Beyin mərkəzlərinə “Statistik məlumatın vizualizasiyası və təsviri statistika” üzrə təlim keçilib

İqtisadi Tədqiqatlar Mərkəzinin Açıq Cəmiyyətlərın İctimai Assossiyası (PASOS) və “Kamil vətəndaş” İctimai Birliyi ilə tərəfdaş olaraq həyata keçirdiyi, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Beyin mərkəzlərinin qərar qəbulu arenasında rolunun gücləndirilməsi vasitəsi ilə idarəetmənin effektivliyinin yüksəldilməsi” layihəsi çərçivəsində “Statistik məlumatın vizualizasiyası və təsviri statistika” üzrə təlim təşkil edib. Təlimın başlıca məqsədi tərəfdaş beyin mərkəzlərinin tədqiqat imkanlarını artırmaq, müxtəlif istiqamətli tədqiqatlar apararkən məlumatların toplanması, analiz olunması, tədqiqat hesabatlarınım vizual baxımdan cəlbediciliyini təmin etmək yollarını tərəfdaş beyin mərkəzlərinə öyrətmək olub. Təlimi Qafqaz Tədqiqat Resurs Mərkəzi - Azərbaycanın rəhbəri Gursel Əliyev aparıb.
Gəncə, Şəki və Bakıda fəaliyyət göstərən 18 tərəfdaş qeyri-hökumət təşkilatının 25-dək nümayəndəsinin qatıldığı təlimi İTM İdarə Heyətinin üzvü Qubad İbadoğlu açaraq, layihə və təlimin məqsədləri barədə iştirakçıları məlumatlandırıb.
Təlimin ilk günü təlimçi tərəfindən iştirakçılara “Statistikanın əsas termin və anlayışları”, “Kəmiyyət məlumatlarının sistemləşdirilməsi və təqdimat metodları”, ikinci günü isə “Statistik məlumatın vizualizasiyası zamanı sui-istifadələr və tez-tez rast gəlinən səhvlər”, “Orta göstəricilər”, “Variasiya göstəriciləri” və “Beşgöstəricili qrafiklər” mövzusunda bilik və bacarıqlar aşılanıb, işçi və plenar sessiyalarda qrup işi aparılıb. Təlim zamanı həmçinin iştirakçılara məlumatın toplanması ilə bağlı xətalar, ölçü aləti (sorğu anketi) ilə bağlı bəzi problemlərə dair ətraflı məlumat verilib, dataların Exel proqramında işlənməsi, qrafik və digər vizual görüntülərin qurulması yolları öyrədilib.
Qeyd edək ki, təlim mövzusuna maraq böyük olduğu üçün tədbirdə tərəfdaş beyin mərkəzlərinin bəziləri bir neçə nəfərlə təmsil olunublar.
Əlavə məlumat üçün Layihə rəhbəri Dünya Camalova ilə əlaqə yarada bilərsiniz.

Tel: +99412 4651847, E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.