Manatı nə gözləyir

Azərbaycan manatının məzənnəsində sabitlik birbaşa neft gəlirlərindən asılıdır. Bu il ərzində dünya bazarında 1 barel Brend markalı xam neftinin orta qiymətinin ötən illə müqayisədə 10 dollardan çox bahalaşması manatın ABŞ dollara nəzərən kusunun tənzimlənməsində Mərkəzi Banka əhəmiyyətli dəstək oldu. Əgər növbəti illərdə dünya bazarında neftin qiyməti kəskin ucuzlaşarsa (yeri gəlmişkən, bu istiqamətdə proqnozlar getdikcə artır), onda azalan valyuta gəlirlərinin birbaşa və dolayı təsirlərindən qaynaqlanan faktorların, eləcə də, dövlətin və şirkətlərin xarici kreditorlar qarşısında öhdliklərinin gələn ildən daha da çoxalmasının təsiri ilə milli valyutanın sabitliyi pozulacaq və onun məzənnəsi ortamüddətli dövrdə 2 manatı da ötəcək. Sadəcə olaraq bu zamana və neftin dünya bazar qiymətlərinə bağlı olan məsələdir. Əgər əksinə, dünya bazarında neftin qiyməti indiki səviyyədə və ya ondan baha olarsa, onda 2018-ci ildə manatın dollara nisbətən orta illik məzənnəsi 1,75 həddində qərarlaşa bilər.

Фото Economic Research Center(ERC).