Şəki, Qəbələ və Oğuzda torpaq istifadəçilərinə təlimlər keçirilib

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə həyat keçirdiyi «Torpaqların münbitliyinin qorunması məqsədilə torpaq istifadəçilərinin maarifləndirilməsi və ictimai vəkillik» layihəsi çərçivəsində Şəki, Qəbələ və Oğuz rayonlarında fermerlərə, torpaqdan istifadə sahəsində nəzarət və metodiki dəstəyi həyata keçirən dövlət qurumlarının yerli numayəndələrinə, yerli özünüidarəermə orqanlarının təmsilçilərinə “Torpaqların deqradasiyaya, eroziyaya uğramasına, şoranlaşmasına, çirklənməsinə və digər səbəblərdən münbitliyinin azalmasına qarşı müdafə tədbirlərinin həyata keçirilməsi” mövzusunda təlim təşkil edib. 

Martın 12-13-14-də müvafiq olaraq Şəki, Qəbələ və Oğuz şəhərlərində keçirilən təlimlərdə torpaqdan istifadənin hazırki vəziyyəti müzakirə olunub, təlim iştirakçılarının rəyləri dinlənilib. Tədbirləri layinənin əalqələndiricisi Qalib Toğrul açaraq dünyada və Azərbaycanda torpaqların hazırıki vəziyyəti, layihənin məqsədləri, benefisarları, bu vaxta qədər keçilmiş təlim və tarla təcrübələrinin əhəmiyyəti barədə məlumat verib. Çıxışda qeyd olunub ki, “Deqradasiyaya uğramış torpaqlar yerin quru ərazisinin 41%-ni təşkil edir. Bu ərazilərdə təxminən 2 milyard nəfər yaşayır. Bu əhalinin təxminən yarısı yoxsulluq həddindədir. Maraqlıdır ki, bu ərazilərin 90%-i inkişaf etməkdə olan ölkələrin payına düşür”.
Problemin aktuallığından danışan layihə əlaqələndiricisi BMT Baş Assambleyasının 1994-cü ilin 17 iyununda Səhralaşmaya qarşı müabrizə üzrə Konvensiya qəbul etdiyini, 1995-ci ildən başlayaraq isə 17 iyunun dünyada Quraqlaşmaya və səhralaşmaya qarşı beynəlxalq mübarizə Günü kimi qeyd olunduğunu bildirib.
Daha sonra İTM-in eksperti Vahid Məhərrəmov problemin daha dərindən araşdırılmasına əsaslanan təlimə başlayıb. Ekspert son illər dünyada və ölkəmizdə torpaqların münbitlik vəziyyətinin müqayisəli təhlilini verdikdən sonra adıçəkilən rayonlarda birkiçilik və heyvandarlıq məhsullarının istehsalı üzrə statistik araşdırmanı təqdim edib. Təlimçi iştirakçılarla interaktiv ünsiyyət şəraitində deqradasiyanı yaradan səbəblər və onların aradan qaldırılması, qarşısının alınması yolları barədə müzakirə aparıb.
Vahid Məhərrəmov yerli şəraiti nəzərə alaraq aqrotexniki qaydalardan düzgün istifadə haqqında ətraflı məlumat verib, məhsuldarlığa təsir edən amillərin təsnifləşdirilməsini və qiymətləndirilməsini aparıb.
Təlimlər ərzində yeni texnika və texnologiyadan istifadənin vacibliyi haqqında danışan təlimçi sonda bitkiçilikdə istifadə olunan mütərəqqi texnikanın üstünlüklərindən bəhs edən videoçarxlar nümayiş etdirib.
İTM ictimaiyyətlə əlaqələr departamenti