faiz) bahalaşıb. Göyərti (17,62 faiz), xurma (3,70 faiz), kondisioner (2,47 faiz) isə ucuzlaşıb.
Hesablamalar göstərib ki, 2012-ci ilin on bir ayında ölkədə 8,05 faiz, o cümlədən Bakıda 12,25 faiz, regionlarda isə 3,92 faiz inflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 11,73 faiz, xidmətlər 5,18 faiz, qeyri-ərzaq məhsulları isə 2,86 faiz bahalaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 8,88 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 13,46 faiz, regionlarda isə 4,37 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya həmişəki kimi ərzaq məhsullarında(12,94 faiz) olub. Qeyri-ərzaq məhsullarında 2,56 faiz, xidmətlərdə isə 6,56 faiz artım baş verib.

İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında noyabr ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 168,95 manat, pensiyaçılar üçün 151,96 manat, 0-14 yaşlı uşaqlar üçünsə 207,30 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 103,90 manat, pensiyaçılar 92,67 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 113,89 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 39,57 manat, pensiyaçılar üçün 36,68 manat, 0-14 yaşlı uşaqlar üçün 75,68 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” Qanun əsasında ölkədə 2012-ci il üçün yaşayış minimumu 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib.


İTM İctimaiyyətlə əlaqələr departamenti

 

Qubad İbadoğlu Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun beynəlxalq İdarə Heyətinə üzv seçilib.

Azərbaycanın 25 yerli qeyri-hökumət təşkilatının (QHT-lərin) nümayəndəsi noyabrın 29-30-da İsveçin paytaxtı Stokholmda Şərq Tərəfdaşlıq Proqramı üzrə keçirilən 4-cü Vətəndaş Cəmiyyəti Forumunda (VCF) iştirak edib. Forumda 30 -a qədər ölkənin vətəndaş cəmiyyətindən 200-dək nümayəndə iştirak edib. Forumun plenar iclasında Avropa Komissiyasının Genişləndirmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Stefan Füle, İnsan haqları üzrə BMT Şurasının vitse-sədri Kristian Ştroxal, İsveçin Avropa Birliyi üzrə naziri Birqitta Ohisson, Polşanın dövlət katibi Karatzina Petçinska-Naleçs, Moldova Xarici İşlər Nazirinin müavini Nataliya German və başqaları çıxış edib. 
Forumda Azərbaycan nümayəndə heyəti siyasi, iqtisadi, ekoloji, sosial və digər istiqamətlər üzrə panel müzakirələrinə qoşulub və ölkədə vəziyyəti xarakterizə edən çıxışlar edib. Forumda həmçinin növbəti 1 il üçün İdarə Heyəti formalaşdırılıb. Forumun gedişində keçirilən seçkilər zamanı İctimai Təşəbbüslərə Yardım Mərkəzinin sədri Qubad İbadoğlu katibliyi Brüssüldə yeləşən Vətəndaş Cəmiyyəti Forumunun beynəlxalq İdarə Heyətinin üzvü və Azərbaycan üzrə Platformanın milli əlaqələndiricisi seçilib. Forumun yeni formalaşan İdarə Heyətinə Avropa Birliyi və Şərq Tərəfdaşlıq ölkələrinin vətəndaş cəmiyyətinin 19 nəfər nümayəndəsi yenidən seçilib. Forumun İdarə Heyətində Azərbaycan, Ermənistan, Moldova, Belarus 1 nəfərlə, Gürcüstan 3 nəfərlə, Ukrayna 4 nəfərlə təmsil olunacaq, yerdə qalan 8 yeri isə Avropa Birliyinə üzv olan beynəlxalq təşkilatlar tutacaq. Ötən il Forumun İdarə Heyətində Azərbaycan 2 nəfərlə təmsil olunub. İdarə Heyətinin əvvəli tərkibində 2 il üzv olduğuna görə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vuqar Bayramov qaydalara müvafiq olaraq yenidən namizədliyini irəli sürməyib.
Forumun İdarə Heyəti gələn ilin əvvəlində Brüsseldə toplanacaq. Forumun növbəti il üçün fəaliyyət planında Cənubi Qafqaz ölkələrində prezident seçkilərinin monitorinqini başlıca yer tutacağı gözlənilir.
Vətəndaş Cəmiyyəti Forumunun ictimaiyyətlə əlaqələr şöbəsi

 

Biznes-vətəndaş cəmiyyəti münaisbətlərində dönüşə nail olmaq yolları müzakirə edilib

