Home Xəbər

Xəbərlər

Qubad İbadoğlu beynəlxalq konfransda Azərbaycanda vətəndaş cəmiyyətinin problemlərindən və perspektivlərindən danışıb

Bişkekdə keçirilən beyin mərkəzlərinin toplantsında region ölkələrində qərarların qəbulunda ictimai iştirakçılıq məsələləri müzakirə olunub.

İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu Mərkəzi və Şərqi Avropanın 28 ölkəsindən 50-dən çox beyin mərkəzlərinin birləşdiyi Açıq Cəmiyyətlər üçün İctimai Siyasət İnstitutlarının Asosiasiyasının (PASOS) mayin 28-dən 31-dək İsık-Kulda, iyunun 1-də isə Bişkekdə təşkil etdiyi beynəlxalq konfranslarda iştirak edib. Qubad İbadoğlu iyunun 1-də Bişkekdə Orta Asiya və Cənubi Qafqaz regionunun vətəndaş cəmiyyəti təmsilçilərinin, hökümət nümayəndəlrinin, yerli və Avropalı ekspertlərin iştirakı ilə təşkil olunan konfransda Azərbaycanda vətəndaş cəmiyyətinin qərarların qəbulunda ictimai iştirakı mövzusunda təqdimatla çıxış edib.

Ardını oxu...
 

“Azərbaycanda vətəndaş çəmiyyəti: dəyişikliklər üçün Milli Gündəlik” mövzusunda 1-ci Vətəndaş Cəmiyyəti Forumu keçirilib

Mayın 17-də Park İnn otelinin Dan Ulduzu konfrans zalında Almaniyanın Marşal Fondunun və Açıq Cəmiyyət İnstitutunun Budapeşt ofisinin maliyyə dəstəyi ilə “Azərbaycanda vətəndaş çəmiyyəti: dəyişikliklər üçün Milli Gündəlik” mövzusunda 1-ci Vətəndaş Cəmiyyəti Forumu keçirilib. Tədbirin təşkilatçısı İctimai Təşəbbüslər Mərkəzidir. İctimai Təşəbbüslər Mərkəzi (İTM) bu ilin may ayının 10-da təsis olunub. Mərkəzin təsisçilərindən biri tanınmış iqtisadçı, eyni zamanda, Şərq Tərəfdaşlıq Proqramı  üzrə Vətəndaş Cəmiyyəti Forumunun Milli Platformasının aparıcı üzvlərindən Qubad İbadoğludur.Tədbirdə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı və gücləndirilməsi məqsədilə hazırlanmış təkliflərdən ibarət Milli Gündəlik təqdim olunub. Milli Gündəlik qeyri-hökumət təşkilatlarının qeydiyyatı, fəaliyyəti, bu sahədəki vergiqoyma və qərarların qəbulunda ictimai iştirakçılıqla bağlı təklifləri əhatə edir.

Ardını oxu...
 

İqtisadi Tədqiqatlar Mərkəzinin nizamnaməsinə dəyişikliklər edilib

26 mart 2012-cu ild’ “İqtisadi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi üzvlərinin Qurultayı keçirilib. Qurultayın gündəliyinə “İqtisadi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin Nizamnaməsinə dəyişikliyin edilməsi məsələsi daxil edilib. Müzakirələrdən sonra təklif olunan dəyişiklik – birliyin hüquqi ünvanının dəyişməsi məsələsi yekdilliklə qəbul olunub. Qərar alınıb ki, “İqtisadi Tədqiqatlar” İctimai Birliyinin Nizamnamənin 1.5-ci bəndinə aşağıdakı redaksiyada dəyişikliklər edilsin: “Birliyin yerləşdiyi ünvan:  Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 5a, mənzil 82”.
Birliyin 10 aprel 2012-cu ildə keçirilən qurultayında isə mərkəzin idarə heyəti və nəzarət-təştiş komissiyası sədrlərinin hesabatı dinlənilib, nəzarət-təftiş komissiyasının 3, idarə heyətinin isə 7 nəfərdən ibarət yeni tərkibi və sədrləri seçilib. Artıq təşkilatın qanuni təmsilçisi Qalib Toğruldur.
Qeyd olunan dəyişikliklərin Qeyri-kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrinə salınması üçün Birlik tərəfindən müvafiq sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. 30 aprel 2012-ci ildə dəyişikliklər dövlət reyestinə salınaraq Ədliyyə Nazirliyi tərəfindən Birliyə rəsmi çıxarış təqdim olunub.

 

İTM 2012-ci ilin aprel ayı üzrə inflyasiya göstəriciləri açıqladı

İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın 10 regionunda 2012-ci ilin aprel ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir. Aparılmış statistik müşahidələrin nəticələrinə görə, aprel ayında Azərbaycanda deflyasiya qeydə alınıb. Belə ki, ötən ay ölkədə istehlak qiymətləri 0,15 faiz azalıb. Bu azalma ərzaq məhsullarının ucuzlaşması hesabına baş verib: ay ərzində ərzaq məhsulları 0,47 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsulları 0,13 faiz, xidmət tarifləri isə 0,34 faiz artıb.

Ardını oxu...
 

Qubad İbadoğlu Dublində ATƏT-in Forumunda iştirak edib

Tədbir  ogurlanmış pulların müəyyənləşdirilməsi və geri qaytarılması məsələlərinin müzakirəsi ilə başa çatıb.
İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü Qubad  İbadoğlu  aprelin 23-24-də  İrlandliyanın paytaxtı Dublin şəhərində ATƏT-in  20-ci İqtisadi-ekoloji forumunda iştirak edib. Qubad İbadoğlunun əməkdaşımıza verdiyi məlumata görə, beynəlxalq  Forum  ATƏT-ə üzv ölkərdə yaxşı idarəetmənin  tətbiqi yolu ilə  sabitliyin və təhlükəsizliyin artırılmasına yardım  məqsədilə təşkil olunub. Forumun əsas mövzusu  “Sosial iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə korrupsiya  ilə mübarizənin  gücləndirilməsinə və  idarəetmənin yaxşılaşdırılmasına dəstək”dir. Dünyanı 60-dək ölkəsindən  250-dək hökümət və qeyri-hökümət nümayəndələrinin, eləcə də aparıci beynəlxalq təşkilatlarının 50-dək təmsilçısının iştirak etdiyi Forumda İrlandiyanın dövlət naziri, ABŞ ticarət nazirinin müavini, Avropa Komissiyasının və ATƏT-in yüksək vəzifəli şəxsləri iştirak edib.

Ardını oxu...
 

2012-ci ilin MART ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələr açıqlanıb

İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın 10 regionunda 2012-ci ilin mart ayı və birinci rübü ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir. Aparılmış statistik müşahidələrin nəticələrinə görə, mart ayı ərzində Azərbaycanda istehlak qiymətləri 0,54  faiz artıb. Bu zaman ərzaq məhsulları 1,08 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları 0,26 faiz ucuzlaşıb, xidmət tarifləri isə 0,12  faiz artıb.

Fevral ayına nisbətdə mart ayı ərzində  paytaxt  və  regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər  0,68 faiz, regionlarda 0,41 faiz artıb. O cümlədən  ərzaq məhsulları Bakıda 1,55 faiz, regionlarda 0,61 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları Bakıda 0,59 faiz ucuzlaşıb, regionlarda isə 0,07 faiz bahalaşıb.  Xidmətlərin dəyəri Bakıda 0,04 faiz azalıb, regionlarda isə 0,29 faiz artıb. Ay ərzində ən çox mövsümi amillərlə bağlı göyərti  (20,16 faiz), 1-3 yaşlı uşaqlar üçün qış kostyumları(8,65 faiz) və baş soğan(6,73 faiz) ucuzlaşıb. Bahalaşma isə toyuq(5,70faiz), nar(11,60 faiz), qatıq(1,82 faiz) və digər məhsullarda qeydə alınıb.


