Neftin qiymətinin ucuclaşmasından Azərbaycan iqtisadiyyatı son 1 ayda ən azı yarım milyard dollardan məhrum olub

Qubad İbadoğlunun hesablamalarına görə, neftin 1 barelinin qiymətinin hər 10 dollar ucuzlaşması Azərbaycan üçün ayda 250 milyon, ildə isə 3 milyard dollar itki deməkdir.
Ekspertin digər hesablamalarına görə, növbəti 12 ildə gözlənnilən qaz gəlirləri itirilən neft gəlirlərinin ən yaxşı halda 15 faizini kompenasiya edə biləcək.
Dünya bazarlarında ötən cümə axşamı son 18 ayda ilk dəfə olaraq brent markalı neftin 1 barelinin qiyməti 90 dollardan aşağı düşüb . Beləliklə də son 1 ay ərzində brent markalı neftin 1 barelinin dünya bazarındakı qiyməti 20 dollaradək ucuzlaşıb. Bu ucuzlaşmanın Azərbaycan iqtisadiyyatına təsirlrini şərh edən iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib ki, hesablamalar göstərir ki, neftun dünya bazar qiymətinin 10 dollar ucualaşması hər gün 8 milyon dollaradək itki deməkdir. Bu hesabla son 1 ayda qiymətin 20 dollaradək ucuzlaşması səbəbindən Azərbaycan iqtisadiyyatı ən azı 500 milyon dollaradək gəlirlərdən məhrum olub.
Neftin qiymətinin nədən uculaşmasına gəlincə, ekspert onun müxtəlif səbəblərini açıqlayıb. O qeyd edib ki, bu səbəblər sırasında avrozonadakı məlum böhrandan və Çinin iqtisadi artım tempinin yavaşımasından sonra yaranmış tələb böhranını, ABŞ-da gözlənilən prezident seçkilərini, İrana sanskiyalarla bağlı çağırışları, ərəb ölkələrindəki siyasi gərginliyi göstərmək olar.
Onun nə qədər davamlı olacağına gəlincə, ekspert bildirib ki, beynəlxalq analitiklər müxtəlif ssenarilər proqnozlaşdırır. Ən pis ssenaridə onun 60 dollaradək ucuzlaşması gözləniləndir.
Qubad İbadoğlu Azərbaycanda neft gəlirlərinin azalması fonunda qaz gəlirlərinin itkiləri kompensasiya edəcəyi ilə bağlı proqnozlara da aydınlıq gətirib. O bildirib ki, yaxın gələcəkdə çox şey neftin dünya bazar qiymətindn asılı olacaq. Belə ki, əgər növbəti 12 ildə 1 barel Azəri layt nefinin qiymətinin 80 dollar olarsa, onda 2013-2024-cü illər ərzində Azəri-Çıraq-Günəşli yatağı üzrə mənfəət neftinin satışından proqnoz daxilolmalarının həcmi 145,3 milyard dollar gözlənilir. Həmin dövr ərzində Şahdəniz yatağı üzrə qaz satışından proqnoz daxil olmalarının həcmi isə cəmisi 13 milyard dollar olacaq. Bu isə o deməkdir ki, növbəti 12 ildə Azərbaycan iqtisadiyyatına orta hesabla ildə 12,1 milyard dollar neft gəliri, 1,1 milyard dollar isə qaz gəliri daxil olacaq. Bu isə o deməkdir ki, həmin dövr ərzində orta illik neft-qaz gəlirlərinin 13,3 milyard dollar olacağı gözlənilir. Q.Ibadoğlu onu da əlavə edib ki, 2024-cü ildə neftdən əldə etdiyimiz gəlirlər 2015-ci il səviyyəsindən 8 milyard az, müqayisə olunan dövrdə qaz gəlirlərinin artımı cəmisi 1,1 milyard dollar çox olacaq. Bu isə o deməkdir qaz gəlirləri neft gəlirlərindən olan itkilərin ən yaxşı halda 15 faizini kompenasiya edə biləcək. Odur ki, hökümət bu itkilərin neft-qaz sektorundan kənarda bərpa olunması üçün çox ciddi çalışmalıdır. Əks tədqirdə Azərbaycn iqtisadiyyatının ən geci 2016-cı ildən başlayacaq kiçilməsinin qarşısını ala bilməyəcəyik. “Əks tədqirdə dövlət xərcləmələrini indiki səviyyədə saxlamaq üçün hökümət çoxlu borcalmalara getmək məcbuiyyətində qalacaq ki, bu da həm milli iqtisadiyyatın gələcəyi və həm də yeni nəsi üçün ciddi təhlükə mənbəyi ola bilər” deyə ekspert Azərbaycan iqtisadiyyatının gələcəyi ilə bağlı narahatlığını ifadə edib.
2012-ci il aprelin 1-ə olan məlumata görə, Neft Fondun aktivləri 32 359,4 milyon ABŞ dolları təşkil edib.