Qubad Ibadoğlu Qırğızıstan hökümətinə ekspert xidməti göstərir

Iqtisadi Tədqiqatlar Mərkəzinin və Milli Büdcə Qrupunun İdarə Heyətinin üzvü Qubad İbadoğlu 2014-cü ilin fevral və mart aylarında Qırğızıstanda büdcə müzakirələrinə qatılıb. BMT-nin İnkişaf Proqramının və USAİD –nin birgə həyata keçirdiyi “Dövlət büdcəsinin şəffaflığının artırılmasına dəstə” layihə çərçivəsində təşkil olunan səfərin əsas məqsədi Büdcə Məcəlləsinin layihəsinin təkmilləşidirilməsinə və büdcənin proqramlar üzrə tərtibatının hazırlanmasına texnuki dəstək vermək olub. Bu istiqamətdə həyata keçirilən fəaliyyəti çərçivəsiondə Azərbaycanlı ekspert Qırğızıstan parlamentində həyata keçirilən Büdcə Məcəlləsi üzrə dinləmələrdə əsas məruzəçi kimi çıxış edib və Məcəlləninin təkmilləşdirilməsi üçün konkret təkliflərini verib. 

Qırğızıstanda 2012-ci ildən etibarən həyata keçirilən büdcənin proqram təsnifatının gedişinin və ilkin nəticələrinin qiymətləndirilməsi üçün Q. Ibadoğlunun hazırladığı analitik qeydlər də həm parlament və həm də hökümət səviyyəsində müzakirə olunub. Ekspert bu istiqamətdə dövlət orqanlarının və ixtisaslaşmış qeyri-hökümət təşkilatlarının bilik və bacarıqlarını artırmaq üçün onlara proqram büdcəsi və onun monitorinqi mövzusunda təlimlər də keçib.
Qırğıztana səfər çərçivəsində ekspert həmçinin həyata Qırğızıstanın Açıq Büdcə İndeksində mövqeyinin daha da yaxşılaşdırılmasına dəstək məqsədilə Joqorku Keneşin (parlament) Büdcə və Maliyyə Daimi Komitəsində, Maliyyə Nazirliyində və Hesablama Palatasında görüşlər keçirib və müzakirələr aparıb. Ekspertin ilkin qiymətləndirilməsinə görə Qırğızıstanda büdcə şəffaflığının artrılması istiqamətində vətəndaş cəmiyyəti ilə hökümət, parlament və hesablama palatası arasında səmərəli əməkdaşlıq son nəticədə onun Açıq Büdcə İndeksi üzrə reytinin yaxşılaşmasına gətirib çıxaracaq.