Torpaqların münbitliyinin qorunması müzakirə olunub

Avqustun 27-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Orxus Ekoloji İnformasiya Mərkəzində İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı Ofisinin maliyyə dəstəyi ilə Qəbələ, Oğuz və Şəkidə həyata keçirdiyi “Torpaqların münbitliyinin qorunması məqsədilə torpaq istifadəçilərinin maarifləndirilməsi və ictimai vəkillik” layihəsinin yekunlarına həsr olunmuş Dəyirmi Masa keçirilib.
Dəyirmi Masada Milli Məclisin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, BMT İnkişaf Proqramının, Şəki və Qəbələ icra hakimiyyətlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Öncə İTM İdarə Heyətinin sədri, layihə əlaqələndiricisi Qalib Toğrul bildirib ki, deqradasiya təkcə Azərbaycanın deyil, bütün dünyanın, xüsusilə inkişaf etməkdə olan ölkələrin problemidir: “Biz hər il deqradasiya və səhralaşma səbəbindən 12 milyon hektar münbit torpaq itiririk.Bu ərazidə 20 milyon ton taxil məhsulu yetişdirmək olar. Bu ərazi Britaniya Krallığının yarısı qədərdir. FAO-nun proqnozuna görə, 2050-ci ildə dünya əhalisinin sayı 9 milyarda çatacaq. 2030-cu ildə ərzağa olan tələbat 50%, suya olan tələbat 30% artacaq. Bunun üçün bizə əlavə 120 milyon hektar məhsuldar torpaq lazımdır. Tələb olunan münbit torpaq sahəsi Cənubi Afrikanın ərazisinə bərabərdir”.
Layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat verən Qalib Toğörul qey edib ki, fevralın 18-də başlanan layihə fəaliyyətləri Qəbələ, Oğuz və Şəkidə 9 təlimin, 3 tarla təcrübəsinin və 1 qouyucu meşə zolağının salınması aksiyasının keçirilməsini əhatə edib.
Sonra ATƏT-in Bakı Ofisinin İqtisadiyyat və Ətraf Mühit Şöbəsinin Rəhbəri Emmanuel Huntzinger qonaqları salamlayaraq çox aktual bir mövzuda keçirilən müzakirədə dəyirmi masa iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra layihənin eksperti Vahid Məhərrəmov torpaqların münbitliyinin qorunması, deqradasiya və erroziyaya qarşı aparaılmalı olan tədbirlər barədə geniş məlumat verib. Şəki, Qəbələ və Oğuz rayonlarının heyvandarlıq və bitkiçilklə bağlı statistik göztəricləri üzərində danışan ekspert hər 3 rayonda otlaq və biçənəklərin azlığından, birkiçilik və heyvandarlıqda məhsuldarlığın aşağı olmasından bəhs edib. Vahid Məhərrəmov ümumilikdə respublika üzrə bu problemlərin özünü qabarıq büruzə verdiyini vurğulayıb. Ekspert otlaq və təbii biçənək sahələrində yemləmə aparılmasının, ot toxumlarının səpininin, suvarmanı təşkil edilməsinin, yemləmənin səmərəli qurulmasının, iqlim şəraitinə uyğunlaşmış məhsuldar ətlik və südlük istiqamətli heyvan cinslərinin əldə olunmasının vacibliyindən danışıb. Vahid Məhərrəmov çıxışının sonunda təlimlər zamanı şitirakçıların - fermerlər, bələdiyyə, pay və dövlət torpaqları istifadəçilərinin səsləndirdikiləri problemlərə də toxunub.
İqtisadİ İnkişaf Nazirliyinin nümayəndəsi Müzəffər İsmayılov heyvandarlıqla bağlı son illər görülən işlərdən danışıb, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması ilə bağlı atılan addımlar barədə məlumat verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Amil Səfiyev respublika üzrə aparılan yaşıllaşdırma işləri, qoruqlar və xüsusi mühafizə olunan ərazilərdə aparılan fəaliyyətlərin son nəticədə torpaqların münbitliyinin qorunmasına, ekoloji təhlükəsizliyin bərpasına hesablandığını deyib.
Şəki Şəhər İcra hakimiyyətinin nümayəndəsi Şahin Xalıqov Şəki rayonunda məhsuldarlığın aşağı düşməsinin əsas səbəbi kimi iqlim dəyişikliklərini göstərib, əkinçilikdə aqrotexniki qaydalara əməl olunması üçün mütəmadi olaraq fermerlərlə ünsiyyət qurulduğunu deyib. Onun sözlərinə görə, İqtisadi Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi maarifləndirmə işlərinin fermerlərə çox böyük köməyi dəyib.
Qəbələ rayon İcra Hakimiyyətinin nümayəndəsi Elimdar Şərifov rayonda şabalıd və qızıləhməd sortlu alma ağaclarının son illər məhsuldarlığının azaldığını və müxtəlif xəstəliklərə yoluxduğunu bildirib.
BMT İnkişaf Proqramının nümayəndəsi Eltəkin Ömərov qoruyucu meşə zolaqlarının salınması ilə bağlı görülən işlərlə maraqlanıb və bu məqsədlə ağacların düzgün seçilməsinin görülən işin yarısı olduğunu bildirib.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi İntiqam Əsgərov suvarma ilə bağlı problemlərin kökündə istifadə etdiyimiz əsas su mənbələrinin ölkəmizdə kənarda olmasından qaynaqlandığını bildirib, əldə olan məhdud su ehtiyatlarından səmərəli istifadə ilə bağlı mövcud çətinliklər barədə ətraflı məlumat verib.
Dəyirmi masanın sonunda Qalib Toğrul tədbirin təşkilndə göstərdiyi dəstəyə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Orxus Ekoloji İnformasiya Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib.

İTM İctimaiyyətlə Əlaqələr Şöbəsi
Dünya Camalova
465-18-41
465-18-47