İqtisadi Tədqiqatlar Mərkəzi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Beyin Mərkəzlərinin qərar qəbulu arenasında rolunun gücləndirilməsi vasitəsi ilə idarəetmənin effektivliyinin yüksəldilməsi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda fəaliyyət göstərən yerli düşüncə mərkəzlərinin institutsional və tədqiqat imkanlarının artırılması yolu ilə onların qərarların qəbulunda iştirakını və hökumətin fəaliyyətinin gücləndirilməsində rolunu artırmaqdan ibarətdir.
Dekabrın 6-da layihə çərçivəsində tərəfdaşlıq edilən beyin mərkəzləri ilə biznes icmasının qarşılıqlı əməkdaşlıq imkanları ilə bağlı müzakirələri təşkil olunub. Tədbirdə çıxış edən İTM İdarə Heyətinin üzvü Qubad ibadoğlu ilk öncə iştirakçılara layihə şərşivəsində görülən işlər barədə məlumat verib. Bildirib ki, layihə çərçivəsində tərəfdaşlıq edilən 18 beyin mərkəzi üçün 3 dəfə təlim təşkil olunub. Təlimlər “Beyin mərkəzlərinin strateji idarəedilməsi”, “Beyin mərkəzlərinin siyasət sənədlərinin keyfiyyətinə nəzarətin artırılması” və “Beyin mərkəzlərində strateji planlaşdırma” mövzusuna həsr olunub. Bundan əlavə, İTM tərəfdaş düşüncə mərkəzlərinə strateji menecment və keyfiyyətə nəzarət institutlarının təşkilində metodiki dəstək göstərib: “Layihənin hazırkı mərhələsində tərəfdaş mərkəzlərin biznes icmasına tanıdılması, qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə olunması istiqamətində fəaliyyətlər həyata keçirilir. Bugünkü tədbir həmin fəaliyyətin bir hissəsidir.” Daha sonra Q.İbadoğlu beyin mərkəzi anlayışı, Qərbi Avropa, ABŞ və Asiyanın inkişaf etmiş ölkələrində belə mərkəzlərin oynadığı rol, Azərbaycanda bu institutların inkişaf vəziyyətindən danışıb. Bildirib ki, hazırda dünyanın 169 ölkəsində 5500-dən çox beyin mərkəzi fəaliyyət göstərir ki, bunların da 34 faizi ABŞ-ın payına düşür: “Beyin mərkəzləri dünyada dövlət siyasətinin müəyyənləşməsində, siyasət qərarlarının qəbulunda böyük rola malikdirlər. Biz istəyirik ki, Azərbaycanda da belə mərkəzlər yüksək inkişaf səviyyəsinə çata bilsinlər, siyasət qərarlarının qəbulunda iştirak etsinlər. ” Q.İbadoğlunun verdiyi məlumatdan aydın olub ki, Azərbaycanda 4 qrup beyin mərkəzləri fəaliyyət göstərir: biznes subyektlərinin nəzdində, dövlət qurumlarının nəzdində, universitetlərin nəzdində və müstəqil fəaliyyət göstərən mərkəzlər. Onun sözlərinə görə, bu mərkəzlərin institutsional bilik və bacarıqların yetərsizliyi , strateji idarəetmə, keyfiyyətə Nəzarət və maliyyə dayanıqlığı sahəsində problemləri var. Q.İbadoğlu layihə çərçivəsində tərəfdaş mərkəzlərin problemlərinin aradan qaldırılması üçün nəzərdə tutulan fəaliyyətlər barədə də iştirakçılara məlumat verib.
Təqdimatdan sonra iştirakçılar müzakirələrə başlayıblar. Vergilər Nazirliyindən Zaur Quliyev, Bakı Biznes Universitetindən Eşqin Bayramov, bp-Azərbaycan şirkətindən Xalid Rəcəbov, Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyasından Vüsalə Qarayeva, Prezident yanında Strateji Araşdırmalar Mərkəzindən Sahib Cəfərov, Bakcell şirkətindən Süheylə Cəfərova, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondundan Ayxan Nəsibli, Balans İctimai Birliyindən Möhubbəli Nağıyev, Demokratik İslahatçı Gənclər Birliyindən Vüsalə Hüseynli, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətindən Nabat Qəniyeva və digərlərinin çıxış etdiyi müzakirələr əsasən beyin mərkəzləri ilə biznes icmasının əlaqələrindəki problemlər və onların aradan qaldırılması yolları barədə olub. Tərəflər Azərbaycanda biznesin qeyri-hökumət təşkilatlarına etimadsızlığı, vətəndaş cəmiyyəti institutlarının biznesi maraqlandıra biləcək təkliflərlə çıxış etməməsi, dövlətin biznesi vətəndaş cəmiyyəti ilə əlaqələri gücləndirməyə stimullaşdırmaması və sair problemlərlə bağlı fikir mübadiləsi aparıblar. Yekunda əlaqələrin gücləndirilməsi üçün ilk növbədə tərəflərin bir-birinə tanıdılması istiqamətində addımların atılmasının gərəkdiyinə dair ümumi rəyə gəlinib.
İTM İctimaiyyətlə əlaqələr departamenti

 

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140
Səhifə 5 > 7-dəan

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda