Düşüncə mərkəzləri Skopyeyə toplaşıblar

Toplantıda açıq hökümət və  demokratiya problemləri müzakirə olunub.

Azərbaycanın   düşüncə mərkəzlərinin bir qrup nümayəndələri Makedoniya yola düşmüşdur. Azərbaycan nümayəndə heyətinə İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu, İnsan Hüquqlari üzrə Maarifləndirmə Mərkəzinin sədri İradə Cavadova, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri  Vüqar Bayramov  daxildir. 

Onlar noyabrin 9-da “Açıq Hökümət,  mükəmməl demokratiya” mövzusunda beynəlxalq konfransında, noyabrın 10-da isə üzv olduqları Açıq Cəmiyyət İnstitutları Assosiasiyasının  (PASOS) növbəti  qurultayında iştirak  ediblər. Noyabrın 9-da   keçirilmiş beynəlxalq konfransı Makedonsiyanın xarici işlər naziri Nikola Popesku giriş nitqi ilə çıxış etmişdir. Toplantıda  ayrıca bir panel Cənubi Qafqazda və Mərkəzi Asiyada düşüncə mərkəzlərinin  hökümətin qərarlarının qəbulunda iştirakına həsr olunmuşdur. Vugar Bayramovun moderatorluğu ilə təşkil olunan bu paneldə Avropa  Birliyin institutlarının yüksək vəzifəli təmsilçiləri, Balkan ölkələrinin dövlət və qeyri-hökümət nümayəndələrinin iştirak etmişdir. Panel müzakiərləri zamanı Cənubi Qafqazın hər 3 ölkəsində vətəndaş cəmiyyətinin mövcud  vəziyyətinə dair çıxışlar dinlənilmişdir. Qubad İbadoğlu çıxışı zamanı Azərbaycanda yerli və xarici QHT-lərin qeydiyyati, regionlarda fəaliyyəti, qərarların qəbulundə iştirakına geniş yer ayırmışdır. QHT-lərin maliyyələşmə problemlərinə  dair İrada Cavadova çıxış edərək,  Azərbaycanda ildən ilə bu sahədə pisləşən vəziyyət barədə panel iştirakçılarını məlumatlandırmışdır. 

Konfransın  növbəti günü  Açıq Cəmiyyət İnstitutları Assosiasiyasının  (PASOS) qurultayı işinə başlamışdır. Qurultayda PASOS-un  icraçı direktoru hesabatla çıxış etmiş və İdarə Heyətinə yeni üzvlər seçilmişdir. Yeri gəlmişkən qeyd edək ki, Vuqar Bayramov artiq ötən ildən bu nüfuzlu beynəlxalq qurumun İdarə Heyətində təmsil olunur. Qurultaydan sonra təşkil olunan müzakirələr  zamanı  Şərq Tərəfdaşlıq Proqramının Vətəndaş Cəmiyyəti Forumunun (VCF) İdarə Heyətinin həmsədri Ceff Lovitt, İdarə Heyətinin üzvləri Vuqar Bayramov və Qubad İbadoğlu   PASOS-la VCF arasında əməkdaşlıq imkanlarından və perspektivlərinə dair çıxışlar etmişdir.