Hesablamalar göstərib ki, 2012-ci ilin birinci rübündə ölkədə 1,11 faiz, o cümlədən Bakıda 1,54 faiz, regionlarda isə 0,69 faiz inflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 2,34 faiz, xidmətlər 0,95 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları isə 1,29 faiz ucuzlaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə  7,25 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 10,23 faiz, regionlarda isə 4,33 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya yenə ərzaq məhsullarında(11,43 faiz) olub. Qeyri-ərzaq məhsullarında artım 0,72 faiz, xidmətlərdə isə 5,01 faiz təşkil edib.

İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və  Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında mart  ayı üzrə  minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən,  ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 170,75 manat, pensiyaçılar üçün 154,03  manat, 0-14 yaşlı uşaqlar üçünsə 212,39 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 107,03 manat, pensiyaçılar 96,39  manat, 0-14 yaşlı uşaqların valideynləri isə 121,55 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 38,24 manat, pensiyaçılar üçün 35,03  manat, 0-14 yaşlı uşaqlar üçün 73,11 manat, xidmət xərcləri isə müvafiq olaraq  25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında”  Qanun əsasında ölkədə 2012-ci il üçün yaşayış minimumu 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib.”


İTM İctimaiyyətlə əlaqələr departamenti


 

 

Qubad İbadoğlu Beyrutda keçirilən beynəlxalq konfransda neft gəlirlərinin idarəedilməsi barədə çıxış edib

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İdarə Heyətinin sədri Qubad İbadoğlu  Gəlirlərə Nəzarət İnstitutunun dəstəyi ilə Beyrutda təşkil olunmuş  “Gəlirlərin idarəedilməsi” mövzusunda konfransda  iştirak edib. Konfransda Yaxın Şərqin neft və qazla zəngin olan ölkələrindən Kuveyt, Bəhreyn, Mərakeş, İraq, Tunis,  Yəmən, Suriya, Əlcəzair, Liviya, Misirlə yanaşı Qazaxıstan və Azərbaycanın da nümayəndələri iştirak edib. 

Konfransın ilk günündə  İTM rəhbəri “Azərbaycanda neft gəlirlərinin idarəedilməsi təcrübəsi” barədə təqdimatla çıxış edərək neft gəlirlərinin idarəedilməsi və bölüşdürülməsi sahəsindəki mövcud vəziyyəti xarakterizə edib, rəhbəri olduğu Mərkəzin  bu sahədə apardığı tədqiqatların tapıntılarını və nəticələrini  açıqlayıb.  Neft gəlirlərinin idarəedilməsi prosesini tənzimləyən təkmil hüquqi bazanın, fiskal qaydaların olmamasının və mərkəzi hakimiyyətin müdaxiləsinin  korporativ  menecment sisteminə  neqativ təsirlərindən danışan Qubad İbadoğlu qeyd edib ki, indiyə qədər Azərbaycan neft gəlirlərindən 65 milyard dollar qazanıb ki, onun da 35,2 milyard dolları xərclənib, 29,8 milyard dolları isə yığıma yönəldilib.


