“Şəffaf büdcə” Bakıətrafı bələdiyyələrdə uğurla tətbiq olunur

İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri (İTM) 24-25 aprel 2014-cü il tarixlərində Bakı şəhəri ətrafında yerləşən 10 tərəfdaş bələdiyyənin təmsilçilərinə təlim keçib. Təlim Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) maliyyə dəstəyi ilə “Bəllədiyyələrdə şəffaflığı və hesabatlılığı, büdcə və maliyyə idarəetməsini, eləcə də kənd və şəhərlərdə vətəndaş iştirakçılığının mexanizmlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunub. Təlimin məqsədi İTM-in tərəfdaş bələdiyyələrdə tətbiq olunan texnoloji məhsulu - “Şəffaf büdcə” Proqramının istifadəsi istiqamətində bilik və təcrübənin təkmilləşdirilməsi olub.

Təlimdə Pirşağı, Lökbatan, Ələt, Sahil, Müşfiqabad, Xocahəsən, Binə, Qala, Zabrat və Ramana bələdiyyələrinin nümayəndələri iştirak ediblər. Təlimin birinci günündə iştirakçılara “Şəffaf büdcə” Proqramının istifadə qaydaları haqqında geniş məlumat verilib.
Proqramdan istifadə qaydaları üç mərhələdə izah edilib. Birinci mərhələdə vergi ödəyiciləri haqqında məlumatların bazaya işlənilməsi, ikinci mərhələdə ödənişlərin Proqrama daxil edilməsi, sonuncu mərhələdə isə data bazanın və ödənişlərin daxil edilməsindən sonra Proqramın emal etdiyi nəticələrdən isdifadə qaydaları barədə danışılıb.
Hər mərhələnin təqdimatından sonra iştirakçıların sualları cavablandırılıb.
Təlimin ikinci günündə iştirakçılar onlara paylanmıəş noutbuklarda sərbəst formada Proqramdan istifadə ediblər, biliklərini təcrübədə tətbiq ediblər. Onlar Proqramın bazasının doldurulması, ödənişlərin Proqarma işlənilməsi və emal olunmuş nəticələr üzərində birgə müzakirələr aparıblar.

Əlaqə üçün məsul şəxs: Rəcəb İmanov, 012 – 564 – 86 – 85, Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.