“Beyin Mərkəzlərinin Strateji İdarəedilməsi” mövzusunda təlim təşkil edilib

İqtisadi Tədqiqatlar Mərkəzi 28-30 İyul 2012-ci ildə Avropa ittifaqı tərəfindən maliyələşdirilən “Beyin Mərkəzlərinin qərar qəbulu arenasında rolunun gücləndirilməsi vasitəsi ilə idarəetmənin effektivliyinin yüksəldilməsi” layihəsi çərçivəsində “Beyin Mərkəzlərinin Strateji İdarəedilməsi” mövzusunda 3 günlük təlimi uğurla başa vurub.

Təlimə 4-ü regionlardan (Gəncə, Şəki) olmaqla 18 tərəfdaş qeyri-hökümət təşkilatından idarə heyətini təmsil edən 22 nümayəndə qatılıb. Təlimdən əvvəl və təlimin gedişində aparılmış ehtiyacların qiymətləndirilməsi nəticəsində seminarın proqramı iştirakçıların maraqlarına uyğunlaşdırılıb. Təlimdə təqdim edilən 9 modul idarəetmə qaydaları, strukturu və idarə heyəti ilə işçilər arasında münasibətlərə dair siyasətlərə, təşkilatların dürstlük, insan resursları ilə iş, ictimaiyyətlə əlaqələrə dair praktiki materiallara əsasən hazırlanıb. Təlim modullarını iştirakçılara yerli mütəxəssislər - “İctimai Təşəbbüslər Mərkəzi”nin rəhbəri Qubad İbadoğlu, “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın sədri Sahib Məmmədov və “İctimaiyyətlə Əlaqələrin İkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Hüseynova təqdim ediblər. Qubad İbadoğlu beyin mərkəzlərinin institutsional sistemlərinin strateji inkişaf əsaslarını və bunun üçün tələb olunan praktik metodlar, beyin mərkəzlərinin fəaliyyətinə dair dünya təcrübəsi, növləri, kateqroiayaları, idarəetmə qaydaları və strukturu, onların dürüstlük siyasəti, Şəlalə Hüseynova beyin mərkəzlərinin ictimai imicinin formalaşdırılması, dövlətlə optimal münasibətlərin qurulması, mediastrategiya və mediataktikanın seçilməsi, ictimaiyyətlə əlaqələrin planlanması və təşkili, ictimai imici dəstəkləmək üçün davamlı idarəetmə prosesi, Sahib Məmmədov beyin mərkəzlərində kadr siyasəti, səmərəli kadrlaşma və kadr potensialının inkişaf yolları, əmək müqavilələrinin hazırlanması, əmək haqqının hesablanması və Dövlət Sosial Müdafiə Fondu (DSMF) və digər qurumlarla iş zamanı diqqət edilməsi vacib olan məqamlar mövzusunda təqdimatlar edərək, təlimlər veriblər.
Təlimdə, həmçinin Azərbaycanda beyin mərkəzlərinin idarəedilməsi zamanı qarşıya çıxan spesifik problemlərə toxunulub, qərarların qəbulunda iştirakı əngəlləyən baryerlər barəsində fikir mübadiləsi aparılıb. Təlim zamanı simulyativ olaraq Qərbi Avropa və Amerika misalında “İdeal Beyin Mərkəzi necə olmalıdır” modeli təqdim olunub və bu sualın Azərbaycan praktikasında cavablandırılması istiqamətində müzakirələr aparılıb.
Beyin mərkəzlərinin institutsional inkişafında metodiki və texniki dəstək üçün növbəti təlimin sentyabrın 1-ci yarsıında keçirilməsi qərar alınıb.
Əlavə məlumat üçün Layihə Rəhbəri Samir Hüseynovla əlaqə yarada bilərsiniz.
Tel: +99412 4651847, E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.