Bildirib ki, ötən il  idarəetməyə verilən 30 milyard dollara qədər neft gəlirlərindən əldə edilən qazancın həcmi 215 milyon dollar olub ki, bu da illik 0,7 faiz  deməkdir. İldən-ilə idarəetmədən əldə edilən gəlirlərin faiz dərəcəsinin aşağı düşməsinin səbəblərindən bəhs edən Q. İbadoğlu qeyd edib ki, gəlirlərin toplandığı Dövlət Neft Fondu  neft gəlirlərinin idarəedilməsindən 2007-ci ildə 4,5 faiz, 2008-ci ildə 3,8 faiz, 2009-cu ildə 3,6 faiz, 2010-cu ildə 0,8 faiz, 2011-ci ildə isə 0,7 faiz qazanc əldə edib.
Çıxışı zamanı Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün tətbiqi  sahəsində Azərbaycanın qazandığı nailiyyətlərlə yanaşı, hazırda qarşılaşdığı əsas çətinliklərdən də bəhs edən Qubad İbadoğlu bu istiqamətdə dəyişikliklərin zəruriliyini diqqətə gətirib və öz təkliflərini konfrans iştirakçılarının nəzərinə təqdim edib.
İTM rəhbəri həmçinin konfransda Azərbaycanda neft gəlirlərinin idarəedilməsi prosesində vətəndaş cəmiyyəti institutlarının, parlamentin  iştirakı, vətəndaşların bu gəlirlərdən  bəhrələnməsi imkanları  barədə sualları cavablandırıb.

İTM İctimaiyyətlə əlaqələr departamenti



 

 

Qubad Ibadoğlu BMT-nin Anti-korrupsiya tədbirində iştirak edib

İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qubad İbadoğlu Birləşmiş Millətlər Təşkilatının dəvəti ilə martin 20-23-də Cənubi Afrika Respublikasının paytaxtı Yohannesburq şəhərində səfərdə olub. Dünyanın 50-dək ölkəsinin şəffalığın artırılması və korrupsiya ilə mübarizə sahəsində ixtisaslaşmış qeyri hökümət təşkilatçılarının və tədqiqatçılarının iştirak etdiyi bu tədbirdə Azərbaycanın təmsilçisi olaraq Qubad İbadoğlu ölkəmizdə korrupsiyanın səviyyəsi və onunla mübarizə sahəsində hökümətin, vətəndaş cəmiyyəti institutlarının, medianın gördüyü işlər barədə təqdimat edib.


Qubad İbadoğlu həmçinin “2007-2011-ci illərdə Azərbaycan Respublikasında şəffaflığın artırılması və korrupsiya ilə mübarizəyə dair Milli Strategiya”nın icrası və yeni hazırlanan Strategiyaya dair fikirlərini konfrans iştirakçıları ilə bölüşüb və onların bu istiqamətdə suallarını cavablandırıb. Tədbirdə eyni zamanda BMT-nin Anti-korrupsiya konvensiyasının qiymətləndirilməsi metodologiyası və mexanizmləri ilə bağlı müzakirələr aparılıb və bu sahədə vətəndaş cəmiyyəti institutlarının birgə əməkdaşlıq formatında görə biləcəyi işlər də planlaşdırılıb Qeyd edək ki, İqtisadi Tədqiqatlar ötən ildən Mərkəzi BMT-nin Anti-Korrupsiya Koalisiyasının üzvüdür. İqtisadi Tədqiqatlar Mərkəzinin ictimaiyyətlə əlaqələr xidməti

 

 

Qubad Ibadoğlunun tədqiqatı Beynəlxalq Əlaqələr üzrə Norveç İnstitutunun keçirdiyi müsabiqədə qalib olub

Iqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İdarə Heyətinin sədri Qubad İbadoğlunun Azərbaycan iqtisadiyyatının müasir problemlərinə həsr olunmuş  tədqiqat seriyasında hazırladığı siyasət sənədi Beynəlxlaq Əlaqələr üzrə Norveç  İnstitutunun (NUPİ) keçirdiyi müsbiqədə  seçilmiş 82 tədqiqat arasından  ən yaxşı iyirmi beşlikdə  olan  araşdırma əsərləri nominasiyasının qalibi olub. Bu nominasiyasının qalibi olaraq müəllif 5000 Norveç kronu məbləğində mükafatlandırılacaq. Bu barədə məlumat İTM-in ictimaiyyətlə əlaqələr xidmətindən daxil olub.

