Home Tədbir Treninqlər

Treninqlər

Kürdəmir rayonunda təlim və tarla təcrübəsi keçirilib


İqtisadi Tədqiqatlar Mərkəzi 9 avqust 2012-ci ildə Kürdəmir rayonunda yerli icra hakimiyyəti nümayəndələri, bələdiyyə torpaqları icarəçiləri,      fermerlər, pay torpağı sahibləri üçün təlim və tarla təcrübəsi keçirib. Təlim və tarla təcrübəsi ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə Goyçay və Kürdəmir rayonlarında icra olunan “Torpaqların deqradasiyasının təbii və antropogen amilləri: maarifləndirmə və ictimai nəzarət” layihəsi çərçivəsində təşkil olunub.

Təlimdə Kürdəmir rayonun Şilyan, Şahsevən, Karrar, Çöhranlı, Atakişili, Dəyirmanlı kəndlərinin bələdiyyəl sədrləri, Qarasu, Qarabucaq, Topalhəsənli, Çöhranlı, Xırdapay,Yeniümid, Mollakənd və digər kənd icra nümayəndələri, Kürdəmir Bitki Mühafizə Mərkəzinin, Kürdəmir Toxum Laboratoriyasının, Kürdəmir Aqrokimya Laboratoriyasının mütəxəssisləri, Kürdəmir İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Rafiq Tarverdiyev, özəl torpaq mükiyyətçiləri, yerli fermerlər və mütəxəssislər iştirak ediblər.
Təlimdə moderatorluğu layihənin İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) tərəfdən əlaqələndiricisi Qalib Toğrul edib. İTM-in eksperti, layihə üzrə təlimçi Vahid Məhərrəmov “Torpaqların deqradasiyası, eroziyası və şoranlaşmasına səbəb olan amillər və onların qarşısının alınması yolları” mövzusunda təqdimatlar edib. Təqdimatlarda eroziya, deqradasiya, şoranlaşma, şorakətləşmə, onları yaradan səbəblər və torpağın humus qatı haqqında geniş məlumat verildikdən sonra, əsas diqqət torpaqların münbitliyinin qorunması sahəsində dünya təcrübəsində uğurla sınaqdan çıxmış metodlara və novator aqrotexniki tədbirlərə yönəldilibTəlimin gedişində müxtəlif qabaqcıl ölkələrin yeni texnikadan istifadəsi təcrübəsinə, toxum səpinini işlərini dərin şum aparmadan həyata keçirərək məhsuldarlığın yüksəldilməsinə, torpaqların qorunmasına həsr edilmiş videoçarxlar nümayiş etdirilib.

Ardını oxu...
 

Quba rayonunun 5 bələdiyyəsində ictimai dinləmə keçirilib

                                                                                                                                                                                                                                                                                                                             
İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) GİZ-in maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın şimal bölgəsinin 10 bələdiyyəsində strateji planlaşdırma, büdcə tərtibi və maliyyə idarəçiliyində şəffaflığı və hesabatlılığı yaxşılaşdırmaq” layihəsi çərçivəsində 2012-ci ilin iyul ayında Quba rayonunun 5 tərəfdaş bələdiyyəsində ictimai dinləmə keçirilib. İyulun 12-də Talabıqşlaq Bələdiyyəsində, iyulun 21-də isə Timiryazev və İqrığ bələdiyyələrində , iyulun 25-də isə Digah-Xucbala və Vəlvələ bələdiyyələrində yerli sakinlərin iştirakı ilə 2011-ci ilin büdcəsi geniş müzakirə olunub. İctimai dinləmələrdə bələdiyyə sədrləri 2011-ci ilin büdcəsi ilə bağlı ətraflı məlumat verib, büdcənin hər bir gəlir və xərc istiqaməti üzrə proqnozun neçə faiz yerinə yetirlməsi barədə danışıblar. Bələdiyyə sədləri kənd sakinlərini, icma rəhbərlərini vergilərin ödənməsi ilə bağlı fəal olmağa çağırıb, İqtisadi Tədqiqatlar Mərkəzinə göstərdiyi metodiki və institusional dəstəyə görə təşəkkürlərini bildiriblər. İctimai dinləmələrdə İqtisadi Tədqiqatlar Mərkəzinin nümayəndəsi, layihə əlaqələndiricisi Qalib Toğrul bələdiyyələrlə büdcə prosesində ictimai iştirakçılığın gücləndirilməsi, elektron bələdiyyənin qurulması, nümunəvi uçot siyasətinin formalaşdırılması sahəsindəki əməkdaşlıqlarından danışıb.

Ardını oxu...
 

“Beyin Mərkəzlərinin Strateji İdarəedilməsi” mövzusunda təlim təşkil edilib

İqtisadi Tədqiqatlar Mərkəzi 28-30 İyul 2012-ci ildə Avropa ittifaqı tərəfindən maliyələşdirilən “Beyin Mərkəzlərinin qərar qəbulu arenasında rolunun gücləndirilməsi vasitəsi ilə idarəetmənin effektivliyinin yüksəldilməsi” layihəsi çərçivəsində “Beyin Mərkəzlərinin Strateji İdarəedilməsi” mövzusunda 3 günlük təlimi uğurla başa vurub.

Ardını oxu...
 

“İqtisadiyyatın tədrisinin aktiv metodları” mövzusunda təlim keçirilib

İqtisadi Tədqiqatlar Mərkəzi ABŞ-ın  İqtisadi Təhsil üzrə Milli Şurasının  maliyyə dəstəyi ilə Gəncə şəhərində orta məktəblərin iqtisadiyyat müəllimləri üçün “İqtisadiyyatın tədrisinin aktiv metodları” mövzusunda təlim təşkil edib. Təlimdə Gəncə şəhərinin bütün ümumtəhsil məktəblərini təmsil edən 35 nəfərə yaxın dinləyici iştirak edib. 

Təhsil Nazirliyinin, Gəncə Şəhər Təhsil Şöbəsinin və Metodiki Mərkəzin təşkilati dəstəyi ilə keçirilən təlimin əsas məqsədi isə orta məktəblərdə iqtisadiyyat fənnini tədris edən müəllimlərin pedaqoji ustalığını artırmaq, onları iqtisadiyyatın məzmunu, bu sahədəki yeni meyllər, tendensiyalar və anlayışlarla bağlı məlumatlandırmaqdır. Tədbirdə təlimçi statusunda ABŞ-ın İqtisadi Təhsil üzrə Milli Şurasının sertifikatına layiq görülmüş, Xəzər Universiteti nəzdində İqtisadi və Biznes Təhsili və Araşdırmaları Mərkəzinin direktoru professor Fuad Rəsulov və İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qubad İbadoğlu çıxış ediblər. Təlim zamanı iştirakçılar iqtisadiyyatın tədrisinin aktiv metodları ilə yaxından tanış olmuş, xüsusilə də modelləşdirmə və işgüzar oyunların təşkili sahəsində praktiki məşğələlər keçmişlər. Təlimin sonunda onu müvəffəqiyyətlə başa vuran iştirakçılara  sertifikatlar verilib.

Ardını oxu...
 

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140
Səhifə 2 > 2-dəan

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda