İqtisadi Tədqiqatlar Mərkəzi Qış təcrübə proqramı elan edir

Ali məktəblərin bakalavr və magistrlərinə öz iqtisadi biliklərini təcrübədə tətbiq etməyə, elmi-tədqiqat və peşəkar bacarıqlarını inkişaf etdirməyə imkan yaradan proqrama seçim iki vəzifə - Xarici əlaqələr və Tədqiqatçı mütəxəssis üzrə aparılır.
Xaricdə yaşayan tələbələr də bu proqrama müraciət edə bilərlər, lakin bütün xərclər onların özləri tərəfindən qarşılanmalıdır.
Qış təcrübə proqramı 15 yanvar 2014- 15 fevral 2014-cü il müddətini əhatə edəcək. Proqramda iştiraka görə ödəniş nəzərdə tutulmayıb.
Təcrübə proqramında iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidirlər:
Xarici əlaqələr
 Yüksək kommunikasiya bacarığı;
 İngilis və Azərbaycan dillərini əla səviyyədə bilmək (oxuma, yazma və şifahi danışıq);
 Microsoft office proqramlarında işləmək bacarığı;
 Komandada işləmək bacarığı.

Jurnalistika, beynəlxalq əlaqələr, dövlət siyasəti, kommunikasiya, media və marketinq proqramları istiqamətində çalışan tələbələrə üstünlük veriləcək.

Tədqiqatçı mütəxəssis
• Yaxşı yazı bacarığı;
• İqtisadi təhlil,statistika,audit və mühasibatlıqla bağlı biliklərə malik olmaq;
• Microsoft office proqramlarında işləmək bacarığı;
• Komandada işləmək bacarığı.

Audit və mühasibatlıq, biznes, dövlət və bələdiyyə adminstratsiyası, o cümlədən statistik məlumatların emalı proqramları (SPSS) sahəsində biliklərinə malik olan tələbələrə üstünlük veriləcək.

Müraciət edənlərdən aşağıdakı sənədlər tələb olunur:

• Tərcümeyi-hal (CV);
• Motivasiya yazısı (maksimum 1000 söz);
• Tələbə biletinin surəti.

Son müraciət tarixi: 1 yanvar 2014-cü il.

Tələb olunan sənədləri bu ünvana göndərməyiniz xahiş olunur: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.