 


Məlumatda bildilir ki, seçilmiş araşdırma əsəri Azərbaycan iqtisadiyyatının müasir durumu, iqtisadi kriminallaşma və gölkə iqtisadiyyatı problemlərinə həsr olunub. Müəllif bu araşdırma əsərində  güzgü metodologiyası ilə idxal əməliyyatlarındakı kənarlaşmaların, qeyri-formal iqtisadiyyatın qiymətləndirilməsinin müxtəlif metodları ilə gizli  iqtisadiyyatının miqyasi ilə baglı hesablamaların nəticələrini və onun milli iqtisadiyyata neqativ təsirlərinin  neytrallaşdıırlması ilə bağlı tövsiyələrini təqdim edir.Qeyd edək ki, NUPİ  beyin mərkəzləri və fərdi ekspertlərlə əməkdaşlıq edən tanınmış araşdırma və siyasət mərkəzidir. İnstitut hər il Mərkəzi Asiya və Cənubi Qafqazdan 28 seçilmiş araşdırma layihəsini maliyyələşdirir.

 

 

 

2011-ci ilin NOYABR ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələr açıqlanıb

İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın 10 regionunda 2011-ci ilin noyabr ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir. Aparılmış statistik müşahidələrin nəticələrinə görə, ay ərzində Azərbaycanda istehlak qiymətləri 1,95 faiz artıb. Bu zaman ərzaq məhsulları 3,69 faiz artıb, qeyri-ərzaq məhsulları 0,21 faiz azalıb, xidmətlər isə 0,05 faiz bahalaşıb.

Oktyabr ayına nisbətdə noyabr ayı ərzində paytaxt regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 2,22 faiz, regionlarda 1,68 faiz artıb. O cümlədən ərzaq məhsulları Bakıda 4,16 faiz, regionlarda 3,23 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları isə müvafiq olaraq 0,13 və 0,30 faiz ucuzlaşıb. Xidmətlərin dəyəri noyabr ayı ərzində Bakıda 0,04 və 0,06 faiz artıb. Noyabr ayı ərzində ən çox yer pomidoru (47,40 faiz), yer xiyarı(43,18 faiz), qatıq (4,15 faiz) bahalaşıb. Ucuzlaşma isə lumu (5,91 faiz), kəsilmiş taxta(4,48 faiz), qadın üçün don(2,42 faiz) və digər məhsullarda qeydə alınıb.


Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 13,53 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 17,67 faiz, regionlarda isə 9,45 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında(22,27 faiz) olub. Qeyri-ərzaq məhsullarında artım 3,53 faiz, xidmətlərdə isə 4,65 faiz təşkil edib.

 

2011-ci ilin 11 ayında ölkədə istehlak qiymətləri 11,18 faiz, o cümlədən ərzaq məhsulları 18,08 faiz, qeyri-ərzaq məhsulları 2,94 faiz, xidmətlər isə 4,36 faiz yüksəlib.

İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında noyabr ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 168,69 manat, pensiyaçılar üçün 151,93 manat, 0-14 yaşlı uşaqlar üçünsə 210,87 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 104,14 manat, pensiyaçılar 94,49 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 119,98 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 39,23 manat, pensiyaçılar üçün 35,00 manat, 0-14 yaşlı uşaqlar üçün 73,33 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,32 manat, 22,44 manat və 17,56 manat təşkil edib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” Qanun əsasında ölkədə 2011-ci il üçün yaşayış minimumu 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilib.”

Qeyd: Müqayisə üçün bildirək ki, Dövlət Statistika Komitəsi 2011-ci ilin noyabr ayında ərzaq məhsullarının qiymətlərində 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətlərində 0,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərində 0,1 faiz bahalaşma, yekunda isə aylıq 1,1 faiz inflyasiya qeydə alıb.

