Fridrix Ebert Fondunun Şimali Qafqaz üzrə Regional Direktoru Michael Weichert İqtisadi Tədqiqatlar Mərkəzini ziyarət edib

 

İyulun 4-də Fridrix Ebert Fondunun Şimali Qafqaz üzrə Regional Direktoru Michael Weichert İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ofisində olub. Onu Fondun Azərbaycan üzrə əlaqələndiricisi Rəşad Hüseynli müşayiət edib. Görüşdə İTM İdarə Heyətinin üzvləri Qubad İbadoğlu, Fuat Rəsulov və Qalib Toğrul iştirak ediblər. Qubad İbadoğlu qonaqlara ölkədəki iqtisadi vəziyyət və vətəndaş cəmiyyətinin durumu barədə geniş məlumat verib. Q. İbadoğlu əsas diqqəti cəmiyyətdə sosial dialoqun gücləndirilməsinin vacibliyinə yönəldib.

Daha sonra Fuat Rəsulov ötən il Fridrix Ebert Fondunun maliyyə, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Respublikası İnşaat Kompleksi İşçilərinin Müstəqil Həmkarlar İttifaqının təşkilati dəstəyi ilə həyata keçirdikləri layihə barədə danışıb, qonaqlara ölkəmizdə həmkarlar təşkilatlarının uğurları və problemləri barədə müfəssəl məlumat verib. F. Rəsulov bildirib ki, İTM Azərbaycanın 2 regionunda – Şəki və Gəncədə ilk həmkarlar təşkilatlarının rəhbərlərinə regional təlimlər keçib və uğurlu nəticələri əldə edib.
F. Rəsulov çıxışında əməkdaşlığın davam etdiriməsinin ölkəmizdə ilk həmkarlar təşkilatlarının gücləndirilməsi baxımından vacib olduğunu önə çəkib.
Michael Weichert də öz növbəsində Azərbaycan iqtisadiyyatı və cəmiyyəti haqqında ətraflı məlumata görə İTM İdarə Heyəti üzvlərinə təşəkkürünü bildirib, əməkdaşlıq imkanlarının dəyərələndirilməsinin vacibliyini vurğulayıb.