İqtisadi Tədqiqatlar Mərkəzi Avropa İttifaqının maliyyə dəstəyi ilə icra etdiyi layihə çərçivəsində növbəti təlim təşkil edib

5-7 sentyabrda İqtisadi Tədqiqatlar Mərkəzi Avropa ittifaqı tərəfindən maliyələşdirilən “Beyin Mərkəzlərinin qərar qəbulu arenasında rolunun gücləndirilməsi vasitəsi ilə idarəetmənin effektivliyinin yüksəldilməsi” layihəsi çərçivəsində yerli vətəndaş cəmiyyəti institutları üçün “Beyin mərkəzlərinin siyasət sənədlərinin keyfiyyətinə nəzarətin artırılması” mövzusunda növbəti 3 günlük təlim təşkil edib.
Təlimdə 3-ü regionlardan (Gəncə, Şəki) olmaqla 17 tərəfdaş qeyri-hökümət təşkilatından menecerlər və tədqiqatçılardan ibarət 23 nümayəndə iştirak edib. Təlimin ilk günündə İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu iştirakçılara effektiv siyasət sənədinin yazılması qaydaları, siyasət icmallarının və təhlil sənədlərinin yazılması sahəsində dünyada geniş yayılmış tələblərə və standartlara dair geniş məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. Təlimin ikinci və üçüncü günlərində mərkəzi ofisi Londonda yerləşən Xarici Əlaqələr üzrə Avropa Mərkəzinin (ECFR) Genişlənmiş Avropa və Rusiya proqramının rəhbəri, Moldova Xarici Siyasət Assosasiyasının direktor müavini, professor Nicu Popescu təlimçi olub.
Təlimin ikinci günü N.Popesku beyin mərkəzlərinin müxtəlif tiplərindən, qərarların qəbulunda iştirak, hökumətə necə təsir etmə (tənqid , öhdəlik və onların ikisi arasında balansın yaradılması), elmi mərkəz ittifaqlarları, şirkətlərlə əlaqələr barəsində çıxışlar edib. “Mövzunun seçilməsi, siyasət sənədinin növü və müddəti” adlı sessiya maraqlı və orijinal mövzuların necə seçilməsinə həsr olunub. Yeni mövzular vasitəsilə gündəmin qurulması, həmçinin bu prosesə təsir etmək məqsədilə siyasi gündəliyin izlənməsi yollarına dair müzakirələr aparılıb. Sessiyada həmçinin nəşrlərin növləri : rəsmilərə şəxsi məktublar, siyasi anlaşmalar, siyasi icmallar, siyasi hesabatlar və esselər - siyasətləri dəyişən və ya debatları və düşüncələri dəyişən sənədlər. Onlar necə fərqlənir və nəşrlərin hər bir növünün üstünlüyü nədir sualına cavab axtarılıb, xüsusi mövzular üçün maliyyə axtarışı (fandreyzinq) imkanları müzakirə edilib. Daha sonra təlimçi Avropa Birliyi (AB) beyin mərkəzlərinin hazırladığı sənədləri hansı tədqiqat metodları ilə necə maraqli etmək istiqamətində təcrübəsini bölüşüb, azxərcli və bahalı tədqiqat modellərini izah edib.
Təlimin ücüncü günü cəlbedici jurnalistik stillə yarımçıq akademik yazı arasında necə düzgün balans qurmaq, medianın diqqətini necə cəlb etmək, hazır məhsulun effektiv vəkilliyini və təbliğatını qurmaq kimi məsələlər müzakirə olunub. Təlimçi bu mövzu üzrə beyin mərkəzlərinin adının necə tanınması, onun məhsullarına marağın yaradılması və müxtəlif təbliğat siyasətləri ilə qərarların qəbuluna effektiv təsir etmək sahəsində Avropa təcrübəsini iştirakçılara çatdırıb. Bildirib ki, təbliğat siyasət sənədlərinin növündən və onun konkret siyasətlərə və ya böyük debatlara təsir etməsindən asılıdır. Vəkillik hiylələri və prosedurlarından bəhs edərkən o rəsmilərlə üz-üzə görüşlər, media ilə işləmək, media təzyiqi, siyasət sənədlərindəki təkliflərin rəsmilər tərəfindən qəbul olunmasına nail olmaq üçün zəruri addımlardan danışıb. O bu zaman hökumət rəsmiləri, parlament tərəfdarları, media, bizneslə işləməyin fərqli cəhətlərini bilməyin və öz fəaliyyətlərində onları necə nəzərə almağın yollarını təlim iştirakçıları ilə müzakirə edib.
İştirakçılar tərəfindən maraqla qarşılanan təlimin sonunda onların gələcək tədqiqat planları müzakirə olunub, təlimin qiymətləndirilməsi həyata keçirilib.
Əlavə məlumat üçün Layihə rəhbəri Dünya Camalova ilə əlaqə yarada bilərsiniz.
Tel: +99412 4651847, E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.