İTM İctimaiyyətlə əlaqələr departamenti

 

İTM balıqçılıq təsərrüfatlarının iqtisadi səmərəliliyi ilə bağlı araşdırmalarını təqdim edir

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Aqro-biznes Mərkəzi (ABM) ilə birlikdə  Azərbaycanın balıqçılıq təsərrüfatlarında vəziyyəti əks etdirən layihəni başa çatdırıb. Layihənin icrasına ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID)  maliyyə dəstəyi ilə həyata keçirilən Azərbaycanda Rəqabətlilik və Ticarət (ART) Layihəsi çərçivəsində 2011-ci ilin aprel ayından  başlanılıb. Layihə üzrə aparılmış tədqiqatın əsas vəzifəsi  Azərbaycanın balıqçılıq təsərrüfatlarının əsas  inkişaf tendensiyalarını və çətinliklərini müəyyənləşdirməklə  bu sektorun vacibliyi, imkanları, mənfəətliliyi və rəqabətliyinə dair müzakirələr aparmaqdır.
Layihə  3 başlıca fazada həyata keçirilmişdir ki, onun da birinci həlqəsini Daxili Resurs Xərcləri (DRX)  metodologiyası əsasında təhlilin aparılması təşkil edir.
Layihənin ikinci fazasına  sorğular  və digər mənbələr vasitəsilə məlumatların toplanması daxildir.  Bu faza uyğun təşkilatlardan müxtəlif məlumatların əldə edilməsini təmin etmişdir. Bununla yanaşı,  təhlilin başlıca informasiya mənbələrini  əsasən karp və qızılxallı balıq (forel) balıq növlərini  yetişdirən  Salyan-Neftçala və Şəki-Zaqatala regionlarının fermerləri və ticarətçiləri arasında  keçirilmiş sorğu materialları təşkil etmişdir.   


Sonuncu fazada  Daxili Resurs Xərci (DRX) təhlili    metodologiyası əsasında  təhlil aparılıb.  Beləliklə də tədqiqat nəticəsində aşağıdakı tapıntılar əldə olunub:
•    Maliyyə mənfəətliliyinə baxmayaraq, iqtisadi nöqteyi nəzərdən bu sektor, xüsusilə də karp təsərrüfatları  rəqabətliliyin yüksək səviyyəsini özündə əks etdirmir. Belə ki,  bu  sektorun ixrac yönümü inkişaf etməyib. Lakin tədqiqatlar göstərir ki, sektorda idarəçilik və xarici bazara yönümlü inkişaf strategiyası ilə onun   ixrac potensialını yüksəltmək mümkündür;
•    Tədqiqat nəticəsində dövlət siyasəti və  texniki  istiqamətlərdə çoxsaylı çətinliklər aşkarlanmışdır ki, bu da balıqçılıq təsərrüfatlarında nəinki istehsalın həcminə, həmçinin də istehsal olunmuş məhsulun keyfiyyətinə mənfi təsir göstərir;
•    Balıqçılıq təsərrüfatlarındakı mövcud vəziyyət hökumətin bu sektorda saglam rəqabətin dəstəklənməsi istiqamətində səylərinin artırılmasını tələb edir;
•    Hökumət balıq yeminin və onun komponentlərinin ölkəyə gətirilməsi istiqamətində mövcud baryerlərin aradan qaldırılması və bu prosesin sadələşdirilməsi yolu ilə balıqçılıq sektorunda daha yaxçı nəticələrin əldə olunmasına nail ola bilər;
•    Forel istehsalı sahəsində nəticələr göstərmişdir ki,  bu sahədə daha yaxşı idarəçilik və balıq yeminin səmərəliliyinin yüksəldilməsinə investisiya qoyulması  yolu ilə əhəmiyyətli dərəcədə mənfəət əldə edilə bilər;
•    Ölkədə kiçik ölçülü balıq istehsalı imkanlarının öyrənilməsinə ehtiyac var;
•    Balıq məhsullarının daşınması və onun soyuducularda saxlanılması ilə əlaqədar olan xərclərin aşağı salınması imkanları yüksəkdir.

Əlavə suallarla bağlı layihənin tədqiqat qrupunun üzvü Vahid Məhərrəmovla (012) 465 1841 saylı telefonla əlaqə saxlamaq lazımdır.

 

 

MSŞT Koalisiyası şirkətlərin davranışından narahatdır

Qubad İbadoğlu: “Azərbaycan fərdi hesabatlığa keçmədiyinə görə öz mövqelərini
digər ölkələrə uduza bilər”

“2011-ci ili əhətə edən hesabatları təhlil edib tutuşduracaq audit şirkətinin seçilməsilə bağlı müzakirə apardıq və Çoxtərəfli Qrup üzvləri bu işin “"Mur Stefens" (Moore Stephens) şirkətinə həvalə olunmasına qərar verdi”.
Bunu Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Çoxtərəfli Qrupun üzvü Qubad İbadoğlu ÇQ-nin son iclasında müzakirə olunmuş məsələlərə dair açıqlama verərkən deyib. Azərbaycanda MSŞT üzrə Beynəlxalq Konfransın keçirilməsi məsələsinin də müzakirə olunduğunu deyən Q.İbadoğlu bununla bağlı konkret qərar qəbul olunmadığını bildirib: “Növbəti iclasda bu məsələyə yenidən baxılacaq. Gündəlikdə Memorandumun yekun variantı və onun qəbulu məsələsi  də nəzərdə tutulmuşdu. Ancaq şirkətlər qrupunun yekun mövqeyi məlum olmadığından sənədin yekun variantı və onun qəbulu məsələsi də növbəti iclasa qədər təxirə salındı. Bununla bağlı qərara alındı ki, martın 1-də ÇQ-nin işçi qrupu bir araya gəlsin və Memorandumun yekun variantı razılaşdırılaraq ÇQ-nin növbəti iclasına təqdim olunsun. Bundan başqa, sosial ayrılmaların MSŞT üzrə hesabatlara daxil olması məsələsi də müzakirə olundu. Bu, vətəndaş cəmiyyətinin təklifidir və artıq müəyyən dəyəyrləndirmələr də olub. Qərara alındı ki, növbəti iclasa qədər şirkətlər qrupu yekun mövqeyini ortaya qoysun”.

Ardını oxu...
 

2012-ci ilin yanvar ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələri açıqlanıb

İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın 10 regionunda 2012-ci ilin yanvar ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir. Aparılmış statistik müşahidələrin nəticələrinə görə, cari ilin ilk ayı ərzində Azərbaycanda istehlak qiymətləri 0,26  faiz artıb. Bu zaman ərzaq məhsulları 0,81 faiz artıb, qeyri-ərzaq məhsulları 0,87 faiz azalıb, xidmətlər isə 0,23  faiz bahalaşıb.

2011-ci ilin dekabrına nisbətdə bu ilin yanvar ayı ərzində  paytaxt  və  regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 0,46 faiz, regionlarda 0,07 faiz artıb. O cümlədən  ərzaq məhsulları Bakıda 1,43 faiz, regionlarda 0,20 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları Bakıda 1,48 faiz, regionlarda isə 0,26 faiz ucuzlaşıb.  Xidmətlərin dəyəri ay ərzində Bakıda 0,36 faiz, regionlarda 0,11 faiz artıb. İlin ilk ayında ən çox taksi xidməti  (20,39 faiz),  alma(16,52 faiz), sümüklü qoyun əti (4,97 faiz), manna yarması (2,25 faiz) bahalaşıb. Ucuzlaşma isə göyərti (12,74 faiz),  lumu (8,84 faiz) və digər məhsullarda qeydə alınıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə  10,41 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 13,66 faiz, regionlarda isə 7,21 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya yenə ərzaq məhsullarında(17,19 faiz) olub. Qeyri-ərzaq məhsullarında artım 0,85 faiz, xidmətlərdə isə 5,64 faiz təşkil edib.

Ardını oxu...
 

Qubad Ibadoğlu Türkiyənin fondlarında görüşlər keçirilib

Iqtisadi Təqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qubad İbadoğlu Almaniya Marşalı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Vətəndaş cəmiyyətinin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində  martın 7-dən 12-dək Türkiyədə səfərdə olub. Səfərin əsas məqsədi vətəndaş cəmiyyəti institutlarının maliyyələşdirilməsi, şirkətlərin sosial sərmayə proqramlarının  həyata keçirilməsi, onların bizneslə qarşılıqlı əməkdaşlıq sahəsində fəaliyyətlərinə dair  Türkiyə fondların və dərnəklərinin təcrübəsi ilə tanışlıq olub.  Səfər çərçivəsində Q. İbadoğlu Turkiyənin  üçüncü sektora yarıım   fondunun  (TUSEV) təşkil etdiyi çoxsylı və maraqlı tərəfdaşlarla ikitərəfli görüşlərdə və toplantılarda iştirak edib.

Ardını oxu...
 

Fevral ayı üzrə inflyasiya göstəriciləri açıqlanıb

İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın 10 regionunda 2012-ci ilin fevral ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir. Aparılmış statistik müşahidələrin nəticələrinə görə, cari ilin ikçinci ayı ərzində Azərbaycanda istehlak qiymətləri 0,31  faiz artıb. Bu zaman ərzaq məhsulları 0,43 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları 0,17 faiz ucuzlaşıb, xidmət tarifləri isə 0,59  faiz artıb.
İlin birinci ayına nisbətdə fevral ayı ərzində  paytaxt  və  regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər  0,40 faiz, regionlarda 0,22 faiz artıb. O cümlədən  ərzaq məhsulları Bakıda 0,53 faiz, regionlarda 0,32 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları Bakıda 0,22 faiz, regionlarda isə 0,13 faiz ucuzlaşıb.  Xidmətlərin dəyəri ay ərzində Bakıda 0,82 faiz, regionlarda 0,37 faiz artıb. Ay ərzində ən çox qoz  (9,64 faiz),  sümüklü qoyun əti (5,85 faiz), şabalıd (7,06 faiz) bahalaşıb. Ucuzlaşma isə kişi üçün dəri gödəkcələrdə (4,96 faiz),  qarabaşaq yarması (4,47 faiz), toyuq yumurtası (4,43 faiz) və digər məhsullarda qeydə alınıb.

Ardını oxu...
 

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 134

Warning: Illegal string offset 'active' in /var/www/u0489552/public_html/erc.az/az/templates/ja_rutile/html/pagination.php on line 140
Səhifə 6 > 6-dəan

Nəşrlər

 

Bülletendə 2013-cü ilin ikinci rübü ərzində İqtisadi Tədqiqatlar Mərkəzinin layihə fəaliyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər (dəyirmi masa, seminar,təlim və s.), nəşrlər, mərkəz əməkdaşlarının mətbuata açıqlamaları, xarici səfərləri barədə iki dildə (azərbaycan və ingilis) məlumat verilir.

Bülleteni yükləyin

 

 

 

 

Illik hesabat 2012

 İqtisadi Tədqiqatlar Mərkəzinin 2012-ci ildəki fəaliyyətinə dair proqram və maliyyə hesabatı  

 

----------------------------------

Dovlət Proqramı cərcivəsində XARİCDƏ TƏHSİL Ən çox verilən suallara CAVABLAR

Kitabda Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli, 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici olkələrdə təhsili uzrə Dovlət Proqramı”na uyğun olaraq dovlət hesabına xarici ali təhsil ocaqlarında təhsilin şərtləri, iddiazıların seçim qaydaları, olkələr uzrə aylıq xərc normaları, prioritet ixtisaslar, təhsil haqlarının odənilməsi qaydaları barədə ətraflı məlumat verilib. Nəşrdə Dovlət Proqramı cərcivəsində xarici univercitetlərdə ali təhsilin muxtəlif pillələri uzrə təhsil almağın qayda və şərtləri sadə və anlaşıqlı olması səbəbindən sual-cavab şəklində oxuculara təqdim olunub. Kitab maarifləndirici xarakterlidir.

 

 

ERC facebookda